{category-title}

Gündəm / Dünya
12.07.2024, 15:00
Azərbaycan hansı güzəştlərə gedir? - Arşakyan

Sülh müqaviləsi bağlamaq üçün tarixi imkan var.
Bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan mediaya açıqlamasında deyib.
Azərbaycanla demarkasiya və delimitasiya işləri və Bakının bu prosesdə hansı güzəştlərə getməsi ilə bağlı sualı cavablandıran vitse-spiker qeyd edib ki, proses yeni başlayıb, sərhədin cəmi 3%-i delimitasiya olunub və Azərbaycan tərəfinin qarşıdakı güzəştlərindən danışmaq mümkün deyil.