{category-title}

<!-- x-tinymce/html -->

İki qanun layihəsi plenar iclasına tövsiyə olundu

Yanvarın 16-da Milli Məclisin Mədəniyyət komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, komitə sədri Polad Bülbüloğlu yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar diləyib. O, iclasın gündəliyinə 3 məsələnin daxil edildiyini söyləyib.

Polad Bülbüloğlu əvvəlcə, Mədəniyyət komitəsində 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, komitənin ötən sessiya ərzində 8 iclası keçirilib, 10 məsələyə baxılıb. Həmin iclaslarda “Turizm haqqında” Qanunda dəyişiklik edilməsi, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” qanunlarda dəyişiklik edilməsi, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihələri, habelə “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (iki oxunuşda) müzakirə edilib.

Qeyd olunub ki, payız sessiyası ərzində komitənin ünvanına 83 məktub daxil olub və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara 52 məktub göndərilib. Bununla yanaşı, sessiyası dövründə Mədəniyyət komitəsi tərəfindən 47 vətəndaş qəbul edilib. Vətəndaşların müraciətləri ilə əlaqədar müvafiq tədbirlər görülüb və lazımi izahatlar verilib.

Sonra komitə sədri Mədəniyyət komitəsinin 2025-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, iş planında qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin, parlamentin digər komitələrindən daxil olmuş layihələrin müzakirəsi, dinləmələrin keçirilməsi, vətəndaşların qəbulu ilə bağlı və digər məsələlər öz əksini tapıb.

Müzakirələr zamanı komitənin sədr müavini Günay Əfəndiyeva, üzvləri Nizami Səfərov, Aqil Abbasov, Novruzəli Aslanov, Cavanşir Feyziyev, Sahib Alıyev, Ülviyyə Həmzəyeva, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər. Müzakirələrdə komitə üzvü Ülviyyə Ağayeva da iştirak edib.

Deputatlar payız sessiyasında komitənin səmərəli fəaliyyət göstərdiyini söyləyiblər, sessiyası ərzində görülmüş işləri qənaətbəxş sayıblar.

Millət vəkilləri yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi ilə bağlı öz fikirlərini bölüşüblər, bəzi qeyd və təkliflərini səsləndiriblər. Çıxışlarda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə mədəni irsimizə qarşı törədilən cinayətlərdən bəhs edilib. Azərbaycan Prezidentinin bu məsələyə diqqətlə yanaşdığı və bunu “mədəni soyqırım” kimi dəyərləndirdiyi vurğulanıb. Həmin məsələnin qanunvericilikdə əks olunmasının vacibliyindən söhbət açılıb. Həmçinin xeyriyyəçilik fəaliyyəti ilə bağlı, mədəniyyət sahəsinin inkişafına dair bir sıra təkliflər də verilib. Komitə üzvləri yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsini məqbul hesab ediblər.

İclasda, həmçinin, “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda nəzərdən keçirilib. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb

Hindistan Rusiya diplomatını XİN-ə çağırıb

Bazar günü Bakıda 33 dərəcə isti olacaq

“Tasnim”: ABŞ-ın Hörmüzqan vilayətinə hücumunda 8 mülki şəxs ölüb

Bəhreyn İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib

Küveytdə İranın zərbələrindən sonra elektrik stansiyası və duzsuzlaşdırma zavodu yanıb

İranın hücumlarına görə Küveyt aeroportunda bütün uçuşlar dayandırılıb

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurub, 7 nəfər ölüb

BDYPİ bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırıb

Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

Bütün xəbərlər