{category-title}

Bu müəllimlər əlavə imtahanlara cəlb oluna bilər

Azərbaycanda təhsil sistemində illərdir davam edən tendensiyalardan biri də musiqi, təsviri incəsənət və texnologiya kimi fənlərin ikinci plana atılması, diqqətdən kənarda qalmasıdır.

Təhsil müəssisələrində bu fənlərə yanaşma əsasən onların "ikinci dərəcəli" hesab olunmasına səbəb olub. Bu isə öz növbəsində tədrisin keyfiyyətinə və müəllimlərin peşəkarlığına da təsir göstərir.

Müşahidələrə görə, məktəblərdə bu fənlərə ayrılan diqqət çox azdır, şagirdlərə lazımi resurslar təqdim olunmur. Xüsusilə, musiqi və təsviri incəsənət dərslərində məktəblilərə bacarıqlar öyrədilmir. Bir çox məktəbdə bu fənlər üzrə dərslər formal şəkildə keçirilir və praktiki məşğələlər demək olar ki, yoxdur.

Mütəxəssislər hesab edirlər ki, bu problemlərin həlli üçün təhsil proqramlarında islahatlar aparılmalı, incəsənət və texnologiya fənlərinə xüsusi diqqət yetirilməlidir. Müasir metodların tətbiqi və maddi-texniki bazanın gücləndirilməsi vacib amillərdən biridir.

Bəs bu fənlərə qarşı etinasızlığı necə aradan qaldırmaq olar? 

Mövzu ilə bağlı təhsil sahələri üzrə ekspert Kamran Əsədov Modern.az-a danışıb:

“Təəssüf ki, Azərbaycan cəmiyyətində bu fənlərə qarşı bir qədər dırnaqarası münasibət formalaşıb. Valideynlərin, şagirdlərin və hətta bəzi müəllimlərin belə bu fənləri “əsas” deyil, “yan” və ya “ikinci dərəcəli” fənlər kimi görməsi, onların tədrisinə olan diqqəti azaldır. Bu fənlərə qarşı marağın aşağı olması isə onların keyfiyyətli tədris edilməməsi ilə də bağlıdır. Əgər təsviri incəsənət və musiqi dərslərində şagirdlər sadəcə vaxt keçirmək üçün siniflərə toplanır, texnologiya dərslərində isə real bacarıqlar yox, formal biliklər ötürülürsə, bu fənlərin cəlbedici olması necə gözlənilə bilər?”

Dünya nümunəsindən bəhs edən ekspert vurğulayıb ki, Finlandiya, Sinqapur, Kanada və Yaponiya kimi təhsil sistemlərində incəsənət, texnologiya və musiqi fənləri yüksək səviyyədə tədris edilir. Finlandiyada təsviri incəsənət və musiqi dərsləri uşaqların yaradıcılığını inkişaf etdirmək üçün əsas alətlərdən biri kimi qəbul edilir və bu fənlərin müəllimləri də ciddi seçilir. Hətta Finlandiyada müəllimlərə verilən akademik təlimlərdə yaradıcılıq əsas meyarlardan biri kimi götürülür. Kanada və ABŞ-da isə texnologiya fənləri STEM və STEAM yanaşmaları ilə birləşdirilərək real həyatda tətbiq edilə bilən bacarıqların öyrədilməsinə üstünlük verilir.

“Bizdə isə bu fənlərə olan münasibət tamam fərqlidir. Hazırda Azərbaycan məktəblərində təsviri incəsənət və musiqi dərsləri demək olar ki, yalnız nəzəri şəkildə keçirilir. Şagirdlər musiqi tarixini əzbərləməyə, rəsm çəkmək əvəzinə dərs proqramına uyğun sxemlər çəkməyə məcbur edilir. Texnologiya dərslərində isə real praktik bacarıqlara üstünlük verilməli olduğu halda, bu fənn kağız üzərində qalır. Şagirdlərə həqiqi texnoloji bacarıqlar – robototexnika, mühəndislik əsasları, proqramlaşdırma və digər sahələrdə bilik verilməlidir, amma onlar sadəcə quru nəzəriyyə öyrənirlər. Bu isə XXI əsrin tələblərinə cavab verməyən, əmək bazarında işəgötürənlərin axtardığı bacarıqlara sahib olmayan bir nəsil formalaşdırır”.

Həll yollarını da qeyd edən Kamran Əsədov vurğulayıb ki, sertifikasiya müəllimlərin keyfiyyətini ölçmək üçün həyata keçirilirsə, bu proses bütün fənləri əhatə etməlidir. “Musiqi, təsviri incəsənət və texnologiya müəllimləri də sertifikasiya imtahanlarından keçməli, onların bilik və bacarıqları müasir təhsil standartlarına uyğun şəkildə qiymətləndirilməlidir. Ancaq bu imtahanların formatı fərqli olmalıdır. Məsələn, təsviri incəsənət müəllimləri üçün təkcə test imtahanı deyil, yaradıcılıq qabiliyyətlərini göstərən praktik tapşırıqlar verilməlidir. Texnologiya müəllimləri real layihələr təqdim etməli, musiqi müəllimləri isə ifa bacarığı və pedaqoji yanaşmalarını nümayiş etdirməlidirlər.

Bundan əlavə, hər il bu fənlərin tədris keyfiyyətini ölçmək üçün monitorinqlər keçirilməlidir. Müəllimlərin peşəkar inkişafı üçün əlavə təlimlər təşkil edilməli, bu fənlər üzrə dərsliklərin və metodikanın təkmilləşdirilməsi təmin olunmalıdır. Əks halda, biz bu fənləri heç vaxt cəmiyyət üçün dəyərli etməyəcəyik və onların əhəmiyyətini dərk etmədən gələcək nəsillərin inkişafını məhdudlaşdıracağıq”.

“Təhsil siyasətində balanslı yanaşma olmalıdır. Bütün fənlərin vacibliyi qəbul edilməli və hər biri üçün keyfiyyətli tədris mühiti yaradılmalıdır. Əgər yalnız Azərbaycan dili, riyaziyyat, ingilis dili kimi fənlərə diqqət yetirib, digər fənləri arxa plana atsaq, bu, nə təhsil sistemində tarazlığı qoruyacaq, nə də gələcək nəslin hərtərəfli inkişafını təmin edəcək. Təhsil siyasətini yenidən düşünməyin vaxtı çatıb”- deyə ekspert sonda qeyd edib.

Son xəbərlər

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək

WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır

Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

Bu gün Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı

Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

AFFA 4 klubu cərimələdi

Putinin mühafizəsi GÜCLƏNDİRİLİB

LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib

Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib

Bütün xəbərlər