{category-title}

<!-- x-tinymce/html -->

Polşa prezidentinin şərti sərhəd “əməliyyatı” – dost dövlətin başçısının xətası - TƏHLİL

 
Böyüklərin xətasını düzəltmək də çətin olur. Noyabrın 27-də Polşa prezidenti Andjey Duda Azərbaycan-Ermənistan şərti sərhədində yerləşən Avropa İttifaqı (Aİ) missiyasının müşahidə məntəqəsində olub. Orada ölkəsinin təmsilçiləri ilə görüşüb.

Yeri gəlmişkən, bu missiya 2023-cü ilin fevralında iki il müddətinə yaradılıb. Onun başçısı Markus Ritter (Almaniya), müavini isə polşalı Marek Kuberskdir.

Bu missiyasının fəaliyyətinə Azərbaycan tərəfi birmənalı razılıq verməsə də, missiya Ermənistan-Azərbaycan şərti sərhədinin yaxınlığında yerləşdirilib. Onun himayəçisi isə Fransadır.

Bu missiyanın fəaliyyəti müddətində şərti sərhəd dəfələrlə pozulub. 2023-cü ilin may ayında ərazidə silahlı toqquşma baş verib. Həmin il mayın 10-da şərti sərhəddə Ermənistan tərəfindən başladılan və Azərbaycanın Kəlbəcər rayonu istiqamətində yaşanan silahlı toqquşma beş gün davam edib. Qarşıdurma nəticəsində hər iki tərəfdən ölən və yaralananlar olub.

Onda Ermənistan tərəfi və missiya məsələyə dair obyektiv açıqlama yaya bilmədi.

Sonrakı dövrdə isə qarşı tərəfin şərti sərhədyanı ərazisi Azərbaycan torpaqlarının binoklla müşahidə olunması üçün yerə çevrilib.

 

Polşa prezidentinin şərti sərhəd “əməliyyatı” – dost dövlətin başçısının xətası - TƏHLİL

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında Andjey Dudanın Aİ-nin Ermənistandakı missiyası ilə birlikdə şərti sərhəd bölgəsinə səfərinə münasibət bildirilib. XİN Polşa prezidentinin bu addımını İttifaqa üzv ölkələrin və Avropa institutlarının anti-Azərbaycan siyasətinin növbəti nümayişi adlandırıb.

Nazirlik prezidentin Azərbaycanla Polşa arasında münasibətlərin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik "binokl şousu"nda iştirak etməsindən dərin təəssüf hissi keçirdiyini qeyd edib.

Bildirilib ki, Azərbaycan rəsmilərinin Polşanın Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə göndərdiyi çoxsaylı mesajlara baxmayaraq, rəsmi Varşava bu təxribatçı addımdan çəkinməyib: “Azərbaycan bu qeyri-dost addıma qarşı müvafiq diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır”.

Bu arada, Andjey Duda bildirib ki, Polşa müşahidə missiyasındakı nümayəndələrinin sayını artırmaq məsələsinə baxır.

Noyabrın 28-də Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Xarici İşlər Nazirliyinə çağırılıb. Rəsmi Bakının etirazı ona çatdırılıb.

 

Polşa prezidentinin şərti sərhəd “əməliyyatı” – dost dövlətin başçısının xətası - TƏHLİL

Bu ölkə ilə münasibətə prezident səviyyəsində xələl gətirilməsi məyusedici hal sayılır.

Rəsmi Bakının bu addıma etiraz edəcəyi məlum olsa da, Prezident Dudanın belə davranışını təxribat da saymaq olar. O, bu addımı ilə iki ölkə arasında uzun illər formalaşan etibar və etimadı zədələyib. Çünki Azərbaycanla Polşa arasında tarixi əlaqələr, əməkdaşlıq olub.

Azərbaycan və Polşa əlaqələri qədim dövrlərdən başlayır. Münasibətlərin tarixi XV əsrə gedib çıxır. Onda Ağqoyunlu hökmdarı Uzun Həsən Polşa kralı Yagello ilə sıx əlaqə saxlayıb. Bundan başqa, polyak Ledinski ilə azərbaycanlı Əlimərdan bəy Topçubaşov çar Rusiyası Dumasında Polşanın və Azərbaycanın muxtariyyəti uğrunda mübarizə aparan xüsusi fraksiya yaradıblar.

 

Polşa prezidentinin şərti sərhəd “əməliyyatı” – dost dövlətin başçısının xətası - TƏHLİL

Birinci Dünya Müharibəsindən sonra Polşadan deportasiya olunan onminlərlə polyak Azərbaycana gəlib. Azərbaycan Xalq Cümhüriyyəti Polşa ilə sıx əlaqələr qurub.

Müasir dövrümüzdə də mərhum Prezident Heydər Əliyev və dövlət başçısı İlham Əliyev də iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişafına daim maraq göstəriblər. NATO və Avropa İttifaqının üzvü olan Polşa ilə Azərbaycan arasında əlaqələrin genişlənməsinin Azərbaycan üçün xüsusi əhəmiyyəti var. Ancaq bütün bunlar prezident Andjey Dudanın Ermənistan tərəfdən şərti dövlət sərhədinə gələrək Azərbaycanın maraqlarına göz yummasına, görməzdən gəlməsinə mane olmayıb.

Rəsmi Bakı nəyə və niyə etiraz edir? Azərbaycanla Ermənistan arasında dövlət sərhədi tam müəyyənləşməyib. Delimitasiya və demarkasiya edilməyən ərazilərə dövlət başçısının getməsi qarşı tərəfin suveren hüquqlarının tapdanmasıdır. Onun ayaq basdığı torpaqlar Bakı ilə İrəvan arasında danışıqlar nəticəsində Azərbaycanın da ola bilər.

Prezident Dudanın hərəkəti Fransa Milli Jandarma İdarəsinin briqada generalı Uilyam De Meyerin şərti sərhədə baş çəkməsini xatırladır. Fransanın indiki hakimiyyətinin Azərbaycana qarşı tutduğu qərəzli münasibət gizli deyil. Polşa liderinin də onun kimi davranması qərəzlilik, beynəlxalq hüquqa sayğısızlıq kimi dəyərləndirilir.

 

Polşa prezidentinin şərti sərhəd “əməliyyatı” – dost dövlətin başçısının xətası - TƏHLİL

Başqa tərəfdən, Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ayrı-ayrılıqda iqtisadi, ticarət əlaqələri mövcuddur. 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın Polşa ilə ticarət dövriyyəsi 148,3 milyon dollar təşkil edib. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici 2023-cü ilin uyğun dövrü ilə müqayisədə 48,5 faiz çoxdur. Hesabat dövründə Azərbaycandan Polşaya ixracat 64,1 milyon dollar, əks istiqamətdə isə 84,2 milyon dollar təşkil edib. Hesabat dövründə ölkədən Polşaya ixrac 64,1 milyon dollar təşkil edib. Azərbaycanın Polşadan idxalının dəyəri isə 84,2 milyon dollar olub.

Bu, göstərir ki, tərəflər arasında iqtisadi əlaqələr artmaqdadır.

 

Polşa prezidentinin şərti sərhəd “əməliyyatı” – dost dövlətin başçısının xətası - TƏHLİL

Varşavanın Kiyevlə münasibətlərini nəzərə alaraq Azərbaycan-Ukrayna ticarət göstəricisinə diqqət yetirək; Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsi 408 milyon dolları təşkil edib ki, bu da 2023-cü ilin uyğun dövrü ilə müqayisədə altı faiz çoxdur. Diplomatın sözlərinə görə, ilk on ay ərzində Ukraynadan Azərbaycana ixracın həcmi 15,1 faiz artıb.

Bir neçə il öncə Polşa xarici işlər nazirinin ovaxtkı müavini, ölkəsinin Ukraynadakı keçmiş səfiri Bartoş Çixotski ADA Universitetində keçirilən konfransda demişdi: “Azərbaycan Polşanın strateji tərəfdaşıdır. Azərbaycan enerji layihələrində mühüm rol oynayır”.

 

Polşa prezidentinin şərti sərhəd “əməliyyatı” – dost dövlətin başçısının xətası - TƏHLİL

Andjey Dudanın 1943-cü ildə Ukraynanın Volınsk şəhərində törədilən qırğına münasibəti də maraqlıdır. Həmin il orada Ukrayna Üsyançı Ordusunun polyakları qətlə yetirdiyi bildirilir. 2018-ci ilin iyulunda Duda bu ölkəyə səfəri zamanı həmin hadisəni adi “etnik təmizləmə” adlandırmışdı. “Polyakları bu ərazidən yığışdırmaq istəyiblər”, - o demişdi.

Bu açıqlamadan bir neçə gün sonra o, Ukrayna xalqının milli qəhrəmanları Stepan Bandera və Roman Şuxeviçi “polşalılara qarşı birbaşa cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan cinayətkarlar” adlandırmışdı. Rusiya-Ukrayna münasibətləri fonunda belə bir açıqlama yəqin Polşa-Ukrayna münasibətinə mənfi iz buraxıb.

Onun prezidentliyinin ikinci dövrü 2025-ci ildə başa çatır, ola bilsin, fəaliyyəti bu hadisəyə yanaşma ilə də yadda qalacaq.

Andjey Duda sərhəd pozucusu kimi də xatırlanacaq. İsraillə Livan arasında müəyyənləşməyən sərhəd var. O, Avropa İttifaqına üzv dövlətin nümayəndəsi kimi İsraillə Livan arasında əldə edilmiş atəşkəsi müşahidə etmək üçün həmin əraziyə getməyə cürət etməz. Çoxları da bunu həmin bölgənin delimitasiya və demarkasiya olunmaması ilə əlaqələndirər.

Duda sözü polyakcadan “dəri tütək” anlamını verir. Odur ki, Prezident Andjeyin sərhəd “əməliyyatını” bu alətin səsi kimi də dəyərləndirmək olar.(Report)

Son xəbərlər

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

İlham Əliyev Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

Bazar günü Azərbaycanda 38 dərəcə isti olacaq

CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır

Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib

İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoyub

FHN həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciət edib

Dünya bazarlarında neft ucuzlaşıb

Axtarışda olan 83 nəfər saxlanılıb

Qazaxda yol qəzasında 3 nəfər xəsarət alıb

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub

Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis - ŞƏRH

Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib

Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir - RƏSMİ

Kəlbəcərdə mina partlayışı olub

Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq

Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?

Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir

İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi son oxunuşda qəbul edilib

Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib

Bütün xəbərlər