{category-title}

<!-- x-tinymce/html -->

 BDU-nun rektoru: Azərbaycan mediası və jurnalistikası müasir çağırışlara uyğunlaşmalıdır   ?

Azərbaycan mediası və jurnalistikası müasir çağırışlara uyğunlaşmalıdır.

Bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimində deyib.

Onun sözlərinə görə, Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuat xalqın maariflənməsində, milli kimliyin formalaşmasında və dövlətçilik ideyalarının təbliğində mühüm rol oynayıb:

"Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ölkəmizdə media və jurnalistika sahəsinə verilən yüksək dəyərin bariz nümunəsidir. Bu yubiley yalnız keçmişə bir baxış deyil, eyni zamanda, mütərəqqi jurnalist nəslinin formalaşmasına, gənc qələm sahiblərinin ruhlandırılmasına verilmiş böyük töhfədir".

Rektor Ümummilli Lider Heydər Əliyevin milli mətbuatın inkişafındakı rolunu xüsusi vurğulayıb:

“Məhz onun rəhbərliyi ilə Azərbaycanda mətbuat üzərində senzura ləğv olundu. Bu, təkcə bir inzibati qərar deyildi, demokratik dəyərlərə, söz və fikir azadlığına verilən önəmin göstəricisi idi. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də media sahəsinin inkişafına xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, media qurumlarının maddi-texniki və hüquqi bazası gücləndirilib, jurnalistlərin fəaliyyətinə əlverişli şərait yaradılıb. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mediası misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Düzgün və operativ informasiyanın dünya ictimaiyyətinə çatdırılmasında, düşmən təbliğatının qarşısının alınmasında jurnalistlərimizin rolu əvəzsiz oldu”.

E.Babayev qeyd edib ki, bugünkü dövrdə medianın müasir çağırışlara uyğunlaşması mühüm əhəmiyyət kəsb edir:

“Yeni dövr yeni yanaşma tələb edir. Bizim əsas hədəfimiz bu çağırışlara cavab verən, peşəkar və vətənpərvər yeni media kadrlarının hazırlanmasıdır. Bakı Dövlət Universitetində bu istiqamətdə əhəmiyyətli addımlar atılır. Yerli media qurumları ilə geniş əməkdaşlıq həyata keçirilir, tələbələrimiz müasir təlim metodları ilə təhsillərini davam etdirirlər. Əminik ki, bu ənənələr gələcəkdə daha da möhkəmlənəcək və Azərbaycan mediası dünya miqyasında öz layiqli yerini daha da möhkəmləndirəcək. Media və jurnalistikada müasir çağırışlara uyğunlaşması vacibdir. Bizim əsas hədəfimiz isə müasir çağırışlara cavab verən yeni kadrların hazırlanmasıdır”.

Son xəbərlər

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

İlham Əliyev Sərəncam İMZALADI

Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Bütün xəbərlər