{category-title}
Gündəm / Cəmiyyət
25.09.2024, 13:58
İcra başçısının qardaşı faciəvi şəkildə öldü
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə ağır itki üz verib.
İcra başçısının qardaşı, 1971-ci il təvəllüdlü Habil Böyükağa oğlu Quliyevi dünən saat 16 radələrində Abşeron rayonunda iş yerində elektrik cərəyanı vuraraq öldürüb.
Məlumata görə, 53 yaşlı H.Quliyev Xırdalan şəhərində fəaliyyət göstərən “Ay-min” MMC-də (kolbasa şirkəti) çalışırmış.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.