{category-title}

Gündəm / Cəmiyyət
25.12.2024, 15:02
Paşinyan qəza ilə bağlı başsağlığı verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Paşinyan bu barədə “X” hesabında paylaşım edib.
“Bakı-Qroznı reysində həlak olanların ailələrinə başsağlığı verirəm”, - deyə o qeyd edib.
