{category-title}

<!-- x-tinymce/html -->

Türk liderləri növbəti dəfə bu ölkədə toplaşacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərini başa vurduqdan sonra ölkəsinə dönüş zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Ərdoğan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ev sahibliyi ilə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Toplantısı uğurla başa çatıb. O, təşkilatın son illərdə ciddi inkişaf yolu keçdiyini vurğulayıb:

“3 oktyabrda Türk Dövlətləri Əməkdaşlıq Gününü qeyd etdik. Beləliklə, təşkilatımızın təməlini qoyan Naxçıvan Sazişinin 16-cı ildönümünü geridə qoyduq. Qısa müddətdə bu qurum ailə məclisimizə çevrildi və türk dünyasının ortaq vizyonunu qlobal miqyasda daha görünən etdi”.

Ərdoğan qeyd edib ki, Qəbələdə keçirilən zirvə toplantısında xarici siyasət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub:

“Türk dünyasının institusional birliyinin dərinləşdirilməsi ilə yanaşı, digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi istiqamətində addımlar atmağı qərara aldıq. Həmçinin "Türk Dövlətləri Təşkilatı Plus" adlı yeni formatın yaradılmasına dair razılıq əldə olundu.”

Ərdoğanın sözlərinə görə, Qəbələ Bəyannaməsində müdafiə sənayesi, enerji, nəqliyyat və strateji minerallar sahəsində əməkdaşlığın genişləndirilməsi xüsusi yer alıb. Zirvənin əsas mövzusu isə regional sülh və təhlükəsizlik olub.

“Qəzza, Suriya və Cənubi Qafqazda sabitlik məsələləri də birgə bəyanatda öz əksini tapdı. Xarici işlər nazirlərimizin bu istiqamətdə daha sıx toplanması üçün göstəriş verdik”, - o bildirib.
Ətraflı

Prezident, həmçinin Türkmənistan və Azərbaycanın birgə təşəbbüsü ilə Füzulidə inşa ediləcək məscidin təməlqoyma mərasiminə canlı bağlantı ilə qatıldıqlarını xatırladıb.

Türkmənistanın Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fonduna müşahidəçi üzv qismində qəbulunu “türk ailəsinin tamlanması istiqamətində mühüm mərhələ” adlandırıb.

Ərdoğan Şimali Kipr Türk Respublikasının təşkilatda daha yüksək səviyyədə təmsil olunmasının vacibliyini vurğulayıb: “2022-ci ildən etibarən Şimali Kiprin təşkilatla birbaşa əlaqələri artıb. Qəbələ Zirvəsində də Kipr türklərinin haqlarının qorunması ilə bağlı dayanışma ifadələri birgə bəyanatda öz əksini tapdı. Şimali Kiprin Türk Akademiyasına müşahidəçi üzv qismində qəbuluna dair qərar da qüvvəyə mindi.”

Ərdoğan çıxışında təşkilatın artıq yalnız mədəni deyil, strateji bir birlik olduğunu qeyd edib:

“Türk Dövlətləri Təşkilatı artıq təkcə mədəni bir birləşmə deyil, strateji dayanışma platformasıdır. Qlobal gərginliklər bizi də yaxından təsir edir. Təhlükə olan yerdə təbii ki, tədbir də olacaq. Biz istihbarat, sərhəd təhlükəsizliyi və kibermüdafiə sahələrində çoxşaxəli əməkdaşlıq aparırıq. Dünya miqyasında təhlükəsizlik xərcləri artır, biz də bu istiqamətdə lazımi addımları atırıq.”

Türkiyə Prezidenti sonda bildirib ki, təşkilatın beynəlxalq nüfuzu sürətlə artır və qarşıdakı dövrdə bu əməkdaşlıq daha da dərinləşəcək:

“Türk Dövlətləri Təşkilatı artan nüfuzu və genişlənən təsir dairəsi ilə qlobal aktora çevrilir. Biz bu yolu davam etdirəcəyik, əməkdaşlığımızı daha da gücləndirəcəyik. Növbəti zirvə gələn il Türkiyədə keçiriləcək.”

Son xəbərlər

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

İlham Əliyev Sərəncam İMZALADI

Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Tramp nüvə obyektindəki fəallığa görə İranı zərbə endirməklə hədələyib

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək

Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq

Özəl bağçalara uşaqların qeydiyyatı başlayır

FHN Şəkidə ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib

İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib

İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda göndəriləcək

Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb

Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq

Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

Bütün xəbərlər