{category-title}

Müştəriyə özünü xüsusi hiss etdirməyin biznes üçün faydaları

“Həyatın ironiyası və ya həmişə təmizlikdə” adlı sovet filmi var. Filmdə qəhrəman səhvən başqa şəhərə gedib çıxır və eyni küçədə eyni tip binadakı ev ilə öz evini səhv salır. Evin içindəki mebeldən, televizordan tutmuş bütün əşyalar, hətta qapının açarı da eynidir.

Sovet dövründə çeşidlilik az olub deyə, əksəriyyət eyni məhsulları istifadə edirdi. İndiki zamanda isə belə deyil. Müştərilər özlərini xüsusi hiss etmək istəyir. Ona görə də, şirkətlər müştərilərə fərdi yanaşmalıdır. Bir məhsulu və ya xidməti bütün müştərilərə təklif etmək əvəzinə, müştərinin davranışlarına əsasən məhsul xidmət təklif etsək, daha çox satış edə bilərik. Bu, bir dərzinin müştərisinə özəl paltar tikməsi kimidir. Dərzi müştərinin istəklərinə, ölçüsünə, seçimlərinə görə paltar tikir. Data analitika da bu istiqamətdə bu rolu oynayır. Müştəri datalarını analiz edərək müştəriyə fərdi yanaşma çıxarır.

Bunun üçün də datalar üzərindən müştərilərin bizimlə olan alış davranışlarına baxmaq və müştəriləri seqmentləşdirmək lazımdır. Təbii ki, söhbət bizdən alış edən müştərilərdən gedir.

Məsələn, deyək ki, biz avtomobil təkəri satışı ilə məşğuluq. Bir kampaniya hazırlayıb bunu bütün müştərilərə təklif etməkdənsə, müştərilərimizi seqmentləşdirib seqmentlərə özəl kampaniya etsək, həm satış etmə ehtimalımız artar, həm də marketinq büdcəsinə qənaət etmiş olarıq. Əgər müştəri bizdən bundan öncə bahalı təkər markası alıbsa, biz onun qarşısına ucuz təkərlərlə yox, bahalı təkər markaları ilə çıxmalıyıq və yaxud əksinə olmalıdır. 

Əgər müştəri bizdən kreditlə alış edibsə, qarşısına kreditli təkliflərilə çıxmalıyıq, yaxud da təzəlikcə bizdən alış edibsə, onlara təklif etməkdənsə, bundan öncə təkər alan artıq istismar müddəti başa çatmaq üzrə olan müştərilərə müraciət etməliyik. Müştəri bizdən tez-tez təkər alışı edirsə, deməli, bu müştərilər ya tez-tez avtomobilin dəyişir, ya da avtomobil alqı-satqısı ilə məşğuldur. Bu müştərilərə qarşı daha özəl təkliflər etməliyik. 

Müştəri bizdən bundan öncə son model avtomobil üçün təkər alıbsa, biz ona sovet avtomobili təkəri təklifi ilə yox, ən azından bundan öncə aldığı avtomobil markasına uyğun təkliflə çıxmalıyıq və s. Keçmiş satış datalarına baxdıqda bu kimi müştəri seqmentləri ortaya çıxır.

Müştəri sayı çox olduğu üçün müəyyən kriteriyalara görə müştəriləri seqmentləşdirməliyik. Satış, marketinq kampaniyaları edən zaman bu seqmentlərə uyğun təkliflərlə çıxmalıyıq. Necə ki, biz müxtəlif qlobal şirkətlərin məhsul xidmətlərindən istifadə edən zaman bunu görürük.

Məsələn, siz “YouTube”, “Amazon”, “Netflix”, “Trendyol”a daxil olan zaman onlar hər istifadəçiyə özəl ana səhifə, təkliflər və s. çıxarırlar. Bu bizə həm rahatlıq verir, həm özəl hiss elətdirir. Nəticədə məmnuniyyət yaradır, bu, məhsul və xidmətləri yenə almağa sövq edir.(Valyuta)

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər