{category-title}

Bakı küləyi özü ilə "donuz qripi" gətirib? - Şəbəkə nağılları

 

"Havalar isti keçəcək, sinoptiklər biabır olacaq", "Bu nəsə hava məsələsinə oxşamır, ölkədə ciddi proseslər gedir", "Külək Gürcüstandan Azərbaycana "donuz qripi" gətirir deyə uşaqları məktəblərə qoymurlar", "Sabah Bakıda terror olacaq, ona görə belə edirlər ki, camaat çölə çıxmasın" və sair və ilaxır...

Camaat axırıncı dəfə 2012-ci ildə belə təşvişə düşmüşdü. Guya ki, Mayya təqviminə görə 21 dekabrda dünya dağılacaqdı. Çoxları da buna inanıb mağazadan xeyli makaron alıb evə yığıb, narahatlıqla dünyanın sonunu gözləyirdi. Hətta hər yerin qaranlığa qərq olacağını düşünərək mağazadakı bütün şamları alanlar da var idi. Lakin Azərbaycanda həmin vaxtlarda tək-tük adamların Whatsapp işlətdiyinə görə vəziyyət çox da gərgin deyildi.

Həmin hadisələrin üstündən 7 il keçsə də, görünür, dəyişən nəsə yoxdur. Yenə ona bənzər panika, eyni vəziyyət. Özü də qış küləyinə görə... Hətta sosial şəbəkələrdə yayılan səslər sayəsində narahatlıqlar daha da artıb.

Ötən gün paytaxtın bir çox yerlərində, xüsusən də Bakı kəndlərinə gedən yollarda tıxac olub. Vahiməyə düşənlər təhlükədən sovuşmaq üçün həyət evlərində gecələməyi üstün tutublar. Bu gün səhər isə, əksinə yollar boş və tıxacsız idi.

Dünən Ekologiya Nazirliyi havanın kəskin dərəcədə soyuq keçəcəyi barədə məlumat yaysa da, Təhsil Nazirliyinin məktəblərin müvəqqəti olaraq bağlanması ilə bağlı qərarından sonra vəziyyət dəyişib. Bunu müxtəlif səbəblərlə əlaqələndirənlər olub. Xüsusən də, Whatsapp vasitəsi ilə xeyli insana mənfi psixoloji təsir edilib. Hətta elə bir vəziyyət yaranıb ki, insanlar nazirliklərin rəsmi açıqlamasına deyil, səs yazısına inanıblar.

Bəs bu heç bir məntiqi açıqlaması olmayan, yersiz, narahatlıq yaradan səsləri yayanlar kimlərdir? Xüsusi dəstələr? Bizim yaxşılığımızı düşünən "xeyirxahlar"? Yoxsa bizi ələ salmaq istəyən "troller"lər? Bəli, onların məqsədi elə məhz ələ salmaqdır. Onlar bəzi insanların saflığından, dayaz düşüncə tərzindən istifadə edib, təşviş yaratmaq, öz eqosunu doyurmaq istəyənlərdir.

Lakin bütün deyilənlərə rəğmən heç nəyi vecinə almadan özünü adi günlərdəki kimi aparanlar da var. Onların üzündə bu şayiələrə inanlara qarşı istehzalı baxışları sezmək olur.

Bu gün də təsdiqləndi ki, dünən yayılan səs yazıları "zarafat" və təxribatdan başqa bir şey deyildi. Adı "Badü-Kübə", yəni, "Küləklər şəhəri" olan məkanın, xüsusən də qış fəslində, yanvar ayında əsən küləyindən qorxmaq yox, əksinə ona uyğun geyinib, imkan olduğu qədər zövq almağı bacarmaq lazımdır. Ən yaxşı halda, bir fincan qəhvə ilə sobanın yanına keçib, Səxavət Məmmədovun ifasında "Niyə belə əsirsən, külək?" mahnısına qulaq asıb, bir gündə yaranan stresi azaltmaq olar.

Son xəbərlər

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Bütün xəbərlər