{category-title}

Paşinyan Putin qarşısında geri çəkildi, Çörçilə bənzədildi

Ermənistanın Avropa Şurasının Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin qərarını dəstəkləyən sənədə qoşulduğu deyilsə də, hakimiyyət bu iddianı təkzib etdi.

Bunu erməni jurnalist Hasmik Babacanyan deyib.

Onun sözlərinə görə, bu, Ermənistanın Baş naziri Nikol Paşinyanın yenidən Rusiya oxuna qayıtmağa çalışdığını bir daha göstərir:

“Maraqlıdır, baş nazir “Ukraynaya qarşı təcavüz cinayəti”nə görə xüsusi tribunalın yaradılmasını tələb edən bəyannamə imzalayanda, Putin və digər Kreml rəsmilərinin həbsinə order verilməsini dəstəkləyəndə nə düşünürdü?

Sovet dönəmində Böyük Britaniyanın Baş naziri Uinston Çörçil və SSRİ rəhbəri İosif Stalinin görüşü ilə bağlı bir hekayə yayılmışdı. Məlumata görə, bir iclasın keçirildiyi zalda əyləşən Çörçil insanların Stalini görəndə ayağa qalxıb alqışalamasının səbəbini soruşub və belə bir şey etməyəcəyini deyib. Lakin Stalin zala daxil olduğu an bütün auditoriya ayağa qalxıb və onu alqışla qarşılayıb. SSRİ rəhbərinin gözləri izdihamın arasından Çörçili axtarıb və onun da ayağa qalxdığını görüb. Daha sonra baş nazirdən niyə belə etdiyini soruşanda, “Ayaqlarım məni qalxmağa məcbur elədi, günah məndə deyil”, – cavabını verib.

İndi Rusiya mətbuatı aktiv şəkildə İrəvanın mövqeyinin dəyişməsindən yazır. Paşinyandan soruşsalar ki, o zaman niyə Putinin həbsini dəstəkləyən sənədə imza atmısan, o da əllərinin özündən asılı olmadan bunu etdiyini deyəcək”.

Son xəbərlər

Neftimizin qiyməti 80 dolları keçdi

Zakir Həsənov Türkiyəyə getdi

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür

Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür

Litva Azərbaycana “öyüd-nəsihət" verə bilən axırıncı ölkələrdəndir - İcmadan etiraz

Əli Əsədov Minskdə Lukaşenko ilə görüşdü - Fotolar

Prezident və xanımı Cəbrayıla getdi - Yenilənir

Şaiq Sultanov vəfat etdi

Prezident həmkarlarını təbrik etdi - Yenilənib

Gömrük orqanlarında xidmətə qəbula dair yeni prosedur müəyyənləşib

Azərbaycan neftinin qiyməti 77 dollardan aşağı enib

Paşinyan Fransaya gedib

Prezident bu siyahını təsdiqlədi

Bu yolda hərəkət qismən məhdudlaşdırılır

İsa Həbibbəyliyə yeni müşavirlər təyin olundu

İsrail səfiri təkzib etdi: Qaçırılmamışam!

Şənbə günü bu yol bağlanacaq

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

İranın müdafiə naziri regionda böyük müharibə ilə bağlı xəbərdarlıq edib

Bakıda bu yol tam bağlanır

Elçin Kərimov: Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi

Ermənistanda buna görə bir nəfər də məsuliyyətə cəlb olunmayıb

Dünyadakı bir sıra güc mərkəzləri Ermənistanı silahlandıraraq...

Bakının bu qəsəbəsində qaz olmayacaq

Bütün xəbərlər