{category-title}

Səhiyyə naziri postunda dəyişiklik gözlənilir... - İDDİA

 

Bu ilin Novruz bayramına qədər Səhiyyə naziri Oqtay Şirəliyevin vəzifədən azad ediləcəyi gözlənilir.

Bu barədə artıq ölkənin ali siyasi instansiyasında qərar verildiyi deyilir.

Qlobal.az xəbər verir ki, hazırda Səhiyyə nazirinin müavini vəzifəsində çalışan Nigar Əliyevanın Səhiyyə naziri təyin ediləcəyi iddia edilir.

Nigar Əliyevanın Səhiyyə naziri olacağı barədə nazirliyin kluarlarında da söz-söhbətlər gəzməkdədir.

Oqtay Şirəliyevin vəzifədən getməsinin bir sıra səbəbləri barədə də Qlobal.az maraqlı məlumatlar əldə edib. Məlumata görə, O.Şirəliyevin vəzifədən getməsinin əsas səbəbi onun öz istəyi ilə bağlıdır. 2005-ci ildən ölkə səhiyyəsinə rəhbərlik edən nazirin fiziki yorğunluğunun olduğu deyilir.

Bunlarla yanaşı, Oqtay Şirəliyev üçün ötən il də uğurlu olmayıb. Belə ki, ötən ilin aprel ayında Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində baş verən yanğın hadisəsi zamanı palatada olan 25 xəstənin faciəvi şəkildə yanaraq həlak olmaları ölkə səhiyyəsinin acınacaqlı durumda olduğunu ortaya qoydu.

2018-ci ildə Oqtay Şirəliyev üçün xoş olmayan digər hadisə isə iyul ayının 4-də ölkənin enerji sistemində yaranmış vəziyyətlə əlaqədar Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə baş verdi.

Xatırladaq ki, həmin müşavirədə iştirak edən Oqtay Şirəliyev dövlət başçısına etdiyi məruzədə ölkənin bütün xəstəxanalarında generator sistemlərinin quraşdırıldığını və işlədiyini bildirdi. Ancaq nazirin bu çıxışı Prezident İlham Əliyevin diqqətindən yayınmadı və ölkə başçısı yekun çıxışında Səhiyyə nazirinin bütün xəstəxanalarda generatorların olması və işləməsi barədə fikirlərinin həqiqət olmadığını vurğuladı. Dövlət başçısı eyni zamanda çıxışı zamanı Səhiyyə nazirliyində təftiş aparılmasını və nəticə barədə ona məruzə olunmasını da vurğulamışdı.

Qeyd edilir ki, məhz dövlət başçısının bu tapşırığından sonra Səhiyyə nazirliyi sistemində aparılan təftişin nəticəsində ciddi yeyinti faktlarının olması aşkarlanıb.

Qlobal.az-ın əldə etdiyi digər məlumata görə Səhiyyə nazirliyində baş verəcək rəhbər dəyişikliyi zamanı hazırkı müavinlər vəzifələrində qalacaq. Səhiyyə naziri təyin ediləcək Nigar Əliyevanın yerinə isə Asiman Həsənovun gətiriləcəyi iddia olunur.

Asiman Həsənov uzun müddət Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Baş həkimi vəzifəsində çalışıb. Asiman Həsənovun dünyanın müasir tibb sahəsində baş verən yeniliklərdən xəbərdar olduğu, xəstəxana menecment sistemini mükəmməl bildiyi deyilir.

Onun nazir müavini gətirilməsinə səbəb kimi isə ölkədən xaricə müalicə üçün axan yüz milyonlarla vəsaitin qarşısını almaqdır. Qlobal.az

Son xəbərlər

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Bütün xəbərlər