{category-title}

Eks icra başçısının biznesmen oğlu Beyləqanda "at oynadır"- Araşdırma

 Bu günlərdə Beyləqan rayonunda Heydər Əliyev parkına məxsus torpaq sahəsinin müxtəlif şəxslərə satılması barədə mətbuatda məlumatlar dövriyyəyə buraxıldı. Beyləqan rayonuna ezam olunmuş əməkdaşımız araşdırma apararaq maraqlı faktlar əldə edə bilib. Məlum olub ki,Heydər Əliyev adına parka aid olan torpaq sahələrinin satılması ilə bağlı yayılan informasiyalar məqsədyönlü şəkildə, müəyyən maraqlı qüvvələr tərəfindən mətbuata ötürülüb. Bu poseslərə rəhbərlik edən şəxs isə bir zamanlar Beyləqan Rayon İcra Hakimiyyətinin başçı vəzifəsində işləmiş Xasay Əhmədovun oğlu Xəqani Əhmədovdur. Bu həmin Xasay Əhmədovdur ki,icra başçısı işlədiyi müddətdə Beyləqan camaatının rəğbətini qazana bilməmiş və onun qanunsuz əməllərinin acı nəticələrini rayon sakinləri hələ də yaşamaqdadırlar. İndi isə Beyləqan əhalisi, atasının vaxtilə vəzifədə işləməsindən sui-istifadə edərək böyük kapitala yiyələnən ogul Xəqani Əhmədovun qanunsuz əməllərindən əziyyət çəkir. Maddi imkanlarına görə oliqarxa çevrilən Xəqani Əhmədov Beyləqanda böyük nüfuza malikdir. Beyləqanda bir çox ticarət obyektlərinə sahib olmuş oliqarx oğul biznes şəbəkəsini paytaxt Bakıya qədər uzada bilib. Biz Xəqani Xasay oğlu Əhmədovun varidatını saymaq və hesablamaq niyyətindən uzağıq. Bunların hansı yollarla əldə edilməsini araşdırmaq hüquq-mühafizə orqanlarının işidir.Toxunacağımız məqam bu qədər var- dövlətə sahib olan birisinin qanunları ayaq altına atması, rayonda hegemonluq etməsi, insanları üz-üzə qoyaraq qarşıdurma yaratmağa cəhddə bulunması ilə bağlıdır. Xəqani Əhmədov özünü Beyləqanda mütləqi-hakim qiyafəsində hiss edir. Ona elə gəlir ki,qanunsuz yollarla əldə etdiyi çirkli pullar vasitəsilə bütün qapılar üzünə taybatay açılacaq. Amma keçirilən məhkəmələr onun arzularını gözündə qoyub. Araşdırmalarımız zamanı məlum oldu ki, məhkəmələri uduza-uduza gələn Xəqani Əhmədov acı məğlubiyyətini heç cürə həzm edə biməyərək primitiv üsullara əl atmaqla özünü gülünc vəziyyətə salıb. Hansısa "başbiləninin"ağlına uyaraq rayon haqqında dezinformasiyaları mətbuata ötürərərək qarşı tərəflərə gücünü nümayiş etdirməyə uğursuz cəhd edib.
Növbəti yazılarımızda Xəqani Əhmədovun qanunsuz əməllərindən ətraflı bəhs edəcəyik.Təbii ki, Xəqani Əhmədovdan fərqli olaraq məhkəmə qətnamələrinə və digər faktlara istinad edərək.
Bizi izləyin.
Ardı var....

Stimulxeber.az

Son xəbərlər

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

Bütün xəbərlər