{category-title}

Gündəm / Cəmiyyət
27.03.2025, 13:27
İlham Əliyevlə birinci xanım Şuşada açılışlarda iştirak etdi

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada tarixi Çöl Qala məscidi və bulağının bərpadan sonra açılışında iştirak edib, iaşə obyektlərində yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar.
Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.