{category-title}

<!-- x-tinymce/html -->

 

Tramvay 100 ildən sonra yenidən BAKIDA

Ötən il Azərbaycanın paytaxtı Bakı şəhərində ilk dəfə tramvayın istifadəyə verilməsindən 100 il ötüb. 1924-cü ilin 8 fevralında tramvay fəaliyyətə başlasa da, tramvay xətlərinin çəkilməsi, bunun üçün hazırlıqlara başlanması, qərarın verilməsi daha əvvəlki illərə təsadüf edir. XX əsrin ilk onilliyinin sonlarından Çar Rusiyasının mərkəzi vilayətlərində başlanan proses Qafqaza - Bakıya da gəlməli idi.

Yenixeber.org: 1910-cu ildəki plana əsasən, 2-3 il ərzində tramvay xəttinin inşası başlayaraq başa çatdırılmalı və 1913-cü ildə Bakıda tramvay istifadəyə verilməli idi. Müəyyən qədər yubanma, daha sonra isə I Dünya müharibəsinin başlanması, ictimai-siyasi təbəddülatlar, inqilablar prosesi xeyli gecikdirdi. Nəhayət, Bakının tramvaya qovuşması 1924-cü ildə baş tutdu.

Həmin gün ictimai nəqliyyatın ən mütərəqqi vasitələrindən biri olan tramvayın istifadəyə verilməsi böyük bayram əhval-ruhiyyəsi ilə qarşılandı, şəhərdə şənliklər keçirildi. Tramvay xəttinin inşası ilə bağlı məsələlərin həlli isə daha əvvəldən - 1922-ci ildən başlanmışdı. 1922-ci ildə Bakıda tramvayın tikintisinin layihələndirilməsinə başlanıldı. Əvvəlcə xətlərin çəkilməsinin konsessiya yolu ilə xarici firmalara verilməsi nəzərdə tutulurdu.

Sonradan yerli resurslar hesabına bu işi görmək barədə qərar qəbul olundu və zəruri avadanlıqların SSRİ zavodlarında istehsal edilməsi daha məqbul hesab edildi. 1923-cü ilin martında şəhərin mərkəzini dəmiryol vağzalı ərazisi ilə birləşdirən dairəvi tramvay xəttinin tikintisinə başlandı. Layihə nəinki Qafqazda, hətta SSRİ-də ən böyük tikintilərdən biri hesab olunurdu.

Tramvay 100 ildən sonra yenidən BAKIDA

Bakı tramvayının ilk marşrutunun ümumi uzunluğu 6,6 kilometr olsa da, 15 il sonra - 1939-cu ildə bu göstərici 117 kilometrə çatmışdı. Açıldığı gündən 2 il müddəti ərzində Bakı tramvayı 50 milyondan çox sərnişin daşıyıb. 1967-ci ildə Bakı metropoliteninin yaradılmasına qədər tramvay şəhərin əsas ictimai nəqliyyat növü kimi böyük miqyasda sərnişindaşıma məhz tramvayın üzərinə düşürdü.

Sonradan metro ilə yanaşı, avtobus və trolleybus da inkişaf etsə də, tramvay hər zaman əsas ictimai nəqliyyat növü kimi seçilib. 1980-90-cı illərdə qürub çağına qədəm qoyan Bakı metrosu tədricən sıradan çıxmağa, şəbəkənin uzunluğu söküntülərə görə qısalmağa başladı. 2004-cü ildə tramvay şəbəkəsinin son xətti də söküldü və bu nəqliyyat növü yaranmasından 80 il sonra Bakını "tərk etdi".

Ötən 20 il ərzində dəfələrlə tramvay xəttinin bərpası ilə bağlı məsələ gündəmə gəlsə və müzakirələr aparılsa da, real nəticə olmayıb. Hətta bir müddət əvvəl Gəncə şəhərində tramvay xətlərinin tikintisi barədə xəbərlər yayılsa da, bu da həyata keçirilməyib. Sevindirici haldır ki, 30 dekabr 2023-cü il tarixində təsdiqlənən Bakının Baş Planında 2040-cı ilədək paytaxtda tramvayın yenidən istifadəyə verilməsi təsbit olunub.

Plana əsasən, 2040-cı ilə qədər tramvay şəbəkəsinin 54.6 kilometr uzunluğunda olması nəzərdə tutulub. Ümumilikdə 78 stansiya və dayanacaq yaradılacağı bildirilir.
 
Ötən gün AYNA-nın sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevə məruzəsində bildirib ki, Bakıda iki yaşayış sahəsinin - Mehdiabad və “Sea Breeze” ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur. Bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulub.

AYNA rəhbəri qeyd edib ki, “Sea Breeze”dən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada bir hab yaradılacaq:

“Mehdiabad-Binəqədi istiqamətindən isə metronun “28 May” stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulub ki, sərnişinlərə xidmət göstərilə bilsin”.

Son illərdə Bakını ağuşuna alan tıxacların qarşısını almaq, keyfiyyətli ictimai nəqliyyat sistemi qurmaq və yollarda sıxlığı minimuma endirmək üçün tramvayların nəzərdə tutulan son hədd üzrə planda nəzərdə tutulan 2040-cı ildə yox, daha tez bərpası son dərəcə vacibdir. İnkişaf etmiş Qərbi Avropa ölkələrinin praktikasına nəzər yetirilsə, tramvay xətləri şəhərlərin əsas nəqliyyat arteriyalarını təşkil edir.

Unutmaq olmaz ki, tıxacların qarşısını almaq üçün yolların genişləndirilməsi piylənmədən əziyyət çəkən bədənə daha böyük ölçüdə olan paltar almaq kimi bir şeydir. İnsan mərkəzli konsepsiya əsasında şəhərlərin salınması və yenidən qurulması məhz ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsindən, bu sahədə keyfiyyətli, komfortlu və punktual mexanizm əsasında xidmət göstərilməsindən keçməkdədir.

Bunun üçün ictimai nəqliyyat növlərinin diversifikasiyası, təkcə avtobus və metro nəqliyyatına söykənmədən tramvay, trolleybus, metrobus kimi ictimai nəqliyyat növlərinin də fəaliyyət göstərməsi önəmlidir. Keyfiyyətli ictimai nəqliyyat tədricən insanların avtomobildən imtinasına, yolların salınması üçün nəzərdə tutulan ərazilərdən daha səmərəli istifadəyə gətirib çıxaracaq.

Modern Təhlil və Araşdırma Qrupu

Son xəbərlər

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Ermənistanın hücumları nəticəsində Laçında yaralanmış şəxs: İşğal zamanı qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb

Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

İran və Avropa üçlüyü XİN başçıları telefon danışığı aparacaq

İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü olub

Azərbaycan neftinin qiyməti 69 dolları keçib

Polşa XİN Rusiyaya etiraz notası göndərib

Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib

Prezident İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub - YENİLƏNİB

Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub

Makron üçün 10 sentyabr kabusu: Fransa yeni etiraz dalğasının astanasında – ŞƏRH

Xocalı soyqırımı zamanı Ermənistan ordusunun girov götürdüyü azərbaycanlı: Həyat yoldaşımın başını kəsdilər

Prezident: 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 19-dək qarşımızda duran əsas hədəf ölkəmizin suverenliyini tam bərpa etmək idi

Bütün xəbərlər