{category-title}

Erməni terrorçuların başçısı Azərbaycanla sərhədə gəldi - VİDEO

Ermənistandakı “Yerkrapa” Könüllülər Birliyinin başçısı, deputat Sasun Mikayelyan Azərbaycanla sərhəddə yerləşən mövqelərə baş çəkib.

Bu barədə erməni Teleqram kanallarının məlumatında bildirilib.

Qeyd edilib ki, Sasun Mikayelyan “Yerkrapa” batalyonlarının döyüş mövqelərinin dayaq məntəqələrinə baxış keçirib.

O, döyüş növbətçiliyində olan “Yerkrapa” üzvlərinin mənəvi-psixoloji durumu ilə maraqlanıb.

“Yerkrapa” Könüllülər Birliyi Azərbaycana qarşı müharibədə fəal iştirak edən terror təşkilatıdır.

“Yerkrapa” hər il Ermənistan büdcəsindən külli miqdarda vəsait alır.

2020-ci ildə Azərbaycanla 44 günlük müharibədə bu təşkilatın 74 üzvü ölüb, 114 üzvü yaralanıb.

Müharibədən sonrakı dövrdə təşkilatın 4000-dən çox könüllüsü Ermənistan Müdafiə Nazirliyinin tərkibində müxtəlif döyüş mövqelərində döyüş vəzifəsini yerinə yetirir. Onlar müxtəlif yaş qrupundandır.

“Yerkrapa” təşkilatı 1993-cü ildə yaradılan və Birinci Qarabağ müharibəsində fəal iştirak etmiş könüllü erməni hərbçiləri birləşdirən terror qurumudur.

“Yerkrapa” Ermənistanda qeyri-hökumət təşkilatı hesab olunur və dövlətdən qrant alır.

Keçmiş müdafiə naziri Vazgen Sarkisyanın təşəbbüsü ilə yaradılmış təşkilatın tərkibi ilk vaxtlarda 6 min erməni döyüşçüdən ibarət idi.

Sonradan Ermənistanda ciddi nüfuz qazanan “Yerkrapa”ya qoşulan könüllülərin sayı 30 minə çatmışdı.

Vaxtilə “Yerkrapa” Ermənistanda siyasətə də ciddi təsir edə bilən güclü təşkilat sayılırdı. Lakin eks-müdafiə naziri Vazgen Sarkisyanın ölümündən sonra “Yerkrapa”nın Ermənistan siyasətində təsiri azalmağa başladı.  

Vazgen Sarkisyandan sonra – 1999-cu ildə təşkilata azərbaycanlılara qarşı qəddarlığı ilə tanınan Manvel Qriqoryan rəhbərlik edib. M.Qriqoryan Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində fəaliştirak edib.

Təşkilat 2016-cı ilin "Aprel döyüşləri", eləcə də İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttinə minlərlə silahlı könüllü göndərmişdi.

Erməni general 2020-ci ili noyabrında – II Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra infarkt keçirərək ölüb.

Hazırda terror təşkilatına Ermənistan parlamentinin deputatı Sasun Mikayelyan rəhbərlik edir.

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər