{category-title}

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu maşınlar UCUZLAŞDI

Son günlər avtomobil bazarında təklif tələbi üstələyib. Ona görə də avtomobil bazarında ikinci əl maşınlar xeyli ucuzlaşıb. Xüsusən də, qiyməti 10 min manatadək olan avtomobillərin qiyməti kəskin düşüb. Bundan əlavə, dizel mühərrikli köhnə avtomobillərə də maraq azalıb.

Ucuzlaşmaya səbəb nədir?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, maşın bazarında baş verən proseslərə bir neçə amil təsir edir:

“İlkin olaraq onu demək lazımdır ki, taksi fəaliyyəti ilə bağlı hökumətin yeni qərarı  avtomobil bazarına əsaslı şəkildə təsir etdi. Çünki istehsal müddəti 15 ildən artıq olan avtomobillərlə taksi xidməti göstərmək artıq qadağan edilir. Halbuki ölkədəki taksi parkının 80-85 faizi məhz 15 ildən artıq istismarda olunan avtomobillərdir. 

Nəzərə alaq ki, təkcə Bakıda 70 minə yaxın taksi var. Bu taksilərin də böyük əksəriyyəti köhnə avtomobillərdir. Hökumət də deyir ki, Bakıda 20 min avtomobilin taksi xidməti göstərməsi kafidir.

Deməli, 50 min taksi dövriyyədən çıxarılır. Bundan əlavə, rayonlarda və şəhərlərarası taksi xidməti göstərən avtomobillərində 90-95 faizi köhnə maşınlardır. Bu qədər taksi fəaliyyəti ilə məşğul olan avtomobilin döriyyədən çıxması təbii ki, köhnə avtomobillərə marağı kəskin azaldıb. 

Bundan başqa, bu ildən etibarən avtomobillər DYP tərəfindən texniki baxışdan keçirilən zaman həm də utilizasiya xərci ödəməlidirlər. Bu da avtomobilə olan marağı azaldır. Üstəlik, hibrid və ekomobillərin ölkəyə gətirilməsinə yandırılan “yaşıl işıq”da köhnə avtomobil bazarına öz təsirini göstərib”.

Akif Nəsirli hökumətin avtoparkın yenilənməsini bir tələb kimi qarşıya qoyduğunu da qeyd edib:

“Məhz bu və digər səbəbdən ikinci əl avtomobillərin ucuzlaşması, ən əsası isə təklifin tələbi üstələməsi prosesi gedir. Amma bu o demək deyil ki, köhnə avtomobillər dövriyyədən çıxarılır. Xeyr. Sadəcə olaraq, bəzi adamlar taksi kimi istifadə etdiyi avtomobildən bir növ qurtulmaq istəyir. 

Təklif tələbi üstələdiyi üçün də bazarda sürətli ucuzlaşma gedir. Yaxşı olar ki, dünya təcrübəsini nəzərə alaraq, Azərbaycan hökuməti də vətəndaşların yeni avtomobillərə əlçatanlığını artırmaq üçün tədbirlər görsün. Belə olarsa, onda avtoparkın yenilənməsi daha sürətlə və ağrısız keçər.

Bizim.Media

Son xəbərlər

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb

Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub

Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb

Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq

Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb

Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq

Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB

FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib

"Dawn": Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

MM: ABŞ Konqresi komitəsinin qanun layihəsi erməni lobbisinin maraqlarına xidmət edir

Milli Məclisin deputatı İranda səfərdədir

Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi - ŞƏRH

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu - FOTO

Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

Bütün xəbərlər