{category-title}

<!-- x-tinymce/html -->

Qocalan İran əhalisi – yaşlanan cənubi azərbaycanlılar - ŞƏRH

 
İran 90-cı illərdə dünyanın ən gənc ölkələrindən idi. Ancaq son illər ölkə əhalisinin qocaldığına dair həyəcan təbili çalınır.

Hətta İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamənei ailədə uşaqların sayının artırılmasının İran cəmiyyətində mədəniyyətə çevrilməli olduğunu bildirib, hökumət rəsmilərini əhalinin sayının artırılması üçün ailələrə yardım etməyə çağırıb.

Bu günlərdə isə İslam Respublikası parlamentinin Əhali və Ailəyə Dəstək fraksiyasının rəhbəri Farimə Məhəmmədbeygi bildirib ki, İranda əhalinin yaşlanması dünya göstəricisini keçib, yaşlı insanların sayının artımı dünya üzrə orta göstəricidən üç dəfə çoxdur. O, ölkədə əhalinin yaşlanması ilə bağlı mürəkkəb vəziyyəti vurğulayaraq “Əhali və Gənclər Qanunu”nun tam şəkildə həyata keçirilməsini sürətləndirməyə çağırıb.

Fatimə Məhəmmədbeygi bildirib ki, bu barədə qanunun elan edilməsindən təxminən iki il yarım keçib: “Ötən illər ərzində bu qanunun həyata keçirilməsi üçün bəzi platformalar hazırlanıb. Ancaq onun reallaşmasının ləngiməsi artımın yavaş getməsinə səbəb olub”.

O, məsələ ilə bağlı uyğun orqan və təşkilatlara şikayət etdiklərini də vurğulayıb.

Fraksiya rəhbəri hüquq-mühafizə orqanlarının iş sürətinin ölkədə əhalinin azalması və əhalinin yaşlanması ilə bağlı həyəcan doğuran vəziyyətin tempi ilə ayaqlaşa bilmədiyini vurğulayaraq əlavə edib ki, reproduktiv yaşda olan qadınların sayı 2017-ci ildən etibarən hər il beş faiz azalır: “Bu il biz ötən illə müqayisədə doğum sayında yeddi faiz azalma ilə üzləşmişik”.

Fatimə Məhəmmədbeygi əhalinin yaşlanması ilə bağlı narahatlığının hələ də anlaşılmadığını bildirib: “Görünür, biz hələ də gənc və ortayaşlı cəmiyyətdən yaşlanan cəmiyyətə keçdiyimizə inanmırıq".

Qocalan İran əhalisi – yaşlanan cənubi azərbaycanlılar - ŞƏRH

F.Məhəmmədbeyginin sözlərinə görə, 1979-cu ildən İranda dörd uşaq limiti əldə edilib, əhalinin artımı dayanmamalı idi. Təəssüf ki, 1979-cu ildən 2000-ci ilə qədər, hazırkı qanun yazıldığı zaman, iki onillik ərzində dəyişən demoqrafik model və aşağı doğum göstəriciləri yanlış, qeyri-peşəkar şəkildə izlənilib.

Halbuki İran cəmiyyəti 1980-1988-ci illərdə İraqla müharibədə yüzminlərlə gənc vətəndaşını itirib. Səkkizillik müharibə zamanı itkilər demoqrafik inkişafa da mənfi təsir göstərib.

Yeri gəlmişkən, İkinci Dünya Müharibəsi zamanı keçmiş sovetlər dövründə milyonlarla insan itkisi sonrakı onilliklərdə özünü çox açıq şəkildə göstərmişdi.

İranda təkcə müharibə deyil, müxtəlif səbəblərdən milyonlarla insan ölkəni tərk edib. “Fact Statistics”in İran Ali Şurasının statistikasına əsasən bildirib ki, ABŞ bir milyon beş yüz min, Kanadada 400 min, Böyük Britaniyada 400 min, Birləşmiş Ərəb Əmirliyində 454 min iranlı mühacir yaşayır.

İranın miqrasiya üzrə statistikasına əsasən, 2020-ci ildə ölkəni 1 milyon 870 min vətəndaş tərk edib. Sonrakı illərdə onların sayı son 30 illə müqayisədə iki dəfə çoxalıb.

Qocalan İran əhalisi – yaşlanan cənubi azərbaycanlılar - ŞƏRH

Odur ki, İranda əhalinin sayının qocalamasına müharibə və mühacirət çox güclü təsir göstərib. Ancaq onun səbəblərinin aradan qaldırılması istiqamətində addım atılmayıb. Əksinə, 1990-cı illərdə “Daha az uşaq, daha yaxşı həyat” (“Fərzənde kəm tər, zindəge behtər”) şüarı altında əhalinin sayının azaldılması istiqamətində kampaniya başladı. 1993-cü ildə parlament “Ailənin planlaşdırılması haqqında qanun”u qəbul etdi. Bu qanunda əhali sayının nəzarətdə saxlanılması üçün həvəsləndirmə və cəza tədbirləri, o cümlədən hər ailədə dördüncü və sonrakı uşaqlara ailə müavinətlərinin ödənilməməsi nəzərdə tutulurdu.

2020-ci ilədək əhali sayının nəzarəti üzrə geniş proqramlar həyata keçirilirdi. Səhiyyə Nazirliyinin bu sahədəki bəzi proqramlarına görə, sağlamlıq və gigiyena evlərinin yaradılması, qadınların, hətta kişilərin doğuşa nəzarət metodları ilə tanış edilməsi bu tədbirlərə daxil idi. Onlardan biri də pulsuz vazektomiyadır. Səhiyyə Nazirliyi əhali sayına nəzarət üçün kənd səviyyəsində də bu sayaq müxtəlif proqramları reallaşdırırdı. Təmiz su və ictimai tualetlər kimi əsas rifah, tibbi xidmətlərin aşağı səviyyədə olmasına baxmayaraq, kontraseptiv həblər kənd sakinlərinə pulsuz paylanırdı

Qocalan İran əhalisi – yaşlanan cənubi azərbaycanlılar - ŞƏRH

Sosial cəhətdən aztəminatlı ailələrdə doğuşa nəzarət məqsədilə İmam Xomeyni adına Yardım Komitəsinin himayəsində olan, planlaşdırma siyasəti tətbiq edilən ailələr üçün bir sıra stimullaşdırıcı proqramlar nəzərdən keçirilirdi. Məsələn, komitə vazektomiya və ya tubektomiya keçirmiş şəxslərə əlli min rial (ovaxtkı məzənnə ilə təxminən 500-1000 dollar cıvarında) bonus ödəmiş və onlara mənzil, tibbi xidmət, kreditlər almaq üstünlüyü vermişdi. Qurum daha da irəli gedərək sonradan bildirirdi ki, ailələrin dəstəklənməsi və humanitar komitələrdən yardım alınmasının əsas şərtlərindən biri ailə planlaşdırması sertifikatının təqdim edilməsidir.

Bundan başqa, gənclər və tələbələr arasında planlaşdırmaya dair məsələlər ciddi şəkildə təbliğ edilirdi.

Təkuşaqlı ailələr cəmiyyətdə geniş təbliğ olunmağa başladı. Ev təsərrüfatının ölçüsü (ailədəki insanların sayı) 1975 və 2006-cı illərdə müvafiq olaraq 4,4 və 4 nəfər idisə, bu rəqəm 2011-ci ildə 3,6 nəfərə qədər azaldı.

Hakimiyyətin həyata keçirdi planlaşdırmaya etiraz edənlər də az deyildi. Din xadimi Məhəmməd Hüseyn Hüseyni Tehrani “Əhalinin sayının azalması müsəlmanların sağlamlığına dəhşətli zərbə” adlı kitabında əhalinin azalması şüarını müstəmləkəçi şüar sayaraq ona qarşı çıxmışdı.

1979-cu ildən 2000-ci illərin əvvəllərinədək aparılan bu siyasət və təbliğat ölkə əhalisinin yaşlanmasında izini buraxıb.

Qocalan İran əhalisi – yaşlanan cənubi azərbaycanlılar - ŞƏRH

İranın Milli Əhali Qərargahının katibi Mərziyyə Vahid Dəstcerdi bu günlərdə bildirib ki, demoqrafik böhranın qarşısını almaq üçün hər iranlı qadın orta hesabla 2,1 uşaq sahibi olmalıdır. Onun sözlərinə görə, təəssüf ki, milli statistika reproduktiv yaşda olan cütlüklərin 77 faizinin ümumiyyətlə uşaq sahibi olmaq istəmədiyini göstərir. Katib qeyd edib ki, son illərdə uşaq dünyaya gətirmək üçün müxtəlif stimullaşdırıcı siyasi addımlar atılsa da, arzuolunan nəticələr əldə edilməyib. O əlavə edib ki, əhalinin sayının azalmasının qarşısı alınmasa, proses 100-120 ildən çox davam edəcək: “Bu məsələnin həlli üçün ən azı bir əsr lazımdır”.

Bildirilib ki, İranda iqtisadi, psixoloji və ictimai təhlükəsizliklə bağlı göstəricilər nikbinlik doğurmur. Bu sahələrdə problemlər cütlüklərin uşaq sahibi olmasına marağı azaldan amillərdir.

Ölkədə nikah və boşanma statistikasının araşdırılması göstərir ki, 2010-2023-cü illər arasında ölkədə nikahların sayı 46 faiz azalıb. Həmin dövrdə ölkədə boşanmaların sayı 47 faiz artıb.

Başqa bir məlumata əsasən, İranın Səhiyyə Nazirliyindən bildirilib ki, Danimarkaya 3 min iranlı tibb bacısı mühacirət edib.

Beləliklə, İranda əhalinin qocalmasının səbəblərini aşağıdakı kimi sıralamaq olar:

-Ölkədəki sosial problemlər;

-Siyasi məhdudiyyətlər;

-mühacirət;

-təzyiq və təqiblər;

-ailə məsələlərinə yersiz müdaxilə;

-selektiv abortlar;

-ailə daxilində və cəmiyyətdə hamilələrə uyğun diqqətin yetərli olmaması;

-yeni doğulanlara müəyyən yaş həddinədək müavinətin verilməməsi, yaxud bunun həcminin az olması;

-gənclər arasında ailə qurulmasının vacibiyinin təbliği və onlara şəraitin yaradılmaması və başqaları.

Qocalan İran əhalisi – yaşlanan cənubi azərbaycanlılar - ŞƏRH

Əhalinin qocalması güney azərbaycanlılara da şamil edilir. Bu isə Cənubi Azərbaycan əhalisinin yaşlanması, zaman-zaman torpaqlara başqaların yiyələnməsinə səbəb olar.

Əhali dövlətin varlığını təşkil edən ərazi, ordu, hakimiyyətlə yanaşı, dörd başlıca dayaqdan biridir. Onun sayı azalanda, əhali qocalanda dövlətin varlığı, o cümlədən təhlükəsizliyi şübhə altına alınır. O halda yerli əhalini gəlmələr əvəzləyər...(Report)

Son xəbərlər

Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT

Nazir direktoru işdən çıxardı

Armen Qriqoryan: Türkiyə ilə razılaşmaların icrası ilə bağlı müzakirələri davam etdiririk

İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

Böyük Qayıdışın möhtəşəm mənzərəsi - VİDEO

Estoniya səfiri iqamətgahını Gürcüstandan Ermənistana köçürür

Prezident İlham Əliyev Almaniyada səfərdədir

Türkiyədə sel təhlükəsinə görə bəzi məktəblərdə tətil elan edilib

Məhkəmə: Aktuallığını itirmiş xəbərin silinməsi tələb oluna bilər

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Rusiya ordusunun Ukraynaya zərbəsi nəticəsində 3 qardaş ölüb, ana və nənə yaralanıb

Kərim Tahirov: Azərbaycanın yeni inkişaf istiqamətləri

Pensiya düzəltmək adı ilə vətəndaşları aldatmaqda ittiham olunan qadına cəza istənilib

Bakıda 4-cü sinif şagirdi qəfil öldü - Foto

Japarov: Növbədənkənar seçkilərin keçirilməsini təklif edən qrupun fəaliyyəti araşdırılır

XXV Qış Olimpiya Oyunlarında bu gün daha bir neçə yarış keçiriləcək

İsrail ordusu Livanın cənubunda “Hizbullah” döyüşçüsünü zərərsizləşdirib

WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır

Sabah Bakı və bəzi bölgələrdə külək güclənəcək - SARI XƏBƏRDARLIQ

Overçuk: Rusiya Ermənistanda Azərbaycan və Türkiyəyə çıxışı olan dəmir yolu sahələrini bərpa edəcək

Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsim mərasimində iştirak edib

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib - SİYAHI

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı təltif edilib

Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib - SƏRƏNCAM

Bütün xəbərlər