{category-title}

Azərbaycanlılar ən çox bu ölkələrə gedib - Siyahı

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1748,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 28,7 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,2 faizi Hindistan, 8,1 faizi İran, 4,4 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi Gürcüstan, 3,3 faizi Qazaxıstan, 2,8 faizi Pakistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,7 faizi Özbəkistan, 1,5 faizi Çin, hər birindən 1,4 faiz olmaqla Küveyt və Ukrayna, hər birindən 1,2 faiz olmaqla İsrail, Türkmənistan və Oman, 1,0 faizi Belarus, 10,9 faizi digər ölkələrin vətəndaşları olub.

Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,4 dəfə, Cənubi Koreyadan - 2,2 dəfə, Çindən - 2,0 dəfə, İspaniyadan - 1,8 dəfə, Qırğızıstandan - 1,6 dəfə, Filippindən - 1,6 dəfə, Qazaxıstandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, İordaniyadan - 1,5 dəfə, Omandan - 49,6 faiz, İrandan - 42,1 faiz, İtaliyadan - 35,0 faiz, Polşadan - 33,7 faiz, Səudiyyə Ərəbistanından - 31,4 faiz, Türkmənistandan - 30,3 faiz, Yəməndən - 28,1 faiz, Misirdən - 26,7 faiz, Küveytdən - 23,8 faiz, ABŞ-dan - 21,6 faiz, Özbəkistandan - 20,9 faiz, Ukraynadan - 18,9 faiz, Türkiyədən - 18,8 faiz, Almaniyadan - 18,6 faiz, Rusiya Federasiyasından - 17,7 faiz, Fransadan - 12,6 faiz, Gürcüstandan - 10,9 faiz, Moldovadan - 10,9 faiz, Tacikistandan - 10,8 faiz, Bəhreyndən - 10,5 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 10,1 faiz artıb. 

2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 34,5 faiz artaraq 307,2 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,5 faiz artaraq 67,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,5 faiz artaraq 663,6 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,6 faizi hava, 23,2 faizi dəmir yolu və avtomobil, 1,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 20,6 faiz artaraq 1458,6 min nəfərə çatıb.

Hesabat dövründə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 36,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 16,0 faiz, Gürcüstana gedənlərin sayı 14,9 faiz, Türkiyəyə gedənlərin sayı 14,8 faiz artıb. Azərbaycan vətəndaşlarının 42,2 faizi Türkiyəyə, 20,5 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,4 faizi İrana, 20,2 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,9 faizini kişilər, 36,1 faizini qadınlar təşkil edib. 

2024-cü ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,8 faizi hava, 28,1 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Son xəbərlər

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək

“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu

TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb

Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir

Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə

18 kəndə qazın verilişi DAYANDIRILACAQ

Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür

"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"

Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək

İslam Rzayev haqda - Yeni qərar

Naxçıvana uçuşlar bərpa edildi

Vəzifəli şəxs vəfat etdi - Foto

Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub

Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Suriya G7 sammitinə dəvət olundu: "Böyük Yeddilik" tarixində bir ilk

Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib

Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü

Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

Zelenski: Ukrayna Rusiya FTX-nın qərargahına zərbə endirib

Fələstinli mütəxəssis: Yaşıl məkanlar şəhərləri daha yaşana bilən edir

BMT: Dünya Bankı ölkələrində yüksək urbanizasiya və aşağı iqlim dayanıqlılığı var

Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm

Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib

Bütün xəbərlər