{category-title}

<!-- x-tinymce/html -->

Sosial media insanlarda əsəbilik yaradırmış

Massaçusets Ümumi Xəstəxanası və Harvard Tibb Məktəbinin Kəmiyyət Sağlamlığı Mərkəzinin tədqiqatçıları ABŞ-dakı böyüklər arasında sosial media istifadəsi ilə əsəbilik arasındakı əlaqəni təhlil ediblər. Araşdırma, xüsusilə, aktiv paylaşımlar edən istifadəçilərdə sosial mediadan tez-tez istifadənin həddindən artıq əsəbilik, stress ilə əlaqələndirildiyini ortaya qoyub.

Əvvəlki tədqiqatlar, əsasən, sosial media istifadəsinin depressiv simptomlarla əlaqəsini araşdırsa da, bu tədqiqat əsəbilik kimi mənfi emosiyalara daha geniş diqqət yetirib. Qəzəb və məyusluq meyilləri kimi təyin olunan əsəbilik, funksional pozğunluqlar, psixi sağlamlıq problemləri və hətta intihar davranışları ilə əlaqələndirilir.

Araşdırma “JAMA Network Open” jurnalında “ABŞ Yetkinlərində Əsəbilik və Sosial Media İstifadəsi” başlığı ilə dərc olunub. Sorğu 2023-cü il noyabrın 2-də - 2024-cü il yanvarın 8-də həyata keçirilib və 42 min 597 iştirakçının məlumatları təhlil olunub.

Sorğuda sosiodemoqrafik göstəricilər, sosial media istifadəsi və əsəbiliklə bağlı məlumatlar toplanıb. İştirakçılar əsəbilik əlamətlərini qiymətləndirmək üçün “Qısa qıcıqlanma testi” (BITe) keçiblər. Bu testdə mümkün nəticələr 5 ilə 30 arasında dəyişir; yüksək ballar daha yüksək əsəbilik səviyyəsini göstərir.

Təhlil zamanı depressiya və narahatlıq kimi psixoloji simptomlar da nəzərə alınıb. İştirakçıların orta yaşı 46, cinsiyyət bölgüsü isə belə olub - 58,5 faiz qadın, 40,4 faiz kişi. Sorğuda iştirak edənlərin 78,2 faizi gündəlik ən azı bir sosial media platformasından istifadə etdiyini bildirib. Sosial mediadan tez-tez istifadə edənlərdə daha yüksək əsəbilik skorları qeydə alınıb. Məsələn, günün çox hissəsini sosial mediada keçirən istifadəçilərin BITe skorları, tənzimlənməmiş modellərdə, 3,37 bal daha yüksək olub. Depressiya və narahatlıq kimi faktorlar nəzərə alınsa belə, bu fərq 1,55 bal səviyyəsində qalıb. Analiz sosial media platformalarında yerləşdirmə tezliyi ilə əsəbilik arasında “doza-cavab” əlaqəsini göstərib.

TikTok istifadəçiləri arasında gündə bir neçə dəfə paylaşım edənlər ən yüksək əsəbilik skorlarına sahib olub. Tez-tez siyasi paylaşımlar edən və ya siyasi xəbərləri istehlak edən istifadəçilərdə də yüksək əsəbilik müşahidə edilib. Bununla belə, siyasi xəbərləri çox yaxından izləməmək əsəbilik səviyyəsinin bir qədər azalması ilə əlaqələndirilib. Həddən artıq sosial media istifadəsi səviyyəsi, xüsusilə də tez-tez paylaşımlar, böyüklər arasında artan əsəbiliklə əlaqələndirilib.

Tədqiqat birbaşa səbəb-nəticə əlaqəsini təsdiqləməsə də, əsəbiliyin həm sosial media istifadəsini artıran, həm də sosial media istifadəsindən qaynaqlanan bir hal ola biləcəyi irəli sürülüb. Əldə edilən nəticələr ictimai sağlamlıq strategiyalarının inkişaf etdirilməsi və müdaxilə yollarının tapılması üçün əlavə araşdırmaların vacibliyini vurğulayır. (Azertag)

Son xəbərlər

Pakistan İranı konstruktiv addımlar atmağa çağırıb

Sabah bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı yardımlar ödəniləcək

İlham Əliyev: Dünyadakı təhdidlər Azərbaycandakı ağsaqqallıq institutunun əhəmiyyətini vurğulayır

I rübdə vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb

Latviya Prezidentinin Azərbaycana səfəri başa çatıb

İran Hörmüz boğazında Cənubi Koreya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib

FHN gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Mikayıl Cabbarov Avropa çempionu olan yunan-Roma güləşi millisini təbrik edib

Avropa çempionatı: Azərbaycanın 4 qadın güləşçisi bu gün xalça üzərinə çıxacaq

BİZİM TƏQVİM:Aprelin 23-də baş vermiş tarixi hadisələr

Tağıyev qəsəbəsində avtomobil aşıb, ölən var

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib

Muğanlı-İsmayıllı-Qəbələ yolu bir həftə bağlı olacaq

Bakı metrosunda qatarların hərəkət intervalları azaldılıb

Borçalıda yaşayanların sayı açıqlandı

KİV: 30 ölkənin hərbçiləri Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı Londona toplaşır

Azərbaycan-Latviya sənədləri mübadilə edilib

Əli Əsədov: Xəzərin dayazlaşmasına iqlim dəyişikliyi ciddi təsir göstərir

Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO

Əli Əsədov Qazaxıstana səfər edib

Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı test imtahanı keçiriləcək

Səfirlik: İsrail Azərbaycanla münasibətlərin möhkəmlənəcəyinə ümid edir

Bütün xəbərlər