{category-title}

Azərbaycana gələn turistlər ən çox nədən narazıdırlar? – ARAŞDIRMA

Bu ilin yanvar-may aylarında Azərbaycana turizm məqsədilə səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 598 332 nəfəri ölkədə onlara göstərilən xidmətlərdən razı qalıb.

“Report”un əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % çoxdur.

Ən çox məmnunluq göstərən turistlər Rusiyadan gələnlər olub - 161 162 nəfər. Amma bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 % azdır.

Hindistandan gələn məmnun turistlərin sayı 85 457 nəfər olub ki, bu da 1 il əvvələ nisbətən 9,2 % artım deməkdir. Türkiyədən gələn və xidmətlərdən razı qalan turistlərin sayı isə 71 004 nəfər təşkil edib ki, bu da illik müqayisədə 33,8 % çoxdur.

Bununla yanaşı, 71 864 nəfər turist xidmətlərdən narazı qaldığını bildirib. Bu da ötən ilin eyni dövrünə nisbətən 8,4 % azdır.

Narazı turistlərin ölkələr üzrə bölgüsünə baxdıqda, ilk sırada yenə də Rusiya yer alıb - 18 974 nəfər. Lakin bu göstərici də illik müqayisədə 28,7 % azalıb.

Narazı turistlər arasında Hindistandan olanların sayı 5,2 % azalaraq 10 565 nəfər, Türkiyədən olanların sayı 19,5 % artaraq 9 247 nəfər olub.

Azərbaycana gələn turistlər ən çox avtobusla sərnişindaşıma xidmətindən narazı qalıb. Bu xidmətlə bağlı 15 830 turist narazılığını qeyd edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 % azdır.

Metro ilə sərnişindaşıma xidmətindən narazı qalanların sayı isə 5 157 nəfər olub. Bu, 1 il əvvələ nisbətən 5,6 % artım deməkdir.

Yerləşmə xidmətlərindən narazı qalanların sayı isə 6 699 nəfər təşkil edib ki, bu da illik müqayisədə 4,5 % azdır.

İctimai iaşə (qida) xidmətləri ilə bağlı narazılığını isə 12 606 nəfər bildirib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 11,9 % azalma deməkdir.

Ən böyük artım turagent və turoperatorların xidmətləri ilə bağlı narazılıqda qeydə alınıb. Bu sahədən şikayət edənlərin sayı 11,2 % artaraq 3 334 nəfərə çatıb.

Bələdçi xidmətlərindən narazı qalan turistlərin sayı isə 16 % azalaraq 7 371 nəfər olub.

5 ay ərzində xarici turistlər Azərbaycanda ümumilikdə 1 milyard 224,75 milyon manat pul xərcləyiblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 % çoxdur.

O cümlədən, turistlərin nəqliyyat xərcləri 569,5 milyon manat olub. Bu da 1 il əvvələ nisbətən 4,9 % çoxdur.

Hesabat dövründə yerləşmə xərcləri 6,8 % artaraq 252,8 milyon manata, qidalanma xərcləri isə 4,8 % azalaraq 221,2 milyon manata, mədəniyyətlə bağlı xərclər 45,6 % artaraq 6,9 milyon manata, turizm zərfinin alınmasına çəkilən xərclər isə 2 % artaraq 545 min manata çatıb.

Bu ilin yanvar-may aylarında Azərbaycana 178 ölkədən 979,9 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 24,6 %-i Rusiya, 17,7 %-i Türkiyə, 10,7 %-i Hindistan, 8,6 %-i İran, 4,4 %-i Gürcüstan, 3,6 %-i Qazaxıstan, 2,9 %-i Səudiyyə Ərəbistanı, 2,8 %-i Pakistan, hər birindən 2 % olmaqla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail, hər birindən 1,9 % olmaqla Özbəkistan və Çin, 1,4 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən 1 % olmaqla Belarus və Küveyt, 12,2 %-i digər ölkələrin vətəndaşları olub, 68,9 %-ni kişilər, 31,1 %-ni qadınlar təşkil edib.

Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,4 %-i hava, 25,2 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Son xəbərlər

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

İlham Əliyev Sərəncam İMZALADI

Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Bütün xəbərlər