{category-title}

Gömrük Komitəsi və Vergilər Nazirliyi birləşməsi yenidən gündəmdə... - İDDİA

 

 

Dünən prezident İlham Əliyev bir sıra dövlət qurumlarını, habelə Müdafiə Sənayesi nazirliyini ləğv etdi ki, bu da gözlənilən idi. Çünki dövlət başçısı Nazirlər Kabinetinin son toplantısında net şəkildə gözlənilən stuktur islahatlarını ifadə etmişdi və gözlənilir ki, proses bundan sonra da davam etsin.

DİA.AZ bildirir ki, bu arada çoxdan bəri proqnozlaşdırılan bir məqam yenidən gündəmə daşınmaqdadır. Söhbət Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin eyni çatı altında birləşdirilməsindən gedir. Və prezidentin son addımları belə deməyə əsas yaradır ki, sözügedən islahat da həyata keçirilə bilər.

Bununla bağlı redaksiyamızı bilgiləndirən mötəbər mənbə iddia edir ki, həqiqətən də Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi vahid bir qurumda birləşə bilər.

Dia.az-a daxil olan məlumatlara görə, tezliklə Dövlət Gömrük Xidmətinin və Vergilər Nazirliyinin inteqrasiyası yolu ilə vahid fiskal orqan yaradılacaq. Bu da dövlətə həmin xidmət vasitəsilə tamamilə sabit gəlir əldə etməyə imkan verəcək. Bu manevrdə məqsəd təkrarlanmanı aradan qaldırmaq və idarəetmənin səmərəliliyini gücləndirən sinergetik effekt əldə etməkdir.

Məlumatlı mənbə bu barədə dia.az-a danışır: “Dünyada belə yanaşma çərçivəsində uğurlu nümunələr çoxdur. Amma əks nəticələr də olub. Dünya praktikasında qurumların iri və əməliyyat baxımından yöndəmsiz, nöqsanlı səlahiyyət bölgüsü olan strukturlara inteqrasiyası təcrübəsi olub, bu zaman müxtəlif departamentlər onlara uyğun olmayan funksiyalar əldə edib. Ona görə də qərarların qəbulu çox vaxt əsassız olaraq uzun vaxt aparır, bəzən isə yenidən baxılmağı tələb edirdi. Birləşmənin müsbət nəticələri də olub: birgə vergi-gömrük yoxlamaları, qanunvericilik normalarının eyni cür anlaşılması, iki xidmət arasında tam informasiya mübadiləsinin yaradılması. Azərbaycanda kadrlar çox şeyi həll edir. Çünki hökumət strukturları vəzifəyə görə yaradılır, əksinə yox. Hesab edirəm ki, yeni fiskal orqana vergilər naziri Mikayıl Cabbarov rəhbərlik edəcək".

Mənbə onu da əlavə edib ki, son toplantıda prezidentin DGK-nin fəaliyyətindən razılıq etməsi belə sözügedən prosesin gündəmdən düşməsi anlamına gəlmir: "Təbii ki, elə bir rəy var: yəni burada söhbət ondan gedir ki, Səfər Mehdiyevin işi təqdir olunub və DGK-nin ləğvi birdəfəlik olaraq gündəmdən çıxıb. Bu, heç də belə deyil. Çünki tədarüklər tamam başqa yöndədir".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...DİA.AZ

Son xəbərlər

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir

İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik

Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

Türkiyədə bələdiyyə sədri saxlanılıb

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

Putin İlham Əliyevi təbrik etdi

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...

Metronun hərəkət qrafiki dəyişdirilir

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

QMİ Qurban bayramı ilə bağlı fətva verib

Xəzər dənizində zəlzələ olub

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

Bütün xəbərlər