{category-title}

Bakı metrosundan istifadə qaydalarının pozulmasına görə cərimələr artırılıb

Bakı metrosunda istifadə qaydalarının pozulmasına görə bəzi cərimələrin məbləği artırılıb.

İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə əsasən, stansiyaların vestibülləri, keçidləri, platformaları, eskalatorlar və vaqonların salonlarının zibillənməsi və ya üzərlərində yazılar yazılması, məhdudiyyət çəpərləri və qadağanedici nişanlarla qorunan yerlərdən stansiyaya daxil olunması, eləcə də zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə edilməsi üçün cərimələr 15 manatdan 200 manata qədər artırılıb. Bu, cərimələrin 13,3 dəfə çoxalması deməkdir.

Bundan əlavə, dəmir yoluna əşya atılmasına görə tətbiq edilən cərimə 30 manatdan 200 manata qədər yüksəldilib ki, bu da 6,7 dəfə artım deməkdir.

Bəzi digər qayda pozuntuları üzrə cərimələr dəyişməz qalıb. Məsələn, eskalatordan istifadə zamanı sürahinin üzərinə əşya qoymağa görə cərimə 20 manatdır.
Eskalatorun sürahisini çıxarmaq, “Stop” düyməsindən zərurət olmadan istifadə etmək, siqaret çəkmək, qatar hərəkətdə olarkən vaqonun qapılarını açmaq, qatarın hərəkətini gecikdirmək, özbaşına dəmir yoluna düşmək və ya tunellərə, xidmət otaqlarına daxil olmaq kimi hallara görə isə cərimə 50 manat təşkil edir.

Həmçinin, Bakı metrosunda icazəsiz olaraq metropolitenin elektrik şəbəkəsinə elektrik cihazlarının qoşulması üçün 70 manat, ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə əşya yandırılmasına görə isə 100 manat cərimə nəzərdə tutulub.

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov dünən jurnalistlərə açıqlamasında bildirib ki, ötən il qayda pozuntuları ilə bağlı ümumilikdə 374 nəfər inzibati məsuliyyətə cəlb edilib. Onun sözlərinə görə, təhlükəsizlik tələblərinə əməl olunmaması sərnişinlərin həyatını təhlükəyə ata bilər.

“Keçən il qatar stansiyaya daxil olarkən üç dəfə sərnişinlərin relslərə düşməsi halları qeydə alınıb. Təəssüf ki, bu hadisələrdən ikisi ölümlə nəticələnib. Digər iki halda isə sərnişinlərin ehtiyatsızlığı ciddi təhlükə yaradıb”, - deyə V. Aslanov vurğulayıb.

Son xəbərlər

Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT

Nazir direktoru işdən çıxardı

Armen Qriqoryan: Türkiyə ilə razılaşmaların icrası ilə bağlı müzakirələri davam etdiririk

İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

Böyük Qayıdışın möhtəşəm mənzərəsi - VİDEO

Estoniya səfiri iqamətgahını Gürcüstandan Ermənistana köçürür

Prezident İlham Əliyev Almaniyada səfərdədir

Türkiyədə sel təhlükəsinə görə bəzi məktəblərdə tətil elan edilib

Məhkəmə: Aktuallığını itirmiş xəbərin silinməsi tələb oluna bilər

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Rusiya ordusunun Ukraynaya zərbəsi nəticəsində 3 qardaş ölüb, ana və nənə yaralanıb

Kərim Tahirov: Azərbaycanın yeni inkişaf istiqamətləri

Pensiya düzəltmək adı ilə vətəndaşları aldatmaqda ittiham olunan qadına cəza istənilib

Bakıda 4-cü sinif şagirdi qəfil öldü - Foto

Japarov: Növbədənkənar seçkilərin keçirilməsini təklif edən qrupun fəaliyyəti araşdırılır

XXV Qış Olimpiya Oyunlarında bu gün daha bir neçə yarış keçiriləcək

İsrail ordusu Livanın cənubunda “Hizbullah” döyüşçüsünü zərərsizləşdirib

WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır

Sabah Bakı və bəzi bölgələrdə külək güclənəcək - SARI XƏBƏRDARLIQ

Overçuk: Rusiya Ermənistanda Azərbaycan və Türkiyəyə çıxışı olan dəmir yolu sahələrini bərpa edəcək

Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsim mərasimində iştirak edib

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib - SİYAHI

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı təltif edilib

Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib - SƏRƏNCAM

Bütün xəbərlər