{category-title}

<!-- x-tinymce/html -->

İsrail-İran qarşıdurması – yeni dialoq üçün savaş - ŞƏRH

 
İran-İsrail və ya İsrail-İran müharibəsinin yeni mərhələsi davam edir. İndiyədək bu iki dövlət arasında savaş Qəzza zolağında HƏMAS, Livanda “Hizbullah”, Suriyada Bəşşar Əsəd, Yəməndə husi qiyamçıları vasitəsi ilə aparılırdı. Ötən il isə qarşılıqlı şəkildə raket atəşi artıq tərəflər arasında silahlı münaqişənin yeni mərhələsi sayılır.

Donald Tramp ikinci dəfə prezident seçildikdən sonra İranla danışıqlara hazır olduğunu bildirdi. O, hətta, İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamənei və Prezident Məsud Pezeşkianla görüşmək niyyətini də açıq bildirdi.

Məsud Pezeşkian prezident seçkisi qabağı kampaniyada qərblə dialoqa açıq olduğunu bildirirdi.

İsrail-İran qarşıdurması – yeni dialoq üçün savaş - ŞƏRH

Məsud Pezeşkian

Qarşılıqlı raket zərbələrindən mübadilələrindən təxminən bir il sonra Omanın vasitəçiliyi ilə ölkə paytaxtı Masketdə ABŞ və İran rəsmi nümayəndələri arasında birbaşa olmayan ilk görüş başladı. Bu danışıqların beş mərhələsinin keçirilməsi Vaşinqton-Tehran yaxınlaşmasının baş verəcəyinə ümidləri artırır, tərəflər arasında mübahisəli məsələlərin dinc, danışıqlar yolu ilə normalaşacağına inam yaradırdı. Çünki Suriya, İraq, Yəmən, Liviya, Livanda baş vermiş hadisələr Yaxın Şərqdə vəziyyəti bütün baxımlardan dramatik hala salmışdı.

Ona görə də regionda ölkələr, qonşular İrandakı hakimiyyətlə İsrail və ABŞ-nin dil tapacağını gözləyirdi.

Görüşün beşinci raundundan sonra ABŞ-nin İrana nüvə məsələsi ilə bağlı təklifləri və ondan istəkləri məlum oldu.

İsrail-İran qarşıdurması – yeni dialoq üçün savaş - ŞƏRH

Rəsmi Vaşinqton Tehrandan nüvə fəaliyyətinin tamamilə dayandırmağı, konsorsiumun nəzarəti altında uranın başqa ölkədə zənginləşdirilıməsini tələb edirdi. Bununla yanaşı Ağ ev qarşı tərəfə nüvə məsələsi ilə bağlı başqa təklifləri də təqdim etmişdi. Tehran nüvə fəaliyyətini dayandırmaycağını, uranı isə öz ölkəsində zənginləşdirəcəyini bildirməklə yanaşı, nüvə silahı əldə etmək niyyəti və planının olmadığını vurğulayırdı.

İsrailin Baş naziri Binyamin Netanyahu isə bəyan etdi ki, onlar hücum etməsə idi, İranın husilərə verdiyi nüvə silahını qiyamçılar yəhudi dövləti ərazisinə atacaqdı. Yaxud hökumət bacısı bildirmişdi ki, İsrail hücum etməsə idi, İran bu addımı atacaqdı və s.

Bunların fakt, yaxud arqument olduğunun təsdiqini tarix verəcək.

Bu əməliyyatda İsrailin İrandakı hədəfləri isə aşağıdakılardır:

Birincisi nüvə təsisatları. Bu qurumların binasının dağılması Tehranın nüvə texnoloji sahəsinə ciddi zərbə olacaq. Onun dirçəldilməsinə yeni maliyyə və başqa vəsaitlərin tapılması çətin olacaq. Bu kimi səbəblərdən onları sıradan çıxarmaq İsrail üşün vacib sayılır.

İkincisi, nüvə fizikləri. Bu sahənin 14 aliminin öldürüldüyü bildirilir. Onların öldürülməsi İranın nüvə texnologiyasının dirçəlməsinin qarşısının alınmasına xidmət edən digər amil oldu.

İsrail-İran qarşıdurması – yeni dialoq üçün savaş - ŞƏRH

Üçüncüsü, hərbi obyektlərin və ordu başçılarının vurulması. İrandakı mövcud hakimiyyətin əsas dayağı İnqilab Keşikçiləri Qvardiyasıdır (Sepah). Hücumun ilk günündə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin, Sepahın komandanının, SEPAH Hava Qüvvələri və Aerokosmik Qüvvələrinin komandanı və başqa yüksək rütbəli, vəzifəli hərbçilərin öldürülməsi İslam Respublıikasının kadr baxımından hərbi gücünün zəiflədilməsinə, onların təhlükəsizliyinin təmin olunmaması ilə bağlı ziddiyyətə şərait yaratmağa xidmət edə bilər.

İsraillə İran arasında quru sərhədi olmadığı üçün Sepah və bəsiclərin qərargahlarını vurmaqda hədəf ehtimal etmək olar ki, İranı canlı qüvvə baxımından itkiyə məruz qoymaqdır.

Hərbi sənaye kompleksinin binalarının hədəfə alınmasında məqsəd İranın raket, dron və başqa hərbi texnika və avadanlıq istehsalının qarşısını almaqdır.

İsrail-İran qarşıdurması – yeni dialoq üçün savaş - ŞƏRH

Bu dəfəki hücum ötən ilkindən fərqlənir. İsrailin İrana bu dəfəki həmləsi HƏMAS və “Hizbullah” qarşı əməliyyatları xatırladır. Deməli, hədəf yalnız nüvə obyektləri deyil. Bu həm də mövcud hakimiyyəti hərbi, siyasi və başqa baxımdan ən yaxşı halda zəiflətməkdir.

Uzun illərdir İranın siyasi elitasında ABŞ başda olmaqla qərblə danışıqlar aparmaq təklif olunur. Ancaq son anda hakimiyyətdəki mühafizəkar xəttin nümayəndələri prosesi əngəlləyirlər. Elə son 20 ildə islahatçı keçmiş prezidentlər Məhəmməd Xatəmi və Həsən Ruhaninin dövründə əldə edilmiş müəyyən nailiyyətlərin üzərindən çəkilən xətləri yada salmaq kifayət edər. Hərçənd, 2015-ci il iyulun 15-də qəbul edilmiş Əhatəli Razılaşma Planı Müqaviləsinin icrasında qərbin də günahı az olmayıb.

İslam Respublikası bildirir ki, İsrail BMT Nizamnaməsini pozub. İran Xarici İşlər Nazirliyi qurumun Təhlükəsizlik Şurasını yəhudi dövlətini mühakimə etməyə çağırıb.

Yaxın Şərq və Körfəz dövlətləri müharibəni pisləyib. Azərbaycan və Türkiyə də çıxış yolunun danışıqlar olduğunu istisna etməyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla ölkənin bir sıra rəsmiləri ABŞ, Böyük Britaniya, Rusiya və başqa dövlətlərin təmsilçiləri ilə vəziyyəti müzakirə edib. Çıxış yolundan danışıblar. Türkiyə vasitəçilik etməyə hazır olduğunu da bildirib.

İsrail-İran qarşıdurması – yeni dialoq üçün savaş - ŞƏRH

Azərbaycan üçün də İran və İsrail yaxın dövlətlərdir. İslam Respublikası qonşudur. Orada milyonlarla Azərbaycan türkü yaşayır. Onların taleyi Azərbaycan Respublikası üçün prioritetdir. Həm də bu ölkə ilə son zamanlar yaxınlaşma prosesi gedir. Məsud Pezeşkianın Bakıya səfərini, Tehranın Azərbaycana Müctəba Dəmirçilini yeni səfir olaraq təsdiqləməsi münasibətlərdəki istiləşməyə örnək sayıla bilər.

İsrail isə Azərbaycanın tərəfdaşıdır. Ölkə ictimaiyyəti onun bu keyfiyyətini Qarabağ və ətraf rayonların Ermənistanın işğalından azad edilməsi zamanı gördü. Yəhudi dövləti, vətəndaşları, diasporası Azərbaycanın bu ölkədəki diaspor nümayəndələri özünü dürüst tərəfdaş olaraq apardı.

Ona görə də Azərbaycan İsrail və İran arasında seçim etmir. Rəsmi Bakı tərəflər arasında mübahisəli məsələlərin dialoq yolu ilə həllinə tərəfdardır və bu istiqamətdə onlara dəstək də verə bilər.

Hər bir halda bu müharibə də bitəcək, danışıqlar başlayacaq. “The New York Times” bildirib ki, Donald Tramp ABŞ-nin vitse-prezidenti Cey Di Vens və müşaviri Stiv Uitkoffu bu həftə İran nümayəndələri görüşməyi təklif edib. Ancaq artıq dialoq masası arxasında qüvvələr nisbəti əvvəlki kimi çətin ola....(Report)

Son xəbərlər

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib

FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib

Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb

“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Bütün xəbərlər