{category-title}

<!-- x-tinymce/html -->

Azərbaycanda 921 diplom tanınmadı - RƏSMİ

Xaricdə təhsil son illər gənclər arasında ən populyar istiqamətlərdən birinə çevrilib.

Daha keyfiyyətli təhsil, beynəlxalq mühitdə təcrübə qazanmaq, xarici dil biliklərini artırmaq və qlobal əmək bazarında rəqabət qabiliyyətini yüksəltmək istəyən minlərlə azərbaycanlı gənc hər il Avropa, Asiya və Amerika və s. ölkələrə üz tuturlar. Təbii ki, hər bir halda bu, alqışlanmalı məqamdır.

Lakin arzulanan təhsil təcrübəsi bəzən gözlənilməz bir maneə ilə üzləşir. Bəzən  xaricdə əldə edilən diplomun Azərbaycanda tanınmaması kimi reallqlar da olur.

Diplomların tanınmaması problemi yalnız fərdi karyera planlarını deyil, həm də dövlətin insan kapitalına yatırdığı potensialı zərbə altında qoyur. 

Çünki illərlə əziyyət çəkərək, maddi və mənəvi resurs sərf edərək təhsil alan gənclər, ölkəyə qayıtdıqda ixtisaslarını rəsmi şəkildə təsdiq etdirə bilmədikləri üçün əmək bazarına daxil olmaqda çətinlik çəkirlər. 
Amma burada diplomu hansı ali təhsil müəssisəsindən almağın da önəmli rol var. Bəzən gənclərimiz heç bir hüquqi keçərliliyi olmayan, tanınmayan universitetlərə üz tuturlar ki, bu da sonucda diplomun tanınmamsı ilə nəticələnir.

Bu vəziyyət xüsusilə son illərdə beynəlxalq təhsil bazarındakı dəyişikliklər, bəzi universitetlərin akkreditasiyasız fəaliyyət göstərməsi və tədris formalarının standartlara cavab verməməsi ilə daha da aktuallaşıb. 

Yəqin hər kəs üçün maraqlı olar, 2024-2025-ci tədris ilində neçə gəncin xaricdən gətirdiyi diplom ölkəmizdə tanınmayıb? 

Bu rədd cavablarının əsas səbəbləri nələrdir və hansı ölkələrdən diplomların tanınmaması halları daha çox müşahidə olunur? 

4998 gənc diplomunun tanınması üçün müraciət edib

Modern.az xəbər verir ki, AzEdu.az Təhsil Portalı mövzu ilə bağlı Elm və Təhsli Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) sorğu ünvanlayıb.  

Agentlikdən sorğumuza cavab olaraq bildilirb ki, 2024-2025-ci il tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə daxil olmuş 4998 müraciətçinin 4077-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib.

Ancaq 921 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır. 

Xarici diplomların tanınmamasının əsas səbəbləri

Qeyd edilən tarixlərdə xaricdə əldə edilən kvalifikasiyaların ölkə ərazisində əsas tanınmama səbəbləri aşağıdakı kimi təsnifatlandırılıb.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma; Autentik (həqiqi) olmayan diplom; Ekvivalenti olmayan ixtisas; Təhsilalma forması; Akkreditasiyasız ali təhsil müəssisəsi. 

Ən çox müraciət olunan ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 1453, Rusiya Federasiyasından 1367, Ukraynadan 1033, Gürcüstandan 220, Birləşmiş Krallıqdan 198, Belarus Respublikasından 147, Macarıstandan 74, Polşa Respublikasından 70, Amerika Birləşmiş Ştatlarından 49, İtaliya Respublikasından 48 müraciət edilib. 

Rəqəmlər göstərir ki, 2024-2025-ci tədris ilində xaricdə təhsil alan azərbaycanlı gənclərin əksəriyyəti diplomlarının tanınması üçün müsbət qərar alıb. 

Lakin 4 998 müraciətdən 921-i rədd edilib ki, bu da təxminən beşdə birinə bərabərdir. Bu reallıq onu da diqtə edir ki, hər bir halda gənclərimiz təhsil üçün xaricə üz tutanda seçimlərinə də diqqətli yanaşmalıdırlar. Bəzən elə universitetlər seçilir ki, onun adı belə elm və təhsilə məlum deyil.

Son xəbərlər

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

İlham Əliyev Sərəncam İMZALADI

Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Bütün xəbərlər