{category-title}
Gündəm / Dünya
9.01.2019, 10:34
Rusiyada növbəti dəhşətli yanğın: bir evdə 6 nəfər yanaraq öldü, 3-ü uşaqdır
Rusiyanın Kemerovo vilayətinin Tisul yaşayış məntəqəsində bir evdə yanğın baş verib.
PressXeber.info qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb. Onlardan üçü uşaqdır.
Yanğının səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, ötən ilin noyabrında Kemerovo vilayətinin Yurqa qəsəbəsində baş vermiş yanğında bir evdə 8 nəfər ölmüşdü.