{category-title}

 

 

Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan demişdir: “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”.


-Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur. Bütün ruhu, varlığı ilə öz xalqına, elinə-obasına bağlı olan ümummilli lider bir-birinə zidd olan siyasi quruluşlarda fəaliyyət göstərsə də, həmişə xalqını fikirləşmiş, onun gələcək müstəqilliyi naminə çalışmışdır. “Azərbaycanın dövlət müstəqilliyi sarsılmaz və dönməz olacaqdır” deyən ulu öndər Heydər Əliyev bütün həyat və fəaliyyətini ölkəmizin müstəqilliyinə, xalqımızın rifahına həsr etmişdir.


-İqtisadiyyatımızın inkişafı, abadlıq və quruculuq işləri, şəhər və kəndlərimizin simasının dəyişməsi sübut edir ki, Prezident İlham Əliyev Heydər Əliyev yolunu çox böyük uğurla davam etdirir.

-"Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan inkişaf edir, ölkədə sabitlik mövcuddur. Prezident İlham Əliyev hələ uzun müddət bu uğurlu yolu davam etdirəcək. Azərbaycanın dünya arenasında nüfuzunun daha da artırılması üçün böyük, yorulmaz dövlət xadimi lazımdır və cənab İlham Əliyev də məhz belə şəxsiyyətdir. Şəki şəhər Karvansaray mehmanxana kompleksinin rəhbəri Hacı Şahin Hüseynov olaraq sakinləri, həmkarlarımızı bir daha prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləməyə dəvət edirik"



... Kompleksin direktoru Hacı Şahin Hüseynov tarixi abidələr və turizm sahəsində geniş biliyə malik olan ziyalı bir insandır. O, bir çox Avropa ölkələrində və ABŞ-da keçirilən beynəlxalq turizm tədbirlərinin iştirakçısıdır. H.Ş.Hüseynov direktor kimi fəaliyyət göstərdiyi 21 il ərzində Şəki karvansarayı xeyli məşhurlaşıb. Şəraitin, xidmət mədəniyyətinin yüksəldilməsi, eyni zamanda ilkin ənənələrin qorunub-saxlanılması nəticəsində karvansaray istər respublika daxilindən, istərsə xarici ölkələrdən gələn qonaqların ən yaxşı istirahət yerinə çevrilib. Yaponiya, Çin, Tayvan kimi uzaq ölkələrdən, Avropa və Ərəb ölkələrindən, hətta Amerikadan da turistlər qəbul edən karvansaray işçiləri çalışırlar ki, bütün qonaqlar buradan öz vətənlərinə xoş təəssüratlarla qayıtsınlar. Kompleksdə ingilis, alman və ərəb dillərini bilən mütəxəssislər də çalışır.
Direktor H.Ş.Hüseynov Şəkidə bir ağsaqqal səviyyəli nüfuza malik şəxsdir. Təkcə ona görə yox ki, vəzifəsini əla icra edir. Həm də bu səbəbdən ki, Hacı Şahinin vətənsevərliyi, doğma elinə vurğunluğu çoxlarına örnəkdir. O, Şəkini böyük turizm mərkəzi kimi görmək arzusuyla yaşayır. Bu məqsədlə çox işlər görür, təkliflər verir. Onun Şəki şəhərində turizmin inkişafına dair maraqlı konsepsiyası da var. Hacı Şahinlə söhbətimiz zamanı o, müəyyən qədər həmin məsələlərə də toxundu.

H.Ş.Hüseynov konkret olaraq Şəki rayonunda turizm sisteminin maddi-texniki bazasının inkişafı ilə bağlı konseptual fikirlərini bu cür təsnifləşdirdi:
1. Şəkidə Aşağı karvansarayı da əsaslı təmir etdirməklə işlək vəziyyətə gətirmək. Bu karvansarayda "Zorxana" rəqsi və digər folklor nümunələri əsasında turistlərə konsert proqramları göstərməklə bu tarixi abidələrin imkanlarından istifadə etmək. Bölgənin bütün tarix və memarlıq abidələrində restavrasiya işləri aparmaq.
2. Atla gəzinti üçün Böyük Qafqaz dağlarının cənub ətəklərindəki keçidləri və cığırları səliqəyə salmaq, təhlükəli keçid yelrərində kiçik taxta körpülər düzəltdirmək. Dağ keçisi ovu zonalarını müəyyənləşdirmək.
3. Ekoturizm marşrutlarını müəyyən etməklə yanaşı, təbiətin dilbər guşələrində turistlərin qısamüddətli dayanması, əylənməsi və iaşə xidmətindən istifadəsi üçün dəyələrdən, alaçıqlardan, çadırlardan istifadə etmək. Piknik keçirmək üçün şəlalələrin ətrafında, bulaqların başında, mənzərəli yamaclarda və s. məxsusi yerlərin dəqiqləşdirilməsi.
4. Arxeoloji qazıntılardan əldə edilmiş maddi-mədəniyyət qalıqlarının ayrıca muzeyini yaratmaq.
5. Yerli sənətkarların əl işlərinin satılmasını müntəzəmliklə təşkil etmək. Keçmiş sənət növlərinin turistlərə göstərilməsi üçün kompleks iş yerləri, sexlər və dükanların bir cərgədə olmasını təmin etmək.
6. Turist marşrutlarından keçən şosse yollarının hər 50 kilometrliyində dincəlmə yerləri, nümunəvi tualetlər, yuyunma yerləri, benzindoldurma məntəqələri və s. kiçik xidmət vasitələri yaratmaq.
7. Turizmlə əlaqədar olaraq elektrik enerjisinin fasiləsiz verilməsi, təbii qazdan istifadə və s. zəruri məsələlərin dövlət səviyyəsində qaydaya salınması
Hacı Şahin Hüseynov Şəkidə bir ağsaqqal səviyyəli nüfuza malik şəxsdir

Ərazisində böyük İpək yolunun keçdiyi Azərbaycanın ən qədim sənətkarlıq, ipəkçilik və ticarət şəhəri olan Şəki karvan yolları vasitəsilə digər xanlıqların və bir çox xarici ölkələrin ticarət mərkəzlərini özündə birləşdirirdi. Əlbəttə ki, belə bir təbii-coğrafi və strateji şəraitə malik şəhərdə karvansarayların olmaması mümkün deyildir.
XVIII-XIX əsrlərdə şəhərdə inşa edilmiş karvansaray binaları təkcə karvanların və səyyahların qalması üçün deyil, həm də müx-təlif ticarət əməliyyatlarının aparılması üçün də nəzərdə tutulurdu.
Özünün böyüklüyü və ticarət üçün əlverişliliyi ilə bütün Zaqafqazi-yada məşhur olan Yuxarı Karvansaray dövrümüzə qədər gəlib çatmış iki karvansaraydan biridir. Ümumi sahəsi 6000 kvadratmetr olan Yuxarı Karvansaraya Şəki memarlığı üçün səciyəvi olan kərpic və çay daşının birlikdə işlədilməsi xüsusi görkəm verir.
Tikili relyefə uyğun olaraq küçəyə baxan hissədə 14 metr, içəri üzdən isə 8 metr hündürlükdə inşa edilmişdir. 300-dən artıq otaq və zirzəmidən ibarət olan karvansarayın 2 giriş darvazası vardır. Bina üç mərtəbəlidir. Tacir öz malını zirzəmiyə yığar, birinci mərtəbədə alver edər, ikinci mərtəbədə yaşayardı.
Darvazaların içəri hissəsinin tavanı kərpicdən tağlı günbəzlərdir. Yaxın Şərqdə ən böyük kərpic tağlı günbəzlərdən biri sayılan əsas girişin zəngin bəzənmiş tağı relyefin çox mailliyi üzündən binanın küncündə, üçüncü mərtəbə səviyyəsində inşa edilmişdir.
Sadə həyəti, tağbəndlərlə örtülü eyni ölçülü hücrələri, həyət eyvanları, hovuz və onları əhatə edən yaşıllıq karvansarayın ümumi kompozisiyasını tamamlayır.
Bugünə kimi öz gözəlliyini, memarlıq üslubunu qoruyub saxlayan və hazırda mehmanxana kimi istifadə olunan Yuxarı Karvansaray Şəkinin zəngin   maddi və mənəvi irsə malik bir şəhər olmasının bariz nümunəsidir.
Hacı Şahin Hüseynov Şəkidə bir ağsaqqal səviyyəli nüfuza malik şəxsdir

Son xəbərlər

İlham Əliyev: Səfər zamanı əldə edilmiş razılaşmalar İran-Azərbaycan dostluğunu, qardaşlığını bir daha təsdiqləyir

Pezeşkian: Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq

Tramp Rusiya və Ukrayna arasında tam atəşkəsin əldə olunmasında israr edir

İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Sorğu: Amerikalıların əksəriyyəti Trampın siyasətini qarışıq və qorxulu sayır

Pakistan Ordusu altı terrorçunu zərərsizləşdirib

Qayınana-gəlin probleminə çarə tapıldı

Florida hava limanı bomba təhlükəsindən sonra bağlanıb

Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib

Azərbaycan XİN başçısı ATƏT-in Baş katibini qarşılayıb

Regional kollecdə yeni təyinatlar olub

Azərbaycanda PUA-ların istismarçı sertifikatı yalnız hüquqi şəxslərə veriləcək

Daimi və ya müvəqqəti coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarlar təsdiqlənib

Prezident İlham Əliyev Aİ-nin ali nümayəndəsi Kaya Kallası qəbul edib

Diplomatlara təminat və kompensasiyaların verilməsi qaydaları təsdiqlənib

Kəşmirdə terror törətməkdə şübhəli bilinən şəxslərin evlərində partlayışlar olub

Hikmət Sabiroğlu ermənilərin MƏHKƏMƏSİNDƏ

Bakıda evdən qadın meyiti tapılıb

Hindistanla Pakistan arasında müharibə BAŞLAYIR?

Türkiyənin qərbində zəlzələ olub

Zeynəb Həsəni özünə gizlicə toy etdi? - FOTO

Günün qoroskopu: Duyğular sabit, fikir aydın

İqtisad Universitetində keçid balları - SİYAHI

Bütün xəbərlər