{category-title}

<!-- x-tinymce/html -->

Rusiya ilə ABŞ yaxınlaşır? - Zelenskinin hakimiyyəti sual altında

Son bir həftə ərzində Rusiya və ABŞ arasında münasibətlərin yaxınlaşması istiqamətində mühüm addımlar atılıb. Fevralın 12-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Bu danışıq zamanı liderlər şəxsi görüşlərin təşkili barədə razılığa gəlib və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Putin Trampı Moskvaya səfərə dəvət edib və ABŞ rəsmilərini Rusiyada qəbul etməyə hazır olduğunu bildirib. 

Fevralın 18-də isə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda hər iki ölkənin yüksək səviyyəli nümayəndə heyətləri arasında rəsmi danışıqlar keçirilib. Rusiya tərəfini Xarici İşlər Naziri Sergey Lavrov və Prezidentin köməkçisi Yuri Uşakov, ABŞ tərəfini isə Dövlət Katibi Marko Rubio və Milli Təhlükəsizlik Müşaviri Mayk Uolz təmsil edib. Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və qarşılıqlı maraqların nəzərə alınması barədə razılığa gəliblər. Xüsusilə, Ukrayna məsələsi ilə bağlı yüksək səviyyəli komandaların təyin edilməsi və bu istiqamətdə məsləhətləşmə mexanizminin yaradılması qərara alınıb. Bu addım, Ukraynadakı münaqişənin həlli üçün hər iki ölkənin birgə səylərini gücləndirməyi hədəfləyir.

Danışıqlardan sonra Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, hər iki tərəf bir-birinin maraqlarını nəzərə alaraq ikitərəfli münasibətləri inkişaf etdirmək barədə razılığa gəlib. 

Bununla yanaşı, ABŞ Dövlət Departamenti vurğulayıb ki, Ukraynadakı müharibəni bitirmək üçün bir görüş kifayət etməsə də, Ər-Riyadda keçirilən danışıqlar irəliyə doğru mühüm addım hesab olunur. 

Rusiya ilə ABŞ yaxınlaşır? - Zelenskinin hakimiyyəti sual altında

Görüşdə həmçinin iqtisadiyyat, investisiya və ümumi geosiyasi məsələlər sahələrində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Bu, iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və qlobal məsələlərdə birgə fəaliyyətin koordinasiyası baxımından əhəmiyyətlidir.

Növbəti mərhələdə, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında şəxsi görüşün təşkili planlaşdırılır. Bu görüşün konkret tarixi hələ müəyyən edilməsə də, hər iki tərəf yüksək səviyyəli dialoqun davam etdirilməsində maraqlıdır. 

İki ölkə arasında baş verən hadisələr onların münasibətləri tam normallaşdırması anlamına gəlməsə də, bu istiqamətdə ciddi addım hesab edilə bilər.

İki ölkə arasında yaxınlaşmanın Ukraynaya, Zelenskinin gələcəyinə təsir barədə müzakirələr aparılır.

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ ilə Rusiya arasında bir yaxınlaşma görmədiyini bildirib.

"Sadəcə olaraq hansısa problemi həll etmək üçün ABŞ rəhbərliyi danışıqlar vasitəsilə müharibəyə son qoysunlar. Artıq buna aid qərar var. Səudiyyə Ərəbistanında məsələlər müzakirə olunub. Sənəd hazır olan kimi həm Ukrayna və digər bununla işləyən tərəflər sənədlə tanış ola bilərlər. Ukraynanın da  danışıqlar prosesinə qoşulması barədə məlumatlar var. Avropa ilə uzaqlaşma məsələsinə gəldikdə, əslinə qalsa, bunu belə adlandırmaq düzgün olmaz. Sadəcə olaraq, münasibətlərin yeni formatı barədə müzakirələr gedir. İqtisadi baxımdan Avropa İttifaqı Amerika Birləşmiş Ştatları üçün Çin və digərləri kimi  rəqibdirlər. Burada digər bir sual ortaya çıxır ki, yaxşı bəs Avropa İttifaqı nəyə görə siyasi maraqlarını özü müdafiə etmir. Trampın birinci liderliyi dövründə bu məsələ qaldırılırdı. Avropa İttifaqı ölkələri siyasi hədəflərinə nail olmaq istəyirlərsə, müdafiyəyə daha çox vəsait sərf etməlidirlər. Əvvəl məbləğ 3 faiz qəbul olunmuşdu. Bir çox dövlətlər buna riayət etmirdilər. İndi də ABŞ-nin tələbi odur ki, Avropa İttifaqının hər hansı məsələyə fərdi yanaşması varsa, gərək ona pul sərf etsin. Yoxsa Avropa İttifaqı iqtisadiyyatı inkişaf etdirir, yaxşı yaşayır, eyni zamanda ABŞ-la rəqabət aparırır.  Bu ABŞ-nin indii administrasiyasının düşüncəsidir. Bu da kəskin diskussiyanın mövcudluğunu göstərir. Amma inanmıram ki, burada kəskin  şəkildə fikir ayrılığı olacaq.

Rusiya ilə ABŞ yaxınlaşır? - Zelenskinin hakimiyyəti sual altında

Əsas məsələ onunla bağlıdır ki, ABŞ bundan  qabaq olan siyasəti nəticəsində iqtisadi liderliyi əldən buraxmır. Bir çox hallarda görürük ki, hətta Avropa İttifaqı da rəqabət aparır.  Misal kimi “Boeing” və “Airbus” arasındakı, eləcə də avtomobil istehsalında rəqabəti göstərmək olar. Görürük ki, Tramp daha çox iqtisadi məsələlərə önəm verir. Belə fikirləşir ki, iqtisadi dominantlıq yenə də ABŞ-dadırsa, deməli, hamı ondan asılı olacaq. Faktiki olaraq belə görsənir. Geopolitik, ya da ideoloji konseptual  məsələlər dominant olmamalıdır. Görürük ki, hətta  vitse-prezident səviyyəsində siyasətçi gəlib Münhen konfransında Avropa dövlət başçıları tənqid edib. Bu da onu göstərir ki, Avropa İttifaqına yerini göstərir. İndi burada kim narazı olacaq. Burada ilk növbədə Almaniya və Fransa narazı olacaq. Amma burada ABŞ-nin şansları böyükdür. Onlar başa düşürlər ki, qarşılarında çoxsaylı dövlətlər var. Bunların arasında özlərinə tabe olan dövlətləri seçib əməkdaşlığı daha da davam etirəcəklər. O bəlli bir şeydir”.  

Sabiq nazir vurğulayıb ki, Zelenskinin hakimiyyətdə qalması çətindir və Rusiyada da daxili siyasi böhran olacaq:

“Zelenskinin prezident kimi səlahiyyətlərinin müddəti ötən ilin səhv etmirəmsə, mayında bitib.  Səbəb ondan bağlıydı ki,  hərbi əməliyyatlar davam edir. İndi sülh sazişindən danışırlar. Mənsə, bunu daha çox atəşkəs sazişi adlandırardım. Çünki geniş sülh sazişi indiki mərhələdə mümkün deyil. Bir sıra məsələlər öz həllini tapa bilərlər.  Atəşkəs sazişinin tətbiq olunması mexanizmləri, müşahidəçilər, təhlükəsizlik mövzularına aid hansısa qərarlar, yəni kim təmin edəcək, hansısa ərazi üzərindən təmas xəttinin konfiqurasiyasının dəyişməsi məsələləri öz həllini tapa bilər. Ən çox sonuncu məsələ üzərində danışıqlar gedir. Amma artıq bəyan olunub ki, nə  1991-ci ilin, nə 2014-cü ilin, nə də 2020-ci ilin təmas xətti bərpa olunsun. Əsas problem budur. Bu da bir çox siyasətçilər üçün  ciddi təzadlar yarada bilər-ilk növbədə Zelenski üçün. Təxminən İstanbulda qəbul olunmamış razılığa bənzər səbəb ola bilər.

Biz başa düşməliyik ki, Rusiya da öz istəklərinə nail olmayacaq. Hamıya bəllidir. Kim nə deyirsə desin. Bəlkə də, ABŞ-də fikirləşirlər ki,  Rusiyada  daxili siyasi böhran baş verəcək.  5 ildən sonra nə olacağına gəldikdə, isə bu siyasi proseslərin gedişindən asılı olacaq. Çətin ki, Zelenski hakimiyyətdə qalsın. Rusiyada da mən dediyim kimi böhran gözlənilir. Baxarıq, axırı nə olacaq...”

Son xəbərlər

Fransız hərbçiləri nüvə sualtı qayıqlarının bazası üzərindəki dronlara atəş açıblar

Azərbaycanda gömrük təmsilçiliyi institutu beynəlxalq standartlara uyğunlaşdırılır

Kənd təsərrüfatı torpaqlarında müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib

Azərbaycanda 21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq - SƏRƏNCAM

Qırğızıstan BMT Təhlükəsizlik Şurasına üzv olmaq istəyir - Liderlərdən ÇAĞIRIŞ

Naxçıvanda Komando kursunun növbəti buraxılışı olub - VİDEO

KİV: HƏMAS Qəzza zolağının idarə edilməsindən imtina etməyə razıdır

Mahmud Səfəralıyev HƏBS EDİLDİ

Putin Hindistana getdi

ATƏT-in sədrindən Bakı və İrəvana MESAJ

Şuşada ifaçılıq mərkəzi tikiləcək

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası - ŞƏRH

Azərbaycan və İraq neft-qaz əməkdaşlığını müzakirə edib

Norveç XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə çağırıb

Ceyhun Bayramov Vyanada ATƏT XİNŞ-in iclasında iştirak edir

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Beynəlxalq Türk Akademiyasının prezidenti: Azərbaycan böyük alimləri ilə fəxr etməlidir

Təfəkkür Universitetinin prorektorunu qətlə yetirən şəxslə bağlı qərar verilib

Ermənistanda məcburi hərbi xidmət müddətini qısaltmaq təklif olunub

23 nəfəri daşıyan mikroavtobus kanala aşdı

KİV: İtaliya tərəddüdlərdən sonra Ukrayna ilə bağlı siyasətini dəyişib

“Politico”: Aİ Rusiyanı terrorizmin maliyyələşdirilməsi üzrə “qara siyahı”ya salacaq

"Dövlət xidmətləri haqqında" qanun təsdiqlənib

Bütün xəbərlər