{category-title}

<!-- x-tinymce/html -->

Abituriyentlər Xankəndidə imtahan verəcək - İlk dəfə

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi mayın 25-də II və III, iyunun 1-də isə I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirəcək. Bu il qəbul imtahanları respublikanın 24 şəhər və rayonunda təşkil olunacaq. Həm mayın 25-də, həm də iyunun 1-də Xankəndi şəhərində də qəbul imtahanları keçiriləcək. 

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu, işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır.

İmtahanlar Qarabağ Universitetində təşkil olunacaq. İmtahanlarda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndi şəhərində verəcəklər. Mayın 25-də keçiriləcək imtahanda 51, iyunun 1-də keçiriləcək imtahanda isə 21 abituriyentin iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, DİM 2023-cü ildən etibarən işğaldan azad olunan bölgələrdə ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsinə başlayıb. İlk buraxılış imtahanı Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində keçirilib. Daha sonra Laçın (Laçın şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəbi), Füzuli (M.Uluqbəy adına 1 nömrəli məktəb) və Ağdərədə (Talış kənd tam orta məktəbi), 2025-ci ildə isə Şuşa (1 nömrəli tam orta məkətb), Xankəndi (4 nömrəli tam orta məktəb), Xocalı (1 nömrəli tam orta məktəb), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb) və Laçında (Sus kənd tam orta məktəbi) ilk dəfə buraxılış imtahanları keçirilib.

Son xəbərlər

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Xəzər dənizində zəlzələ olub

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib

Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib

"Sabah" - "Hapoel" matçına 15 min bilet satılıb

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib

Kəlbəcərə dolu düşüb

Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

BİZİM TƏQVİM:21 avqustda baş vermiş tarixi hadisələr

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Bütün xəbərlər