{category-title}

<!-- x-tinymce/html -->

Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edib.

Dövlət başçısı İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq, bununla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğuladı.

PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və azərbaycanlıları da sevindirdiyini deyən Prezident bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd etdi. Bununla yanaşı, dövlət başçısı vurğuladı ki, Türkiyə dövlətinin gücü, qardaş ölkənin silahlı qüvvələrinin terrorçularla peşəkarcasına mübarizə aparması, Türkiyə cəmiyyətindəki birlik də terror qruplaşmasının bu addımı atmasında əsas amillərdəndir.

Dövlət başçısı dedi ki, bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir.

Təbriklərə görə minnətdarlığını bildirən Yaşar Gülər, ilk növbədə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Qonaq bir neçə il əvvəl Azərbaycan Prezidentinin güclü iradəsi ilə bölgədə erməni terrorçularına tarixi dərs verildiyini xatırladaraq qeyd etdi ki, Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi. Yaşar Gülər bundan sonra Türkiyədə sülh olacağına əminliyini bildirdi və bu hadisənin bölgə üçün əhəmiyyətinə toxundu.

Türkiyənin milli müdafiə naziri qardaş Azərbaycanın Silahlı Qüvvələri ilə əlaqələri genişləndirmək üçün gələcəkdə də əllərindən gələni edəcəklərini dedi.

Söhbət zamanı Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında qurulmuş səmərəli əməkdaşlığa toxunuldu, bu xüsusda birgə hərbi təlimlərin uğurla keçirildiyi vurğulandı.

Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi, əlaqələrin daha da güclənməsində iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin rolu vurğulandı.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib

Son xəbərlər

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib

Muğanlı-İsmayıllı-Qəbələ yolu bir həftə bağlı olacaq

Bakı metrosunda qatarların hərəkət intervalları azaldılıb

Borçalıda yaşayanların sayı açıqlandı

KİV: 30 ölkənin hərbçiləri Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı Londona toplaşır

Azərbaycan-Latviya sənədləri mübadilə edilib

Əli Əsədov: Xəzərin dayazlaşmasına iqlim dəyişikliyi ciddi təsir göstərir

Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO

Əli Əsədov Qazaxıstana səfər edib

Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı test imtahanı keçiriləcək

Səfirlik: İsrail Azərbaycanla münasibətlərin möhkəmlənəcəyinə ümid edir

Bakıda internat məktəbinin yataqxanasında yanğın olub

Tramp blokada qaldırılsa, İranla razılaşmanın mümkün olmayacağını bildirib

Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb

TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib

Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman

Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb

3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb

Metronun fəaliyyəti bərpa olundu - Yenilənib

Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib

Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək

Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb

Bütün xəbərlər