{category-title}

 

Böyük "partlayış" gözlənilir - Bədbin proqnoz

 

"2019-cu il qlobal iqtisadiyyat üçün asan il kimi qiymətləndirilmir. Güman olunur ki, 2019-cu il qlobal iqtisadiyyat üçün birmənalı şəkildə çətin olacaq".

Milli.Az bildirir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, əmtəə bazarında, xüsusən də neftin qiymətində volatilik müşahidə edilir. Eyni zamanda, dünyanın aparıcı iqtisadiyyatlarından biri olan Çində birjalarda son qiymət azalmaları birmənalı şəkildə qlobal iqtisadiyyata təsir göstərir.

Ekspertin fikrincə, məzənnə müharibəsinin davam etməsi mərkəzi banklar üçün yeni və kifayət qədər çətin öhdəliklər formalaşdırır: "Bu da nəticədə qlobal iqtisadiyyata təsir göstərən faktorlardır. O baxımdan, 2019-cu ildə qlobal iqtisadiyyatın çətin olacağı gözlənilir. 2019-cu il qlobal əmtəə və valyuta bazarında volatiliyin yüksək olacağı il kimi proqnozlaşdırılır".

"Qlobal iqtisadi artım tempinin də azalacağı gözlənilir. Xüsusən inkişaf etməkdə olan ölkələrdə, hətta Çində proqnozlaşdırılan iqtisadi artıma nail olunacağı sual altındadır. Ona görə də 2019-cu ilin iqtisadi baxımdan çətin il kimi qiymətləndirilməsi ehtimal olunur. Bu da birbaşa fərqli bazarlarda volatiliyin yüksək olması ilə bağlıdır" - deyə o bildirib.

V.Bayramov təəssüflə qeyd edib ki, həm qlobal maliyyə böhranından, həm də 2014-cü ilin neft şokundan sonra qlobal iqtisadiyyatın tənzimlənməsi ilə bağlı real addımlar atılmayıb: "Digər tərəfdən, ticarət müharibələri qlobal iqtisadi böhranlar üçün bir növ baza yaradır. Xüsusən ABŞ ilə Çin arasında gedən ticarət müharibəsi qlobal iqtisadiyyata mənfi təsir göstərir. Bu da nəticədə 2019-cu ildə qlobal iqtisadiyyat ilə bağlı nikbin proqnozların verilməsinə şərait yaratmır. 2019-cu il nəinki mərkəzi banklar üçün, hətta inkişaf etmiş ölkələrin hökumətləri üçün asan olmayacaq. Çünki qlobal çətinliyin olacağını müşahidə edəcəyik".

İqtisadçının qənaətincə, aparıcı ölkələrin mövqeləri və ABŞ ilə Çin arasındakı ticarət müharibəsinin necə və ya daha tez başa çatması birmənalı şəkildə qlobal iqtisadiyyatdakı vəziyyətə təsir göstərir: "Xüsusən, ABŞ ilə Çinin münasibətlərindəki son dəyişmələr 2019-cu ildə qlobal iqtisadiyyatla bağlı nikbin proqnozlar verməyin mümkünsüzlüyündən xəbər verir".

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə öz növbəsində deyib ki, dünya iqtisadiyyatı çox dərin böhranın astanasındadır: "Səbəb dünyada borcun sürətlə artmasıdır. İlbəil borcun həcmi şişir, amma o qədər iqtisadi aktivlər, əmlak yoxdur. Bu, onunla bağlıdır ki, dünyada maliyyə bazarı real iqtisadiyyatı üstələyib və ondan həcminə görə bir neçə dəfə böyükdür. Yəni sabun köpüyü kimi şişib və bu, əvvəl-axır partlamalıdır. Texniki tədbirlərlə bunu uzada-uzada gedə bilərlər".

"Son nəticədə, məsələn, yaxın 5-7 ilə bu partlayacaq və dünyanı indiyədək görünməmiş çox dərin böhran yaxalayacaq. Düşünürəm ki, tarixi miqyas üçün elə də çox vaxt qalmayıb. Çünki indiyədək dünyada indiki kimi böyük "sabun köpüyü" olmayıb, yəni buraxılan pulların arxasında heç nə yoxdur" - deyə müsahibimiz bildirib.

Onun sözlərinə görə, bu "sabun köpüyü" 1970-ci illərin əvvəllərində şişməyə başlayıb: "1970-ci illərədək buraxılan pulların arxasında qızıl olub. Yəni nə qədər qızılın varsa, o qədər də pul buraxırsan. 70-ci illərdə ABŞ-ın təşəbbüsü ilə dünya o sistemdən imtina edib. O vaxtdan bəri də "sabun köpüyü" şişə-şişə gəlir".

"Bu işdə mərkəzi banklar günahkarlardan biridir. Çünki məhz mərkəzi banklar elə bu maliyyə sabun köpüklərinin şişməsi üçün şərait yaradırlar. Böyük ehtimalla mərkəzi bank institutu da dəyişəcək, indiki kimi olmayacaq" - Ə.Həsənov vurğulayıb.

Ekspertin qənaətincə, Azərbaycan maksimum şəkildə aktivləri ölkədə saxlamağa çalışmalıdır: "Çünki son nəticədə yalnız Azərbaycanın deyil, dünya ölkələrinin Qərb iqtisadiyyatına qoyduğu pullar itə bilər".

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun sədr müavini David Lipton qlobal iqtisadiyyatın üzərində fırtına buludlarının yığıldığını və hökumətlər ilə mərkəz bankların, bəlkə də, belə bir vəziyyətdən çıxış imkanlarına sahib olmadıqlarını açıqlayıb.

Son xəbərlər

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

Suriya və Livan arasında razılaşma imzalanıb

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib

Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var

AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır

KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var

"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib

Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib

Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib

Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb

İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad - ŞƏRH

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

"Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

AZAL Brüsselə birbaşa uçuşlara başlayır - YENİLƏNİB

Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub

Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb

Nazir: "Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib"

Bütün xəbərlər