{category-title}

<!-- x-tinymce/html -->

Vaşinqton Bəyannaməsi erməni diasporu və müxalifətini narahat edir - ŞƏRH

 
Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə edilmiş razılaşmalar Cənubi Qafqazda yeni reallıqların yaranması, kommunikasyaların blokdan açılması, Naxçıvanla əlaqənin təmin edilməsi, Azərbaycanın nəqliyyat logistikasının gücləndirilməsi, ATƏT-in Minsk qrupunun ləğvi, ABŞ ilə Azərbaycanın münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması deməkdir.

Yenixeber.org: Bu, eyni zamanda, şəxsən Paşinyan və Ermənistanın hakim partiyası üçün böyük siyasi uğur sayıla bilər, çünki o, 2026-cı il seçkilərində sülhü əldə edən siyasətçi kimi qoşula bilər. Belə bir vəziyyət isə erməni diasporu və müxalifətini ciddi şəkildə narahat etməyə başlayıb.

2020-ci ildən bu yana həm sülhün, həm də regionun nəqliyyat kommunikasiyalarının açılmasının qarşısında böyük əngələ çevrilən diaspor və müxalifət artıq uduzduğunu dərk edir. Keçirilən sorğular isə göstərir ki, Ermənistan sakinlərinin böyük əksəriyyəti Vaşinqton Bəyannaməsinin maddələrindən və şərtlərindən razıdırlar. Hətta bunu erməni müxalifətinin nəzarətində olan KİV-lər də etiraf edir. Bununla belə, erməni müxalifəti əlində olan media resurs və sosial şəbəkələr vasitəsilə Vaşinqton Bəyannaməsi barədə şərhlər verir, Ermənistanın dövlət kimi artıq mövcud olmayacağı barədə xəbərlər tirajlayırlar. Müxalifətin şərh və rəy hücumu əsasən bir neçə tezis üzərində qurulub: Qarabağ məsələsi bağlanır, Qarabağ ermənilərinin problemi açıq qalır, Bakıda ədalət qarşısında cavab verən erməni separatçıların mövzusu da tarixə qovuşur, Sünik vilayəti, yəni Zəngəzur Azərbaycanın nəzarətinə keçir.

Səhərdən gecə saatlarına qədər Serj Sarkisyan və Robert Köçəryanın maliyyəsi ilə çalışan bir sıra media resurslarında (panorama.am, aysor.am, 168.am, 1in.am, hetq.am, zham.am vəs.) Vaşinqtonda imzalanan sənədlə bağlı ağzına gələn şərhi vermək üçün bir sıra siyasətçi və politoloq sıraya düzülüb.

Vaşinqton Bəyannaməsi erməni diasporu və müxalifətini narahat edir - ŞƏRH

Bununla belə, yuxarıda da qeyd etdiyimiz kimi, 8 avqust sənədi eyni zamanda erməni diasporunun da yuxusuna haram qatıb. Artıq çirkin planlarını icra etmək üçün Ermənistanı itirməyə doğru getdiyini anlayan diaspor müəyyən siyasi dairələrin sifarişi ilə hərəkətə keçib. Maraqlıdır ki, amerikalı vəkil Robert Amsterdam tələm-tələsik İrəvana səfər edib, bir sıra açıqlamalar verib, bəyanatlar səsləndirib. Hüquqşünasın Vaşinqton Bəyannaməsinin imzalanması ilə eyni vaxtda Ermənistana səfəri göstərir ki, diaspor imzalanmış sənədin əleyhinədir və bu səbəbdən Baş nazirə qarşı yeni planı dövriyyəyə buraxıb. İrəvana enər-enməz açıqlama verən vəkil bildirib ki, biznesmen Samvel Karapetyana qarşı irəli sürülən ittihamların mahiyyətindən və Ermənistan hakimiyyətinin kilsəyə hücumundan şoka düşüb.

İşin maraqlı tərəfi də odur ki, bu açıqlamadan sonra Amsterdam bəyan edib ki, Ermənistan hökuməti onu ölkəyə buraxmamaqla hədələyib və onunla görüşmək niyyətində deyil. Bununla yanaşı, amerikalı hüquqşünas qeyd edib ki, əgər hökumətlə görüş baş tutmasa, amerikalılar erməni diasporu ilə işləyəcək və beynəlxalq təşkilatlarla əlaqə saxlayacaqlar. Elə bu açıqlamalar Amsterdamın Ermənistana kimin sifarişi və göstərişi ilə səfər etdiyini aydın şəkildə ortaya qoyur. Eyni zamanda adi bir vəkilin erməni hökumətini hədələməsi də onun məqsədlərindən xəbər verir.

İşin digər tərəfi isə odur ki, amerikalı vəkilin səfərindən dərhal sonra Karapetyan ailəsi "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin müsadirə edilməsi ilə bağlı Ermənistan Respublikasına qarşı beynəlxalq investisiya arbitrajı qaldırıb. Ailə hökumətdən 500 milyon dollar təzminat tələb edir. Maraqlıdır ki, özünü messenant, xeyriyyəçi, Kilsə müdafiəçisi kimi təqdim edən Samvel dəfələrlə bildirib ki, sözügedən şirkət ona heç bir xeyir gətirmir. Kiprdən olan investor kimi Ermənistana qarşı iddialar qaldıran Karapetyan eyni zamanda özünü Ermənistandan olan iş adamı kimi təqdim edərək Fransaya qarşı iddialar qaldırır. Əslində isə rus kuratorlarının Ermənistana, Fransaya qarşı sifarişlərini yerinə yetirən rusiyalı iş adamıdır. Ehtimal etmək olar ki, diasporun sifarişi ilə Samvel Karapetyan məsələsi hələ uzun müddət Paşinyana qarşı təzyiq rıçaqı kimi istifadə ediləcək.

Vaşinqton Bəyannaməsi erməni diasporu və müxalifətini narahat edir - ŞƏRH

Göründüyü kimi, Vaşinqton Bəyannaməsi Ermənistanda bir sıra siyasi qurumların, partiyaların, revanşistlərin kürkünə birə salıb. Hətta Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş yüksək rütbəli məmurları tərəfindən yaradılan Ümumeməni Diplomatlar Şurası da açıqlama verərək bildirir ki, Vaşinqton razılaşması Cənubi Qafqazda yeni bölücü xətlər yarada və kövrək tarazlığı poza bilər. Əslində sənədin dünyanın əksər dövlətlər tərəfindən alqışlandığını, sülhün bərqərar olması üçün böyük bir addım olduğunu nəzərə alsaq, belə bir açıqlamanın hansı diplomatiyadan xəbər verdiyini, revanşistlərə xidmət etdiyini anlamaq olar.

Paralel olaraq, Serj Sarkisyanın Respublikaçılar partiyasının açıqlama verərək, Vaşinqton deklarasiyasını geosiyasi avantüra adlandırması, Ermənistanın maraqlarını qorumadığını bildirməsi, sənədin ölkənin suverenliyini təhdid etməsi, Qarabağ ermənilərinin hüquqlarının pozulması kimi şərh etməsi də yuxarıda qeyd edilən revanşizmin təzahürləridir. Eyni zamanda ATƏT-in Minsk Qrupunun ləğvinin də Respublikaçılar partiyasını təşvişə salması sübut edir ki, bu siyasi qüvvə sülhün imzalanmasında maraqlı deyil və ölkənin inkişafını, Azərbaycanla münasibətlərin normallaşmasını qəti şəkildə istəmir. Hər zaman olduğu kimi, Qarabağ erməniləri kartı da bu partiyanın bəyanatında müəyyən konturlarla verilib.

Sarkisyan partiyasının bəyanatından da görünür ki, Paşinyanın bu sənədi imzalaması Ermənistan-Rusiya münasibətlərinə ziyan vurur. Bu isə Serjin Kremldəki ağalarının sifarişlərini yerinə yetirən, canla-başla xidmət edən siyasətçi olduğunu bir daha sübut edir.

Vaşinqton Bəyannaməsi erməni diasporu və müxalifətini narahat edir - ŞƏRH

Eyni fikirlərlə Hayastan fraksiyası, yəni Robert Köçəryanın lideri olduğu siyasi qurum da çıxış edib. Fraksiya açıqlama verərək bildirib ki, Vaşinqton Bəyannaməsi yeni ekzistensial təhdidlərlə doludur. Köçəryan tərəfdarlarının fikrinə görə, sənəd Azərbaycanla Ermənistan arasında sülhü ehtiva etmir, əksinə, bir sıra təhlükələr mövcuddur. Bu fraksiya da Serjin tezisini təkrarlayaraq, yenə də Qarabağ və Qarabağ erməniləri kartından, Bakıdakı separatçılardan uzun-uzadı açıqlama verərək, xalqın fikrini bulandırır, sənədin Ermənistanın maraqlarına zidd olduğu barədə sərsəm fikirlər səsləndirir. Hayastan fraksiyasının fikrinə görə, Ermənistan bu “dalandan” sadəcə siyasi rejimi devirərək çıxa bilər. Yəqin ki, Köçəryan bu məsələdə Kremldəki havadarlarına ümid edir. Çünki artıq Rusiya humanitar yardım adı altında Ermənistanda bir sıra layihələrin icrasına start verib. Növbəti hədəfdə erməni məktəblilərin qidalanmasına 25 milyon dollar ayırmaq nəzərdə tutulub. Moskvanın bir sıra qurumlarının xeyriyyə və humanitar yardım adı altında hansı işləri gördüyü isə bütün dünyaya məlumdur.

Qısacası, Vaşinqton sənədi erməni müxalifətinə ciddi zərbədir. Artıq revanşistlərin hakimiyyətə qayıtmaq, destruktiv fəaliyyətlə məşğul olmaq, iki ölkə arasında münasibətlərin normallaşmasına ziyan vurmaq planları suya düşüb. Çox güman ki, 2026-cı il seçkiləri hakim “Vətəndaş müqaviləsi” partiyasının qələbəsi ilə yekunlaşacaq. Çünki Vaşinqton Bəyannaməsi Paşinyana müxalifətə qarşı kart-blanş verir və keçirilən sorğular da sadə erməni vətəndaşının sənəddən razı olduğunu üzə çıxarır. Serj və Robertin timsalında erməni müxalifətinə isə kəndin hay itləri kimi ağız-ağıza verib hürüşməkdən başqa bir yol qalmır.(Report)

Son xəbərlər

Kimlər xüsusi icra məmuru ola biləcək? - Nazirlikdən CAVAB

Azərbaycanda qadınlara botoksla bağlı XƏBƏRDARLIQ EDİLDİ

Tramp: Avropa liderləri Ukraynada nizamlanma üzrə sövdələşmə bağlamağa hazırdır

Vaşinqton Bəyannaməsi erməni diasporu və müxalifətini narahat edir - ŞƏRH

Azərbaycan ilə Şərqi Qazaxıstan vilayəti qarşılıqlı ticarət və turizmi inkişaf etdirməyi planlaşdırır

Sabah Sumqayıtda 5 min abonentin qazı kəsiləcək

Sabah yağış yağacaq - PROQNOZ

Ukrayna aviaşirkəti səhlənkarlıqda günahlandırılıb, İranda ölən sərnişinlərin ailələrinə zərəri ödəməli olacaq

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə avqustun pensiyaları ödənilib

Ceyhun Bayramov Mirzoyanla Birgə Bəyannamənin icrasını müzakirə edib

Dəyişməyən varis - sovetlərdən qaçanlar Rusiyadan da uzaqlaşır - ŞƏRH

Baş nazir Rusiyanı Kiyev və Varşavanı qarşı-qarşıya qoymağa cəhddə ittiham edib

Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri ABŞ səfəri ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Fransa XİN: Alyaskadakı sammit atəşkəs və danışıqların başlanmasına gətirib çıxarmalıdır

Bu il 75 minə yaxın müəllim sertifikatlaşdırmadan uğurla keçib

Xəzər dənizində zəlzələ olub

Rusiya Ukrayna ordusunun mövqelərinə zərbələr endirib, ölən və yaralananlar var

Aytən Səfərovaya cinayət işi açıldı

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var

Tramp Putinlə danışıqlarda əsas məqsədini açıqlayıb

Bakıda 4 avtobusun hərəkət istiqaməti dəyişir

İrlandiya Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə olunan razılaşmaları alqışlayır

Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ

Gürcüstan Prezidenti sabah Türkiyəyə səfər edəcək

Bütün xəbərlər