{category-title}

Fransa Polineziya və Yeni Kaledoniya ilə bağlı məlumat vermədiyinə görə BMT hesabatında tənqid edilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Dekolonizasiya üzrə Xüsusi Komitəsinin (C-24) Venesuelada bu ilin 14-16 may tarixlərində təşkil etdiyi regional tədbirin yekun hesabatı Komitənin iyunun 21-də Nyu-Yorkda keçirilən iclasında qəbul edilib.

“Report” xəbər verir ki, hesabatda Azərbaycanla bağlı bəzi məqamlar öz əksini tapıb.

İştirak edən üzvlər Azərbaycan hökumətinin 2025-ci ildə öz ölkəsində Xüsusi Komitənin regional seminarının keçirilməsi təklifini nəzərə alıblar. Xüsusi Komitənin iştirak edən üzvləri yekun şərhlərində Xüsusi Komitənin üzvü olmayan BMT-yə üzv olan digər dövlətlərin komitənin işində fəal iştirakının vacibliyini qəbul ediblər və bununla əlaqədar Azərbaycanın seminarda iştirakını alqışlayıblar.

Hesabatda Fransız Polineziyası və Yeni Kaledoniya ilə bağlı Xüsusi Komitənin iştirak edən üzvləri BMT Nizamnaməsinin 73-cü maddəsinin “e” müddəasına uyğun olaraq Fransanın ərazi haqqında məlumat verməməsi ilə bağlı Komitənin narahatlığını bölüşərək, ərazidəki vəziyyət barədə əhəmiyyətli və etibarlı məlumatların alınmasının vacibliyini vurğulayıblar. Ahəngdar sosial-iqtisadi inkişafın təmin edilməsi, təbii sərvətlərə sahiblik, nüvə sınaqlarının nəticələrinə dair yenilənmiş dialoq zəruriliyi haqqında bəyanatı qeyd edilib.

Assambleya (Fransız Polineziyası) sədrinin Assambleya çərçivəsində Dekolonizasiya üzrə xüsusi Komitənin yaradılması, yerli ictimaiyyətin dekolonizasiya ilə bağlı məlumatlılığını artırmaq üçün siyasi maarifləndirmə proqramının həyata keçirilməsinə başlanması barədə bəyanatını, habelə onun 2024-cü ildə səyyar missiyanın göndərilməsinə dair çağırışını nəzərə alıblar. Ekspertin mövzu ilə əlaqədar Fransa siyasətinin ziddiyyətli xarakter daşıdığı və Xüsusi Komitə tərəfindən əraziyə səfərin təşkil edilməsinin təcili olması ilə bağlı bəyanatı nəzərə alınıb.

Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) nümayəndəsinin ərazidəki gərgin siyasi vəziyyətin, Fransanın birtərəfli qaydada seçici siyahılarını açmasının nəticəsi olduğunu, bununla da, kanak xalqının diqqətdən kənarda qaldığını hiss etməsinə və son bir neçə ildə əldə edilən müsbət irəliləyişin üstündən xətt çəkməsinə dair açıqlamasına, beynəlxalq vasitəçilik missiyasının təcili göndərilməsi xahişinə diqqət yetirilib.

Yeni Kaledoniyanın özünü idarə etməyən ərazi siyahısında olmasının qorunduğu və bu siyahıda saxlanılacağı barədə açıqlama qeyd edilib. Adıçəkilən bölgədə cari vəziyyətlə bağlı dərin narahatlıq ifadə edilib.

Qeyd edək ki, iyunun 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında “Müstəqillik və fundamental azadlıqlara doğru: müstəmləkiçiliyə son qoyulmasında C-24 komitəsinin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda kolonial ölkə olan Fransanın Yeni Kaledoniya, Korsika və Martinikdə zorakılıqlarını pislənilib.

BMT-nin müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə - C24-ün illik iclası çərçivəsində baş tutan tədbirdə Fransız Polineziyasının hakim Tavini Partiyasının siyasi məsələlər üzrə direktoru Richard Tuheiava, eləcə də Saint-Martin, Korsika, Martinik, Fransız Qvianası, Qvadelupe və Bonayredən olan müstəqillik hərəkatı üzvləri onları müstəmləkə altında saxlayan Fransa və Niderland hökumətlərinin bu ərazilərdə həyata keçirdiyi kolonial siyasət, habelə ərazinin sahibi olan yerli xalqların fundamental hüquqlarının kobud şəkildə pozulması, təbii sərvətlərinin qanunsuz talan edilməsi və beynəlxalq öhdəlikəri yerinə yetirməməsi haqqında ətraflı məlumat veriblər və yerli xalqların tələblərinə məhəl qoymayaraq, hələ də müstəmləkəçilik siyasətini davam etdirməsini sərt şəkildə qınayıblar.

İştirakçılar təmsil etdikləri xalqların tələblərini və səsini dünya ictimaiyyətinə çatdıran Azərbaycana dərin minnətdarlıq ifadə ediblər və beynəlxalq platforma rolunu oynayan Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə müstəqilliyin uzaqda olmadığına inam ifadə ediblər.

Qeyd edək ki, iyunun 24-də isə Zəngilan rayonunda "Azərbaycan qeyri-hökumət təşkilatları nəticələr və hədəflər" mövzusunda panel müzakirədə "Bakı Təşəbbüs Qrupu" İctimai Birliyinin sədri Abbas Abbasov Azərbaycanın neokolonializmlə mübarizəsinə toxunub. O rəsmi Bakının bundan sonra da dekolonizasiya təşəbbüslərini dəstəkləyəcəyini vurğulayıb:"Ölkəmiz öz siyasətini davam etdirərək, müasir kolonializmə qarşı mübarizəyə dəstək verəcək, bununla əlaqədar daha çox addımlar atacaq. "Bakı Təşəbbüs Qrupu" da məhz bu istiqamətdə beynəlxalq səviyyədə aktivliyini davam etdirəcək".

Bu məsələyə Rusiya Xarici İşlər Nazirliyi də yer ayırıb. XİN iyunun 26-da Fransa hakimiyyətini Yeni Kaledoniyada siyasi fəalların fundamental hüquq və azadlıqlarını təmin etməyə çağırış edib. XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir ki, “biz Fransa hakimiyyətini Yeni Kaledoniyada siyasi fəalların, eləcə də bu arxipelaqın metropolun baxımsızlığından və müstəmləkə keçmişinin aydın izlərini daşıyan fransız “ədalətinin” hərəkətlərindən əziyyət çəkən bütün sakinlərinin fundamental hüquq və azadlıqlarını təmin etməyə çağırırıq”.

M. Zaxarova xatırladıb ki, Yeni Kaledoniyanın milli-azadlıq hərəkatının 11 tanınmış fəalı, o cümlədən Kaledoniya İttifaqı Partiyasının prezidenti Ten Kristian də bu günlərdə saxlanılıb və həbs edilib. “Onların əksəriyyəti yerli sakinlərin etirazlarına baxmayaraq, öz evlərindən 17 min km uzaqlıqdakı metropolisə aparılıb. Paris həbsdə olan Kanaklara qarşı bir sıra “ittihamlar” irəli sürür. O cümlədən mütəşəkkil dəstənin tərkibində cinayətlərin planlaşdırılması və təhrik edilməsi, hüquq-mühafizə orqanlarının əməkdaşlarını öldürməyə cəhd və s”.

Diplomat qeyd edib ki, saxlanılanlar arasında Kanak Milli Azadlıq Hərəkatının tanınmış siyasi xadimləri də var: “Kanak fəallarının həbsləri və Yeni Kaledoniyadan zorla çıxarılması arxipelaqda gərginliyin yeni mərhələsinə səbəb olub və regionda onsuz da çətin olan siyasi vəziyyəti daha da qəlizləşdirib. Biz ondan çıxış edirik ki, Yeni Kaledoniyada mövcud ictimai-siyasi böhran onun dekolonizasiya prosesinin tam olmamasının nəticəsidir”.

Son xəbərlər

Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması... - İclas

Azərbaycanda dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Türkiyənin bu ərazisində meşə yanğını başladı

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Trampın seçilməsi heç nəyi dəyişməyəcək - Medvedyev

“Həmin sənədi imzalamamışıq” - Ermənistan XİN

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Rusiya XİN: COP29-da ölçülüb-biçilmiş qərarların əldə edilməsinə çalışacağıq

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

"Bəzən ayrılmalısan" - Aysel Əlizadə

Qırğızıstanda KTMT-nin təlimləri başlayıb, Ermənistan iştirak etmir

Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti dəfə medal qazana bilər

İlham Əliyev: Lazım gələrsə, Azərbaycan Rusiya ilə Ukrayna arasında münaqişənin həllində iştirak etməyə hazırdır

Regionun təhlükəsizliyinin təhdid mənbəyi – siması dəyişməyən avantürist İrəvan - ŞƏRH

Bakı bunun yolunu yaxşı bilir - Orban

Pensiya alanların nəzərinə!

İlham Əliyev Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşdü

İlham Əliyev Fabrizio Fabbri ilə görüşdü

İtaliya Prezidenti: Çernobbio Forumu qitə üçün bir fürsətdir

Nurlan Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Canəhməd Əhmədovun mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Durov Rusiyanın köməyindən imtina edib - KİV

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Həftəsonu 400 şagird əlavə imtahan verəcək

Bütün xəbərlər