{category-title}

105 yaşında magistr dərəcəsi aldı
Amerikalı Virciniya Hislop iyunun 16-da Stanford Universitetinin magistri dərəcəsini alıb.

V.Hislop 1936-cı ildə Stenford Universitetinin Təhsil Məktəbinə daxil olduqda onun planı bakalavr dərəcəsi almaq idi. Bakalavr təhsilini bitirdikdən sonra, 1940-cı ildə magistr dərəcəsi almaq fikrinə düşür.

Lakin kurs işini başa vurduqdan sonra və diplom işini təhvil verməzdən əvvəl hərbiçi Corc Hislopla ailə qurub. Corc Hislop İkinci Dünya müharibəsi dövründə hərbi xidmətə çağırılıb. Buna görə də Virciniya magistr dərəcəsi ala bilməyib. 83 il keçdikdən sonra o, Stanforda qayıdaraq magistr təhsilini tamamlayıb.

Stanford Universitetinin Təhsil Məktəbinin dekanı Daniel Svarts məzun günündə “bu gün biz 105 yaşlı məzunumuza təhsil sahəsində magistr dərəcəsi verməkdən qürur duyuruq" deyib.

Qoca məzun orta məktəblərdə və məktəb şuralarında 80 ildən çox müddət ərzində müəllimlik və təhsil fəaliyyəti ilə məşğul olduqdan sonra magistr dərəcəsinə sahib olub.

Hazırda Hislop vaxtının əksəriyyətini ictimai işlərlə məşğul olmaqla, oxumaqla, ünsiyyətlə və bağçada işləməklə keçirir.

“Ondan öyrəndiyim ən böyük dərs heç vaxt oxumağı dayandırmamaqdır”,-deyə kürəkəni Doug Jensen bildirib. "O, doymamış oxucudur və 105 yaşında hələ də aktiv hərəkət edir".

Ötən illərə baxan Hislop Stanfordda keçirdiyi vaxta və bu müddət ərzində ictimaiyyətdəki tərəfdaşlarından öyrəndiklərinə, tələbələrə təsir göstərə bildiyinə görə təşəkkür edir.

"Düşünürəm ki, bu illər ərzində yerli məktəb sistemimiz üçün çox yaxşı işlər görmüşəm və onun inkişafına kömək etmişəm. Mənim üçün bu dərəcə yerli məktəblərdə və müxtəlif məktəb şuralarında çalışdığım illərin qiymətidir".

Təqdimat mərasimində dekan Daniel Şvarts qeyd edib ki, V.Hislop "nəhəng təhsil nailiyyətləri ilə dolu bir həyat sürüb".

 

Mərasimdə qocaman məzunu həmkarları, ailə üzvləri, nəvə-nəticələri alqışlayıblar.

 

"Allahım, mən bu günü çoxdan gözləyirdim”, - deyə 105 yaşlı məzun bildirib. ("Azərbaycan müəllimi")

Son xəbərlər

"Prezident onu vəzifəsindən geri çağırdı - Sərəncam

İlham Əliyev bu sazişi təsdiqlədi

Alkoqollu içkiləri bu qiymətdən aşağı satmaq qadağan edilir

Ermənistanda Azərbaycanla bağlı bu sənəd təsdiqləndi

Bakıda ər və arvad evdə ölü tapıldı

Azərbaycanda bu siqaret bahalaşdı

Tünzalə gənc qalmasının SİRRİNİ AÇDI

Prezident Baydenin xüsusi köməkçisini qəbul etdi

Zərdabda əməliyyat: cinayətkar dəstə saxlanıldı

Məcnun Məmmədov Hacıqabulda vətəndaşları qəbul edəcək

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından dörd il ötür

Mikroavtobus dəmiryol xəttinə girdi - 2 yaralı var

Bu gün Zəngilanın azad olunmasından dörd il ötür

Bayden: İsrail İranın hərbi-siyasi rəhbərliyini məhv etmək istəyir

Gecə 02:30-dan 04:30-dək...

Bələdiyyələrin gəlir və xərclərinə belə nəzarət olunacaq

Tağı Əhmədov dəfn olunub

Bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - SABAHIN HAVA PROQNOZU

Bu həftə sonu bədbəxtliklərlə üzləşəcək 6 bürc

Talibandan daha bir qadağa: Bütün canlı varlıqlar...

Azərbaycan neftinin qiyməti 73 dollara düşüb

Tağı Əhmədovun dəfn yeri açıqlandı

KXDR Cənubi Koreyaya xəbərdarlıq edib

Putin BRICS-in genişləndirilməsi üçün konsensusu vacib hesab edir

Bütün xəbərlər