{category-title}

Gündəm / Cəmiyyət
7.10.2025, 12:43
Türkiyə Prezidenti Azərbaycanda səfərdədir - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdədir.
Bu barədə APA-nın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.
APA "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyə lideri Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlir.