{category-title}

Bu görüntülər Azərbaycana aid deyil - Diqqətli olun!

 
Dünəndən sosial şəbəkələrdə Bakıda özlərini polis əməkdaşı kimi təqdim edən bir qrup şəxsin mənzillərə gəlməsi barədə məlumatlar yayılır.

Sosial şəbəkələrdəki qruplarda yayılan məlumatlarda polis nişanları olan sənədlər və blanklar daşıyan şəxslərin siyahıyaalma ərəfəsində hər kəsin şəxsiyyət vəsiqəsinin etibarlı olub-olmamasını yoxlaması üçün qapıları döydüyü bildirilib. Qeyd edilib ki, polis adı ilə qapını döyən şəxslər əslində oğurluq məqsədilə evlərə daxil olurlar. Onların əlində noutbuk, biometrik cihaz və bütün adların siyahısı var.

Kiçik araşdırma zamanı məlum oldu ki, sosial şəbəkələrdə yayılmış görüntülər Azərbaycana aid deyil, eyni şəkillər bir müddət əvvəl Livan, İordaniya kimi ölkələrdə də yayılıb.

Bu görüntülər Azərbaycana aid deyil - Diqqətli olun!

Bundan başqa, son günlər Azərbaycanda daxili işlər orqanlarının kibercinayətkarlıqla mübarizədə maarifləndirmə işini daha da artırması müşahidə edilir. Belə ki, son günlər ərazilər üzrə polis əməkdaşları şəxsən əhali ilə görüşərək, bəzən isə ünvana gedərək onlara kibercinayətlərin qurbanı olmamaları məqsədilə maarifləndirici məlumatlar təqdim edir. 12 bənddən ibarət maarifləndirici materiallarda vətəndaşların şirnikləndirici təkliflərə aldanmaması, elan saytlarında məlumatlarını yerləşdirərkən ehtiyatlı olmaları, kart məlumatlarını bankomatlara daxil etdikdən sonra ekranın tam sönməsinə əmin olmamaları, uduş və hədiyyələrlə bağlı gələn təkliflərə inanmamaları vurğulanır.

Bu məqamda belə xəbərlərin yayılması vətəndaşlarda narahatlığa səbəb ola bilər. Vətəndaşlar isə bu tip saxta məlumatları yayarkən diqqətli olmalıdırlar.

***

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, görüntüsü əks olunan şəxslər xarici ölkələrdən birinə aiddir, ölkəmizlə əlaqəsi yoxdur: "DİN tərəfindən bu məzmunda hər hansı məlumat verilməyib, paylaşılmayıb. Ölkəmizdə belə hal olması ilə bağlı polisə vətəndaşlar tərəfindən hər hansı müraciət daxil olmayıb".

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər