{category-title}

“Sən uşaqsan” sözünə görə göz çıxaran idmançı həbs edildi

Bakıda tanımadığı şəxslə dalaşaraq ona ağır xəsarət yetirən Müşfiq qəsəbəsi 33 saylı orta məktəbin 10-cu sinif şagirdi K.Yadullayevə (soyadlar şərtidir) hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 15 yaşlı oğlan Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.

Məlum olub ki, paytaxtdakı idman klublarından birinin cüdoçusu olan K.Yadullayev həmin gün avtobusla məşq üçün Müşfiq qəsəbəsindən metronun “20 Yanvar” stansiyasının qarşısına gəlib. O, avtobus dayanacağında bacısı ilə qonşusu olan qıza 2 nəfər oğlanın yaxınlaşdığını görüb və münaqişə baş verib. Münaqişə zəminində həmin şəxslərdən biri olan E.Yusifov yeniyetməyə “Sən uşaqsan, uşaq işi ilə məşğul ol”, deyərək kənarlaşdırmağa çalışıb. Bu zaman K.Yadullayev onun baş nahiyəsinə əli ilə zərbə endirib. Zərbə nəticəsində E.Yusifovun gözün gözdaxili möhtaviyyatın axması, hematoması və yarası ilə, eləcə də sol orbitanın ön divarının sınığı ilə müşayiət olunmuş küt zədə alıb və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox (33 faiz) dayanıqlı itirilməsinə səbəb olan həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti alıb.

Məhkəmədə K.Yadullayev sambo və cüdo üzrə çoxsaylı yarışlarda qalib olduğunu deyib. O, tanımadığı şəxsə “uşaq” sözünə və bacısına yaxınlaşdığına görə zərbə endirdiyini bildirib.

N saylı hərbi hissənin müddətdən artıq hərbi qulluqçusu olan zərərçəkmiş K.Yadullayevə ağır cəza verilməsini xahiş edib.

Məhkəmənin ötən həftə çıxardığı hökmlə K.Yadullayevə 4 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş yeniyetmə məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, hadisə hərbçinin məzuniyyətdə olduğu zaman baş verib.

Qafqazinfo

Son xəbərlər

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Ermənistanın hücumları nəticəsində Laçında yaralanmış şəxs: İşğal zamanı qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb

Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

İran və Avropa üçlüyü XİN başçıları telefon danışığı aparacaq

İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü olub

Azərbaycan neftinin qiyməti 69 dolları keçib

Polşa XİN Rusiyaya etiraz notası göndərib

Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib

Prezident İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub - YENİLƏNİB

Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub

Makron üçün 10 sentyabr kabusu: Fransa yeni etiraz dalğasının astanasında – ŞƏRH

Xocalı soyqırımı zamanı Ermənistan ordusunun girov götürdüyü azərbaycanlı: Həyat yoldaşımın başını kəsdilər

Prezident: 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 19-dək qarşımızda duran əsas hədəf ölkəmizin suverenliyini tam bərpa etmək idi

Bütün xəbərlər