{category-title}

Gündəm / Cəmiyyət
7.03.2025, 13:58
Milli Məclisin növbəti plenar iclası martın 14-də keçiriləcək, Baş nazir hesabat verəcək

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası martın 14-də keçiriləcək.
Bu barədə parlamentin sədri Sahibə Qafarova bugünkü plenar iclasın yekununda məlumat verib.
O qeyd edib ki, həmin gün Baş nazir Əli Əsədov hökumətin ötənilki fəaliyyəti barədə hesabat verəcək.