{category-title}

Parlament komitələrinin rəhbərliyində ciddi dəyişikliklər olacaq

Sentyabrın 1-i Milli Məclisə  növbədənkənar parlament seçkiləri keçirilib. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. İlkin nəticələrə uyğun olaraq dairələr üzrə lider namizədlər müəyyənləşib.

Maraqlıdır, Milli Məclisin komitələri necə formalaşacaq?

Milli Məclisin növbəti çağırışının birinci sessiyasının əvvəlində "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Milli Məclisin komitələri yaradılır.

Milli Məclisin komitələri Milli Məclisin çağırışının səlahiyyət müddəti ərzində səlahiyyətlidir.

Milli Məclisin komitələri Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə təsdiq olunan “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında fəaliyyət göstərirlər.

Milli Məclisin komitələrinin fəaliyyəti fikir müxtəlifliyi, siyasi plüralizm, aşkarlıq, məsələlərin sərbəst müzakirəsi prinsipləri əsasında qurulur.

Milli Məclisin komitəsinin say tərkibi Milli Məclis tərəfindən müəyyən edilir, lakin azı 5, çoxu 20 deputatdan ibarət olmalıdır.

15 deputatdan çox üzvü olan komitə  köməkçi komitə yarada bilər.

Milli Məclisin rəhbərliyi Milli Məclisin komitəsinin üzvü ola bilər. Milli Məclisin başqa hər bir deputatı komitələrdən birinin üzvü olmalıdır. Bir deputat ən çoxu iki komitənin üzvü ola bilər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Milli Məclisin deputatı Milli Məclisin komitəsinin üzvü olmaya bilər.

Milli Məclisin komitəsinin sədri, onun müavini və üzvləri Milli Məclisin iclasında azı 63 deputatın səs çoxluğu ilə seçilirlər. Komitənin  tərkibinin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.

Milli Məclisin deputatı heç bir komitənin üzvlüyünə daxil olmursa, Milli Məclisin sədri sərəncamla həmin deputatı komitələrin birinə daxil edir.

Komitənin iclasını onun sədri, o olmadıqda və ya onun tapşırığı ilə komitə sədrinin müavini aparır.

Komitənin sədri komitənin işinə rəhbərlik edir, onun iclasının gününü və saatını təyin edir, komitənin ayrı-ayrı üzvlərinə tapşırıqlar verir, komitənin işini Milli Məclisin digər komitələrinin və komissiyalarının işi ilə əlaqələndirir, komitənin iclasının protokolunu imzalayır.

Komitə sədrinin müavini sədr olmadıqda onu əvəz edir, sədrin tapşırığı ilə komitənin müəyyən işlərinə rəhbərlik edir.

Qeyd edək ki, VI çağırış Milli Məclisdə 15 komitə olub. Bunlar Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət komitəsi, Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Regional məsələlər, Elm və təhsil, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələridir.

Əldə etdiyimiz məlumata görə, yeni çağırış parlamentin komitələrinin rəhbərliyində ciddi dəyişikliklər olacaq.(Modern)

Son xəbərlər

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Naxçıvanda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Avqustun 11-dən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır

Gömrük Komitəsində otağı su basdı - Video

Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq

BİZİM TƏQVİM: 31 iyulda baş vermiş tarixi hadisələr

Kəlbəcər bu səhəri zəlzələ ilə açdı

"Sədərək" ticarət mərkəzində yanğın olub

Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir

Qazi jurnalistlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda - FOTOLAR

Bu ilin birinci yarısında əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Müəllimlərin sertifikasiya prosesinin müsahibə mərhələsi avqustun sonlarında başlayacaq

İndiyədək 121 min uşağın birincə sinfə qəbulu yekunlaşıb

Sakit okeanın cənubundakı bir neçə ada dövlətində sunami təhlükəsi elan edilib

Gəncə Memorial Kompleksinə 10 milyon ayrıldı

Alparslan Bayraktar: "Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq"

Şahin Şıxlinskinin oğlu HƏBSDƏ QALDI

İsti hava şəraiti həftə sonunadək davam edəcək

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana dabaq xəstəliyindən azad status veriləcək

Palata ən çox rast gəlinən pozuntuları açıqladı - SİYAHI

Publik hüquqi şəxsin dövlət sifarişi ilə tədbirlər keçirməsi qaydası müəyyənləşib

İsrail XİN başçısı: Fələstin əslində HAMAS dövlətidir

Lerikdə iki yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq - SƏRƏNCAM

Son bir ayda sürücülərin sükan arxasında yuxulaması nəticəsində 21 avtoqəza qeydə alınıb

Bütün xəbərlər