{category-title}

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı haqqında Əsasnamə təsdiqlənib

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı haqqında Əsasnamə təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, Agentliyin hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, Əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi üzrə həvalə olunmuş xidməti-döyüş tapşırıqlarını yerinə yetirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaq borcunu xatırlatmaq üçündür.

Agentliyin Döyüş Bayrağı onun inzibati binasında (Agentlik rəisinin xidməti otağında) Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə birlikdə "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq daimi yerləşdirilir, döyüş əməliyyatları zamanı isə döyüş meydanında olmalıdır.

Agentliyin adının dəyişdirilməsindən asılı olmayaraq, Döyüş Bayrağı Agentlikdə həmişəlik qalır. Agentliyin adının dəyişdirilməsi Döyüş Bayrağı ilə birlikdə verilən təqdimatda qeyd olunur.

Döyüş Bayrağı Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə birlikdə rəsmi tədbirlərdə, "Zəfər Günü"ndə, matəm günləri və matəm mərasimlərində "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qaldırılır (asılır) və endirilir.

Agentliyin bütün şəxsi heyəti Döyüş Bayrağını qorumalı, onun kənar şəxslər tərəfindən ələ keçirilməsinə yol verməməlidir.

Döyüş Bayrağının qorunmasına Agentliyin rəisi və digər məsul şəxsləri cavabdehdirlər.

Dövlət başçısının Fərmanı ilə, həmçinin Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağının təsviri də təsdiq edilib.

Agentliyin Döyüş Bayrağı ikiüzlü qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir. Döyüş Bayrağının qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir, qıraqları üç tərəfindən qızılı rəngli ipək saçaqlarla köbələnmiş ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanır.

Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipək sapdan 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz tikilir. Qumaşın üst mavi zolağında qızılı rəngli ipək sapla "AZƏRBAYCAN UĞRUNDA!" şüarı tikilir. Hərflərin eni 95 sm, hündürlüyü 7 sm-dir.

Qumaşın arxa tərəfində qırmızı zolağın ortasında Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin ipəkdən tikilmiş emblemi (diametri 48 sm) yerləşdirilir. Qumaşın üst mavi zolağında qızılı rəngli ipək sapla "Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri tikilir. Hərflərin eni 125 sm, hündürlüyü 16 sm-dir.

Döyüş Bayrağının dəstəyi en kəsiyinin diametri 4,0 sm, uzunluğu 250 sm olan girdə ağacdandır. Dəstək tünd qızılı boya ilə rənglənir və laklanır. Aşağı ucunda metal halqa, yuxarı ucunda isə nikellənmiş aypara və ulduz şəklində fiqurlu ucluq vardır.

Döyüş Bayrağının qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanır, hər iki ucunda qotazları vardır. Qaytanın uzunluğu 270−285 sm-dir.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı haqqında Əsasnamə təsdiqlənib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı haqqında Əsasnamə təsdiqlənib

Son xəbərlər

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib

FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib

Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb

“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Bütün xəbərlər