{category-title}

<!-- x-tinymce/html -->

İran və İraq XİN başçıları regional vəziyyəti müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçi iraqlı həmkarı Fuad Hüseynlə telefon danışığında ABŞ-nin hədəfinin qonşu və dost ölkələrin münasibətlərini parçalamaq olduğuna dair xəbərdarlıq edib.

Məlumatı İSNA yayıb.

Bildirilib ki, nazirlər regionda baş verən son hadisələri müzakirə ediblər.

Məlumata görə, Abbas Əraqçi Fuad Hüseynlə ABŞ-nin Yəməndə husi qiyamçılarına qarşı keçirdiyi son əməliyyatlar, İsrailin Qəzza və Livanda keçirdiyi hərbi əməliyyatları bərpasına dair fikir mübadiləsi ediblər.

Əraqçi ABŞ-nin İranın neft sənayesinə qarşı tətbiq etdiyi sanksiyalara işarə edərək bildirib ki, İslam Respublikasına təzyiq göstərmək üçün Ağ Evin irəli sürdüyü iddia, ittihamlar əsassız, etibarsızdır: “Qonşu və dost ölkələrin zərgərlik hədəfinə uyğun olaraq region ölkələri arasında dostluq münasibətlərini pozmaqdan başqa bir niyyəti yoxdur. Odur ki, ABŞ-nin təhriki ilə münasibətlərin parçalanmasından ehtiyatlı olmağa çağırıb”.

İranlı nazir ABŞ-nin region ölkələrində yerləşən bazalarından və onların hava məkanından region dövlətlərinə qarşı aqressiv hərəkətlər etmək üçün istifadə etməsi nəticəsində yaranan ciddi təhlükələrdən danışaraq deyib ki, regionun bütün ölkələrinin öz milli suverenliklərini qorumaq, ərazilərindən və obyektlərindən xarici hərbi qüvvələr tərəfindən başqa dövlətlərdə sabitliyi pozmaq üçün istifadə etməsinin qarşısını almaq üçün lazımi tədbirlər görməsinin vacibliyini vurğulayıb.

Fuad Hüseyn bütün regionda sülhə, sabitliyə təhdidlərin qarşısının alınması üçün bölgə ölkələri arasında konsensus və əməkdaşlığın vacibliyini söyləyib.

Xatırladaq ki, İraqın neft naziri Hayan Abdel-Qani ABŞ-nin körfəzdə saxladığı İrana aid neft tankerlərində ölkəsinə aid saxta sənədlərin aşkarlandığını bildirib: “Biz ABŞ tərəfini məlumatlandırdıq ki, bu sənədlər saxtadır və bizim onlarla heç bir əlaqəmiz yoxdur”.

Məlumata əsasən, martın 20-də ABŞ Dövlət Departamenti İran neftinin satışına yönəlmiş dördüncü sanksiya paketini elan edib. Dövlət Departamentinin rəsmi bəyanatına görə, sanksiyalar İran neftinin alınması ilə məşğul olan bir təşkilata, həmçinin 19 hüquqi şəxsə və gəmiyə qarşı tətbiq edilib.

Mütəxəssislər Abbas Əraqçinin Fuad Hüseynlə telefon danışığı zamanı bu məsələnin də müzakirə olunduğunu istisna etməyiblər. Bundan başqa, İraq ərazisində iranyönümlü silahlı qruplaşmalar qalmaqdadır. İsrail İraqda həmin qüvvələrə qarşı əməliyyat keçirmək niyyətində olduğunu gizlətməyib. Odur ki, Abbas Əraqçinin danışığında da bu məsələ üstüörtülü şəkildə vurğulanıb.

Son xəbərlər

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib

FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib

Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb

“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Bütün xəbərlər