{category-title}

Gündəm / Dünya
9.11.2024, 13:50
Qazaxıstan MN-in helikopteri qəza etdi, ölən var

Qazaxıstan Müdafiə Nazirliyinin “Mi-8” helikopteri təlim uçuşu yerinə yetirərkən Aktobe vilayətində sərt eniş edib.
Nəticədə hadisə yerində yanğın baş verib. Yanğın xilasedicilər tərəfindən söndürülüb.
Helikopterin göyərtəsində 3 ekipaj üzvü olub, onların biri ölüb, ikisi isə xəstəxanaya yerləşdirilib.
Qazaxıstan MN helikopterin sərt enişinin ilkin səbəbi kimi texniki nasazlığı göstərib.