{category-title}

Gündəm / Dünya
22.08.2024, 18:20
Qətərin baş naziri İrana səfər edəcək
Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani İrana səfər edəcək.
Bu barədə “Tasnim" agentliyi məlumat yayıb.
Əl-Taninin Doha ilə Tehran arasındakı münasibətləri, eləcə də əsas regional məsələləri müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, Qətər son həftələr Qəzzada atəşkəslə bağlı aparılan danışıqlarda fəal rol oynayıb.
