{category-title}

<!-- x-tinymce/html -->

Dini qurumların rəhbərləri Əliyevə buna görə təşəkkür etdi

Azərbaycan Prezidenti İlham Əliyevin dini qurumlara maliyyə yardımı göstərilməsi ilə bağlı Sərəncamına görə, dini qurumların rəhbərləri ona təşəkkür ediblər.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksi (Smirnov) Report.az-a bildirib ki, Prezident İlham Əliyevin dini qurumlara göstərdiyi maliyyə dəstəyi dinlərarası və konfessiyalararası harmoniyanın inkişafı üçün böyük əhəmiyyət daşıyır. O, bu addımın dini icmaların fəaliyyətini gücləndirmək və Azərbaycan cəmiyyətində mövcud olan dini tolerantlığı daha da möhkəmləndirmək baxımından vacib olduğunu vurğulayıb.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev sözügedən Sərəncamla bağlı fikirlərini bölüşərək, Prezident İlham Əliyevin dini icmalara göstərdiyi maliyyə dəstəyini yüksək qiymətləndirib.

M.Yevdayev, dövlətin dini icmalara olan qayğısının dini icmaların fəaliyyətini dəstəkləmək və onların inkişafına şərait yaratmaq baxımından önəmli olduğunu qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə dinlərarası əməkdaşlığın inkişaf etdiyini və bütün dinlərin nümayəndələrinin bir arada mehriban şəraitdə yaşadıqlarını vurğulayıb.

Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski Prezident İlham Əliyevə minnətdarlığını bildirərək, dövlətin dini icmalara göstərdiyi dəstəyin və verdiyi maliyyə yardımının vacib və dəyərli olduğunu deyib.

O, bu addımın yalnız dini icmaların fəaliyyətini gücləndirmək baxımından deyil, həm də Azərbaycanın dini tolerantlıq və multikulturalizm ənənələrinin inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Həmçinin dövlətin bütün dini icmalara bərabər münasibətini və ölkədəki dini azadlıqların qorunmasına göstərilən diqqəti yüksək qiymətləndirib.

Sefarad yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev Sərəncamın ölkədəki dini icmalar üçün əvəzsiz dəstək olduğunu qeyd edərək Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Maliyyə yardımının Sefarad yəhudiləri icmasının fəaliyyətini gücləndirəcəyini, habelə mədəniyyətin qorunması və inkişafı sahəsində vacib addımların atılmasına imkan yaradacağını vurğulayıb. O, Azərbaycanın dinlərarası, mədəniyyətlərarası harmoniya və əməkdaşlıq baxımından örnək ölkə olduğunu, dövlətin dini icmalara göstərdiyi qayğının multikulturalizmi və tolerantlığı daha da möhkəmləndirdiyini bildirib.

Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının sədri Robert Mobili Prezident İlham Əliyevin Azərbaycanda dini tolerantlıq və azadlıq prinsiplərinin yüksək səviyyədə qorunduğunu və bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradıldığını qeyd edərək, bu istiqamətdə göstərilən diqqət və qayğıya görə dərin təşəkkürünü ifadə edib.

Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov Prezident İlham Əliyevin ölkədəki tolerantlıq və din azadlığının gücləndirilməsinə yönəlmiş siyasətini alqışladığını bildirib, bu addımın dini icmalara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd edib. İcma sədri bu dəstəyin protestant icmalarının fəaliyyətinə töhfə olduğunu deyib.

Azərbaycanda İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi (Mormon kilsəsi) dini icmasından bildiriblər ki, Prezidentin sərəncamı Azərbaycan dövlətinin dini müxtəlifliyi dəstəkləmək və icmaların fəaliyyətini gücləndirmək istiqamətindəki müsbət siyasətinin təzahürüdür. Azərbaycan dövlətinin dini azadlıqların qorunması və ölkədəki dini harmoniya mühitinin möhkəmləndirilməsi sahəsindəki təşəbbüsləri yüksək qiymətləndirilərək, verilən dəstəyin icmaların sosial və mədəni fəaliyyətlərini daha da genişləndirməsi üçün böyük imkanlar yaratdığı bildirilib.

Son xəbərlər

Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb

Hindistan Rusiya diplomatını XİN-ə çağırıb

Bazar günü Bakıda 33 dərəcə isti olacaq

“Tasnim”: ABŞ-ın Hörmüzqan vilayətinə hücumunda 8 mülki şəxs ölüb

Bəhreyn İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib

Küveytdə İranın zərbələrindən sonra elektrik stansiyası və duzsuzlaşdırma zavodu yanıb

İranın hücumlarına görə Küveyt aeroportunda bütün uçuşlar dayandırılıb

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurub, 7 nəfər ölüb

BDYPİ bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırıb

Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

Bütün xəbərlər