{category-title}

Rəsmi nikah tələb etmədən dini kəbin kəsən axundlara nəzarət SƏRTLƏŞDİRİLİR – Komitədən XƏBƏRDARLIQ

Son illərdə nikah yaşına çatmayan qızlar gizli şəkildə dini kəbinlə evləndirilirlər. Çox vaxt da dini kəbini rəsmi nikahı olan kişilər başqa qızlarla münasibət qura bilmək üçün kəsdirirlər. Yəni ölkədə rəsmi nikah kitabçasını tələb etmədən dini kəbin kəsən xeyli sayda molla və axundlar var.

Onlara nəzarət niyə sərtləşdirilmir?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə Bizim.Media-ya bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası 2002-ci ildə dini kəbin kəsmə ilə bağlı fətva verib və din xadimlərinə nikah şəhadətnaməsi olmadan dini kəbin kəsməyi qadağan edib:

“Öz növbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər qurumlar tərəfindən bu məsələ ilə bağlı tədbirlər həyata keçirilib, erkən nikah və onun mənfi nəticələri barədə maarifləndirmə işi aparılıb. Məsələyə dini mahiyyət vermək cəhdlərinin qarşısının alınması məqsədilə bu istiqamətdəki maarifləndirmə işlərinə ilahiyyatçı mütəxəssislər və din xadimləri də cəlb olunub. Hər il dini icmalar və din xadimləri ilə birgə onlarla belə tədbir keçirilir”.

Cahandar Əlifzadə bununla yanaşı bəzən dini kəbin kəsmə ilə bağlı neqativ halların müşahidə olunduğunu da bildirib:

“Əksər hallarda belə kəbin kəsmələrin qurbanı azyaşlı, yetkin yaşına çatmayan qızlar olur. Bildiririk ki, hazırda din xadimlərinin fəaliyyəti “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” ilə tənzimlənir. Qaydaya əsasən fəaliyyətində mənəvi dəyərlərə, etik-əxlaqi prinsiplərə, habelə din xadiminin fəaliyyətinə zidd hərəkətlər aşkar edildikdə din xadimi vəzifəsindən azad edilir”.

Bizim.Media

 

Son xəbərlər

QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu birgə müsabiqə elan edəcəklər

İtaliyanın 75-ə yaxın şəhərini etiraz aksiyaları bürüyüb

Misir Prezidentİ britaniyalı fəalı əfv edib

Putin: Rusiya istənilən təhdidə cavab verməyə hazırdır

Pakistanda hava zərbəsi nəticəsində 23 nəfər həlak olub

Avropa İttifaqı Azərbaycana dəstəyini gücləndirir

Məhkəmədə Malıbəyli və Quşçular kəndlərinə hücumla bağlı sənədlər elan edilib

Roland Prays: "Orta Dəhliz 15 ildə 28 milyard dollar investisiyaya ehtiyac duyacaq"

İstanbulda Azərbaycan məktəbi istifadəyə veriləcək - RƏSMİ

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Yasamal rayonunda yerləşən çoxmənzilli binada yanğın olub - YENİLƏNİB

Bakının bir sıra yollarında tıxac yaranıb

Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib - YENİLƏNİB

Prezidentlərin geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Formula 1-in müddəti uzadıldı - 2030-dək Bakıda keçirləcək

Ruslar Ukraynada daha iki kəndi işğal etdilər

Hərbi jurnalist Şəmistan Nəzirli vəfat edib

Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib

Zəngəzur dəhlizilə bağlı təfərrüatlar bu danışıqlarda dəqiqləşəcək

Prezidentdən Dövlət Suverenliyi Günü paylaşımı - Video

Azərbaycanda Dövlət Suverenliyi günüdür

KİV: Trampın helikopteri Londonda təcili eniş edib

Qriqoryan: Aİ ilə Ermənistan arasında dialoq başlayıb

Rusiyalı nazir müavini: Qızılın qiyməti artacaq

Bütün xəbərlər