{category-title}

İranda gərginlik: mühafizəkarlar islahatçıları sıxır - Pezeşkian istefa verə bilər

İranda hakimiyyətdaxili gərginlik güclənib. İran prezidenti Məsud Pezeşkianın strateji məsələlər üzrə müavini Məhəmməd Cavad Zərifin istefa verməsi bu ölkədə hakimiyyətdə olan islahatçılarla mühafizəkar arasında ixtilafın dərinləşməsindən xəbər verir. Mühafizəkarların üstünlük təşkil etdiyi İran parlamenti islahatçı qanaddan olan maliyyə və iqtisadiyyat naziri Abdolnaser Hematini də vəzifəsindən azad edib ki, bu da da vəziyyəti daha da gərginləşdirib.

Modern.az-ın məlumatına görə, bir çox ekspertlər bildirilər ki, istefaya gedən Cavad Zərif İranın islahatçı siyasi qrupunun əsas liderlərindən biridir. Və belə nəticəyə gəlmək olar ki, islahatçıların nümayəndəsi Məsud Pezeşkiyanın cəmi bir il əvvəl formalaşmış kabineti artıq dağılmağa doğru gedir.

İslahatçılarla mühafizəkarlar arasında gərginlik Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra güclənib. Məsələ burasındadır ki, Pezeşkian ABŞ-la yeni nüvə razılaşması və bunun müqabilində İrana qarşı sanksiyaların ləğvi ilə bağlı razılığa gəlmək niyyətində idi. Lakin onun həyata keçirilməsi mürəkkəb və sual işarələri ilə dolu idi.

Birincisi, İranın ali lideri Ayətullah Əli Xamenei ABŞ-la istənilən danışıqlarən əleyhinədir. Yəni ondan dəstək gözləmək mənasız idi.

İkinci, danışıqların nəticələri ABŞ-da seçkilərin necə başa çatacağından asılı idi. İran islahatçıları açıq-aşkar ABŞ demokratlarına ümid edirdilər. Çünki Tramp üçün İran islahatçıları ilə mühafizəkarların fərqi yoxdur.

Üçüncüsü, İran parlamentində mühafizəkarlar çoxluq təşkil edir, ona görə də islahatçılar əvvəldən kadr məsələlərində güzəştə getməli olublar. Xüsusən də parlamentin istənilən naziri istefaya göndərmək hüququ var.

Prezident Pezeşkian bu günlərdə özünün danışıqların tərəfdarı olduğunu, ali liderin isə əleyhdarı olduğunu artıq açıq şəkildə bəyan edib. İranda prezidentin ali liderə tabe olduğunu nəzərə alsaq, Pezeşkianın sözügedən açıqlamasının Xameneiyə etiraz olduğunu söyləyə bilərik.

Analitiklər hesab edirlər ki, Ayətullah Xamenei Donald Tramp ABŞ prezidenti seçildikdən sonra ABŞ-la danışıqlara veto qoyub. Səbəb isə təksə Trampla danışıqların mənasız olduğunu dərk etmək deyil.

Məsələ burasındadır ki, Donald Tramp birinci prezidentliyi dövründə Ayətullah Xamaneinin ən yaxın adamlarından olan general Qassem Soleimaninin öldürülməsinə göstəriş verib. Deməli, bir tərəfdən Xamenei və Pezeşkian Tramp üçün, digər tərəfdən Tramp Xamnei üçün qəbuledilməzdir.

Ekspertlər İranda iqtisadi problemlərin də olduğnu qeyd edilər. Pezeşkiyanın prezidentliyi dövründə İran valyutası 60 faiz ucuzlaşıb. Sanksiyalar iqtisadiyyata zərbə vurmaqda davam edir və Trampın seçilməsi İran cəmiyyətində bədbinliyi xeyli artırıb.

Maliyyə və iqtisadiyyat naziri Abdolnaser Hemati iqtisadi çətinliklərin yaranmasında günahlandırıldı və martın 2-də parlament tərəfindən vəzifəsindən azad edildi. A.Hamati sıradan bir məmur deyildi. O, 2021-ci ildə mərhum eks-prezident İbrahim Rəisiyə məğlub olsa da, ali liderin icazəsi ilə prezident seçkilərində iştirak etmişdi.

Analitiklərin fikrincə, hazırkı Prezient Administrasiyasının nailiyyət əldə edə bilməməsindən yararlanan mühafizəkarlar “Pezeşkianla ciddi məşğul olmaq” qərarına gəliblər.

İranda prezident Məsud Pezeşkianın tezliklə istefa verəcəyi, yeni seçkilərin keçiriləcəyi, mühafizəkarların qalib gələcəyi ilə bağlı xəbərlər yayılıb. Ancaq görünən məzərə budur ki, kim qalib gəlsə, İranın üzləşdiyi iqtisadi və xarici siyasət problemləri ilə üzləşəcək.

Son xəbərlər

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür - FOTO

ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib

Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb - VİDEO

Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib

Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq

İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə elan edilib

“Ağcabədi batalyonu”nun komandiri vəfat etdi

İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı körpə öldü

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi

Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

31 Mart soyqırımından 108 il ötür

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib

Bu xəstəxanaya baş həkim təyin edildi

Əş-Şəraa və Ştaynmayer Suriya-Almaniya münasibətlərinin inkişafı müzakirə ediblər

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

Sumqayıtda mebel sexi yanıb

Paşinyan Baş nazir postuna hakim partiyanın namizədi olub

Dünya bazarlarında neftin qiyməti yenidən 115 dolları ötüb

KİV: Tramp İrandan uranın çıxarılması üzrə əməliyyatı nəzərdən keçirir

BƏƏ-də yaralananların sayı 178 çatıb

Bütün xəbərlər