{category-title}

<!-- x-tinymce/html -->

 

Fransanın Qarabağın işğalındakı rolu - Makron indi nə istəyir... - TƏHLİL

Bir neçə il öncə “Fransa Dağlıq Qarabağ üzərində Azərbaycanın nəzarətini qəbul etməyəcək” deyən prezident Emmanuel Makron xalqa sonuncu Yeni il müraciətində “Dağlıq Qarabağ”ın adını çəkmədi. Əvəzində dünən - yanvarın 6-da Parisdəki səfirlər konfransında çıxışı zamanı yenə Azərbaycanı asıb-kəsdi.

Makron bu dəfə Azərbaycanı Fransaya qarşı “qəbuledilməz müdaxilələr”də günahlandırıb. O, çıxışı zamanı Ermənistanı dəstəkləməyi də unutmayıb və deyib ki, Azərbaycan münaqişəni həll etdiyini düşünür. Makron dolayısı ilə Ermənistan-Azərbaycan münaqişəsinin bitməsinə imkan verməyəcəyinə işarə edib.

Müasir dövrün beynəlxalq oyunçularından biri olan Fransa keçmiş “Dağlıq Qarabağ münaqişəsi”nin tarixində xüsusi rol oynamış bir ölkədir. Fransanın bu münaqişəyə təsiri və müdaxiləsi, regiondakı geopolitik maraqları, həmçinin Ermənistanla olan strateji əlaqələri nəzərə alındıqda, rəsmi Parisin rolunu aydın şəkildə görmək olar.

Fransa keçmiş “Dağlıq Qarabağ münaqişəsi” zamanı həmişə işğalçı Ermənistanı dəstəkləyib. Sözsüz ki, onun bu mövqeyi regiona ciddi təsir göstərib və Azərbaycanın 20 faiz ərazisinin 30 il işğalda qalmasına şərait yaradıb.

1988-ci ildən etibarən Ermənistan ilə Azərbaycan arasında baş qaldıran münaqişə 1991-ci ildə qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqillihyinin elan edilməsi ilə daha da dərinləşmişdi. Bu münaqişə nəticəsində keçmiş Dağlıq Qarabağ bölgəsi Azərbaycan suveren ərazisi olmasına baxmayaraq, Ermənistanın hərbi və siyasi dəstəyi ilə erməni separatçıları tərəfindən işğal edilmişdi.
Ermənistan münaqişənin davam etdiyi 30 il müddətində daim beynəlxalq aləmdə müxtəlif dövlətlərdən, xüsusilə də Fransacan ciddi dəstək alıb.

Rəsmi Paris Ermənistan-Azərbaycan münaqişənin ən aktiv beynəlxalq iştirakçılarından biri olub. Fransa Avropa İttifaqının üzvü olaraq, Qarabağda sülhün bərpa edilməsinə çalışmaq adı altında, həm də Ermənistanla sıx əlaqələrini qoruyub saxlamaq məqsədi güdüb. Paris eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin “sülh yolu ilə həlli” üçün vasitəçilik etməyə çalışıb. Ancaq Fransanın bu prosesdəki mövqeyi həmişə Azərbaycanın maraqları ilə ziddiyyət təşkil edib.

Fransanın keçmiş “Dağlıq Qarabağ münaqişəsi”ndə Ermənistanla olan əlaqələri bu ölkədəki erməni icmasından da güc alıb. Sirr deyil ki, Fransadakı erməni icması və lobbisi ölkə siyasətinə əhəmiyyətli təsir göstərir. Fransanın yürütdüyü siyasətin bəzi dövrlərində bu icmanın təsiri ilə Ermənistanın maraqlarını qorumağa çalışan siyasətlər ortaya çıxıb.
Fransanın xüsusilə 2000-ci illərin əvvəllərində Ermənistanın mövqeyini dəstəkləyən bəzi addımlar atdığı müşahidə olunub.

Fransa hökumətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində İrəvanın mövqeyini açıq şəkildə dəstəkləməsi məsələn, 2001-ci ildə prezident Jak Şirakın və daha sonra prezident Nikolya Sarkozinin fəaliyyətinə müşahidə olunub. Onlar Ermənistana qarşı müsbət bəyanatları, Azərbaycana qarşı isə sərt açıqlamaları ilə diqqət çəkiblər. Təbii ki, bu, münaqişənin həlli üçün rəsmi vasitəçilik təklif edən ölkənin əslində real olaraq Ermənistana verdiyi siyasi dəstəyi göstərirdi.

Fransa 2023-cü ilə kimi Xankəndidə məskunlaşan erməni separatçılarının qondarma müstəqilliklərini bəyan etməsinə və işğalçı rejimi dəstəkləməsinə həmişə göz yumub. 2018-ci ildə Fransa Senatında qəbul edilən qətnamə keçmiş Dağlıq Qarabağ ərazisindəki erməni separatçılarının “dövlət statusu”nu tanımağa çağırmışdı ki, bununla da Parisin rəsmi siyasətinin münaqişəyə necə tərəfdaşlıq etdiyini bir daha açıq-aydın görünmüşdü.

Emmanuel Makron da sələfləri Jak Şirak və Nikolya Sarkozinin “ənənə”sini davam etdirərərk, Qarabağdakı separatçı rejimi dəstəkləməklə daim Azərbaycanı təcrid etmətə çalışıb.

Fransanın Ermənistan-Azərbaycan münaqişəsinə müdaxiləsi yalnız siyasi dəstəklə məhdudlaşmayıb, Paris işğalçılara müntəzəm hərbi yardımları davam etdirib. Erməni silahlı qüvvələrinin Fransadan hərbi avadanlıq alması məsələsi dəfələrlə beynəlxalq mənbələrdə də qeyd edilib.

Fransanın işğalçılara göstərdiyi dəstək sadəcə Ermənistanla olan əlaqələrdən qaynaqlanmır. Aydındır ki, Paris Cənubi  Qafqaz regionunda özünün geopolitik maraqlarını güdür. Təbii ki, Azərbaycanın 2020-ci ildəki 44 günlük müharibədən sonra regionda yaratdığı yeni reallıqlar, Qarabağın işğalçı qüvvələrdən təmizlənməsi, Türkiyənin bölgəyə nüfuz etməsi Fransanın buradakı mövqeyini xeyli mürəkkəbləşdirib.

2023-cü ildə Qarabağda aparılan antiterror əməliyyatından və erməni separatiumzinin kökünün kəsilməsindən sonra Fransanın Ermənistana açıq siyasi və hərbi dəstəyini artırması vəziyyəti yenidən gərginləşdirməyə hesablanıb. Paris açıq şəkildəAzərbaycanı Qarabağ ermənilərinin hüquqlarını pozmaqda və Ermənistanın ərazi bütövlüyünü təhdid etməkdə günahlandırır.

Fransa özünü bu bölgədəki güc mübarizəsində Rusiya və Türkiyənin təsirinə qarşı bir balans olaraq görür. Bu səbəbdən də Paris Ermənistanı dəstəkləyərək, regionda öz strateji maraqlarını təmin etməyə çalışır.

Fransanın işğalçı dövlətə verdiyi siyasi və diplomatik dəstək bir tərəfdən Ermənistanın mövqeyini gücləndirərək İrəvan-Bakı arasında sülh müqaviləsinin imzalanmasını çətinləşdirir, digər tərəfdən isə beynəlxalq aləmdə rəsmi Parisin Cənubi Qafqaz regionundakı təsirinin möhkəmləndirilməsinə yönəlib.

Makron nəhayət anlamalıdır ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində heç vaxt uğurlu vasitəçilik fəaliyyəti aparmayan Fransa bu missiyasını Minsk qrupunün “ölü qurum”a çevrilməsilə başa vurub.(Modern)

Son xəbərlər

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib

FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib

Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb

“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Bütün xəbərlər