{category-title}
Gündəm / İqtisadiyyat
14.11.2024, 10:19
Neftimizin qiyməti artdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,54 ABŞ dolları və ya 0,73% artaraq 74,70 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, ötən gün Azərbaycan neftinin qiyməti 74,16 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.