{category-title}

Bazar icarədarları üçün yeni QAYDALAR

Bu ilin oktyabr ayından Azərbaycanda bazarda icarəçilərin faktiki olaraq fəaliyyət göstərməsi vergi orqanında uçota alındıqdan sonra mümkün olacaq.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) mılumat yayıb.

Məlumata görə, “Kölgə iqtisadiyyatı” ilə sistemli mübarizə aparılması, vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi istiqamətində mühüm yeniliklərdən biri bazarlara nəzarət üzrə vergi qanunvericiliyində dəyişikliklərin edilməsi ilə bağlıdır.

Dəyişikliklərə əsasən, bazarlarda icarəçilərin faktiki olaraq fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdüyü obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq. Bu öhdəliyin təmin edilməsi bazar mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir. Bununla yanaşı, bazarlarda daşınmaz əmlaklar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat obyektinin girişində onun vergi orqanında uçota alınması ilə bağlı informasiyanın, yəni vergi ödəyicisinin adı və VÖEN-i göstərilən məlumatın yerləşdirilməsi nəzərdə tutulur.

Qanunvericiliyin yeni tələblərinə əsasən, bazarların mülkiyyətçiləri tərəfindən icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran, eləcə də fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə məlumat formasının rübdə 1 dəfə vergi orqanlarına təqdim edilməsi ilə bağlı vəzifə də müəyyən edilib. Dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarlarına aid deyil.

Qeyd edək ki, bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə edilmiş bu dəyişikliklər Qanun qəbul edildikdən 9 ay sonra qüvvəyə minəcək. Bundan başqa, bazarların mülkiyyətçiləri tərəfindən növbəti 6 ay ərzində vergi orqanında uçota alınmamış təsərrüfat obyektinin və həmin obyekti icarəyə götürənlərin vergi orqanında uçota alınması təmin edilməlidir.

"Dəyişikliklər qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının alınması və uçot intizamının gücləndirilməsinə, dövlət büdcəsinə ödənişlərin tam və vaxtında həyata keçirilməsinə, eləcə də istehlakçı hüquqlarının təmin olunmasına öz töhfəsini verəcək. Belə ki, dəyişikliklər nəticəsində bazarlarda uçotsuz fəaliyyət göstərən şəxslərin qarşısının alınması mümkün olacaq. Bu, öz növbəsində, icarə haqlarının rəsmiləşdirilməsinə gətirib çıxaracaq, bazar mülkiyyətçisi bazarın qanunauyğun şəkildə fəaliyyət göstərməsində maraqlı olacaq və şəffaflaşma prosesinə təkan veriləcək", - DVX hesab edir.

Son xəbərlər

Zelenski: "Patriot" üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir

Şuşada çərkəz musiqiləri ifa edilib

"Neftçi" bu gün yoxlama oyununda "Partizan"la üz-üzə gələcək

Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var

Günün qoroskopu: Maliyyə mövzuları bu gün gündəminizdə olacaq

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir - TƏHLİL

İmişlidə zəlzələ olub

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

Neftin qiyməti 72 dolları ötüb

DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

Suriya və Livan arasında razılaşma imzalanıb

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib

Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var

AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır

KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var

"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib

Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub

Bütün xəbərlər