{category-title}

Şair Alxasov hesabatın qurbanı ola bilər... - Yerli maliyyənin rəhbəri də hədəfdədir

 Hələ xeyli əvvəlindən məlumat verərək bildirmişdik ki, ayrı-ayrı rayon icra hakimiyyəti başçıları keçən ilin yekun hesabatlarının hazırlanmasında ciddi problem yaşayırlar və hətta bu amilə görə, onlara qarşı cəza tədbirləri də işə düşə bilər. Həmin məlumatların birində vurğulanırdı ki, belə bir problemi yaşayanlar sırasında Qusar RİH-ə rəhbərlik edən Şair Alxasov da var.

Bu barədə DİA.AZ-a danışan Nazirlər Kabinetindəki məlumatlı mənbənin bidlridiyinə görə, Qusarın RİH başçısı rayona ötən il ayrılan büdcə vəsaitlərinin xərclənməsində böyük yeyintiyə yol verdiyindən hazırda durumu olduqca gərgindir.

Mənbənin söylədikləri: "Təxminən 300 min manata yaxın büdcə vəsaitinin xərclənməsində Şair Alxasov və adamları yeyintiyə yol verib. Yerli maliyyə idarəsinin müdiri də durumla bağlı hədəfdədir".

Mənbə iddia edir ki, Şair Alxasova qarşı konkret ittihamlar olduğundan rayonda həbslər də həyata keçirilə bilər: "Adamlar o qədər arxayın şəkildə büdcəni talayıblar ki, hətta rəsmi qurumlar tərəfindən ittiham oluna biləcəklərini, "yediklərinə" görə cavab verməli olduqlarını belə unudublar".

Qeyd olunanlarla bağlı Şair Alxasovun mövqeyini öyrənmək istəsək də, telefon zənglərimizə cavab verən olmadı. Redaksiyamızda isə rəsmi qurumların maliyyə araşdırmalarının yekunları var və yaxın vaxtlarda həmin faktları təqdim edəcəyik. 

DİA.AZ-a danışan mənbə son olaraq onu da bildirib ki, keçən il ölkə başçısı tərəfindən təltif olunan Şair Alxasov hədəf olmaqdan yayına bildiyini təxmin edir. "Amma bu fikirlər də yanlışdır" - deyə, mənbə vurğulayır və əlavə edir ki, Şair Alxasovdan hesabat mütləq soruşulacaq.

Xatırladaq ki, az əvvəl də Şair Alxasovun durumunun gərginliyi ilə bağlı məlumat yaymışdıq.
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 

Son xəbərlər

XTQ-nin bölmələrində inspeksiya yoxlamaları keçirilib

Naxçıvanda Ombudsman təsisatı ləğv edilib

Xameneinin nümayəndəsi: İran Hörmüz boğazını ABŞ-la müharibə bitdikdən sonra açacaq

MİDA-nın bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib

WUF13: Bakı qlobal şəhərsalma siyasətlərinin formalaşdığı mərkəzə çevrilir

BMT: Livan İsrailin zərbələri səbəbindən ərzaq böhranı ilə üzləşəcək

MM əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifini ilk oxunuşda qəbul edib

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər

Bu gün Suraxanıda işıq kəsiləcək

Məleykə Abbaszadə: Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib

KİV: İranda gecə partlayışlar və atışma səsləri eşidilib

Parlamentdə vacib gün: 11 məsələ bir iclasda

İsrail ordusunun Livana hücumlarında 303 nəfər ölüb

Danışıqlarda İranı onlar təmsil edəcək

İnvestorlar atəşkəsə görə 1 milyard - Pul qoydular

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib - YENİLƏNİB

Paytaxtın bəzi yollarında gecə saatlarında təmir işləri aparılacaq

Vilayət Eyvazov Türkiyənin daxili işlər naziri ilə görüşüb

MM-də Azərbaycan-Türkiyə-Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının iclası keçirilir

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

MSK nümayəndə heyəti Macarıstanda parlament seçkilərini müşahidə edəcək

Türkiyədə daha 14 tanınmış sima istintaqa cəlb olunub

Azərbaycan nefti 20 dollardan çox ucuzlaşıb

Vüsal Hüseynov BMT rəsmisi ilə Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlığı müzakirə edib

Bütün xəbərlər